Источник: Архив

Qarabağ: atəş açmamaq niyə alınmır?Azərbaycan və Ermənistandan ekspertlərin şərhləri

Статья обновлена:  19 Октябрь 2020

Məqalə JAMnews saytında dərc olunub.

Üç həftədən artıqdır ki, Qarabağda Azərbaycan və Ermənistan ordularının şiddətli döyüşləri davam edir. Oktyabrın 18-i bağlanmış ikinci atəşkəs oktyabrın 10-da Moskvanın vasitəçiliyi ilə bağlanan atəşkəs kimi dərhal pozulub.

Tərəflər buna görə yenə bir-birini günahlandırıb.

JAMnews Azərbaycanda və Ermənistanda ekspertlərə iki sual verib:

  • Atəşkəsə niyə əməl oluna bilmir?
  • Bundan sonra nə etməli?

Yerevandan şərhlər:

Siyasi şərhçi Ayk Xalatyan:

“Atəşkəs ona görə işləmədi ki, oktyabrın 10-u Moskvada əldə olunmuş razılaşmada Türkiyənin danışıqlarda fəal rol oynamayacağı dəqiq qeyd edilmişdi.

Oktyabrın 10-da atəşkəs Türkiyə XİN-in başçısının Bakıya zəngindən sonra pozuldu. Oktyabrın 18-i o yenə zəng vurdu – və Azərbaycan yenidən atəşi susdurmaqdan imtina etdi. Bütün bunlar Bakı üçün Ankaranın mövqeyinin Moskvanın çağırışlarından mühüm olduğunu göstərir.

Ümumilikdə bu müharibə göstərdi ki, Rusiyanın praktiki olaraq Azərbaycana təsir rıçaqları qalmayıb.

Təkcə erməni qoşunlarının böyük uğurlarından sonra Bakının atəşkəsə razılaşacağını gözləmək olar. Ya da münaqişəyə Rusiyanın birbaşa cəlb edilməsi təhlükəsində. Yalnız bu, Azərbaycanı və Türkiyəni dayandıra bilər”.

Siyasi şərhçi Naira Ayrumyan:

“Əslində ilk atəşkəs Moskvanın, ikincisi isə Fransanın vasitəçiliyi ilə bağlanmışdı. Onların hər ikisi Ankaradan Bakıya müvafiq zəng gələndən sonra pozulub. Əgər Bakı atəşkəs istəməsəydi, Əliyev şəksiz ki razılaşmazdı. Madam ki o razılaşır, sonra pozur, qərarların Ankarada verildiyinə şübhə qalmır.

Bəlkə də bu ona görə edilir ki, ABŞ-ın prezidenti Tramp prosesə cəlb edilsin və yəqin ki hansısa pis hesablanmış addımlara meylləndirilsin.

Odur ki, atəşkəslə bağlı Rusiya və Fransanın təşəbbüsündən sonra hamı Amerikanın vasitəçiliyini gözləyir.

Ermənistan xarici işlər naziri Zoqrab Mnasakanyanın oktyabrın sonunda ABŞ-a səfər edəcəyi və dövlət katibi Pompeo ilə görüşəcəyi anons edilib. Pompeonun ermənilərin azərbaycanlıların onlara etdiklərinə tab gətirəcəyinə ümid bəsləməsi haqda bəyanatı ondan xəbər verir ki, ABŞ-da siyasi çözümlər cəbhə xəttindəki vəziyyətdən irəli gələrək qəbul olunacaq.

Bu səbəbdən indi çətin ki müharibəni dayandırmaqda maraqlı olsunlar”.

Bakıdan şərhlər

Azərbaycanın vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov:

“Ermənistanın silahlı qüvvələri atəşkəsi dəfələrlə pozub. Onlar Tərtər və Cəbrayıl rayonları (Qarabağa birləşmiş rayonlardır, 1990-cı illərin əvvəllərində baş vermiş müharibədən sonra Qarabağ hakimiyyətinin nəzarəti altındadır – JAMnews ) istiqamətində Azərbaycan mövqelərini artilleriya və minaatandan sıx atəşə tutublar .

İşğalçı ölkənin rəhbərliyi münaqişənin dinc yolla nizama salınmasında maraqlı deyil və bundan belə də hərbi aqressiyanı davam etdirmək niyyətindədir. Azərbaycanın özünü müdafiə etməyə qanuni şəkildə haqqı var”.

Azərbaycan parlamentinin deputatı Ülvi Quliyev:

“Paşinyanın Rusiya hakimiyyətinə çoxsaylı müraciətlərindən sonra Moskvada atəşkəs haqqında elan olundu. Lakin bunun üzərindən bir gün də keçmədi ki, erməni silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərinin dinc əhalisinə raket zərbəsi endirdi. Nəticədə 13 dinc sakin həlak oldu, 30 nəfərdən çox yaralandı.

Oktyabrın 18-də ikinci atəşkəs haqqında elan olundu – lakin erməni silahlı qüvvələri artıq səhər saatlarında rayonlarımızı kütləvi artilleriya atəşinə tutdu.

Növbəti atəşkəsə nail olmağa çalışmaqla kim və hansı məqsədlərə qulluq edir? Bu yolla Paşinyanın hakimiyyətini biabırçı məğlubiyyətdən xilas etmək istəmirlərmi?”

Siyasi komitənin üzvü, “Respublikaçı alternativ” müxalifət partiyasının icraçı katibi Natiq Cəfərli:

“İşğalçı öz silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması cədvəlini təqdim etməyincə sabit atəşkəs ola bilməz. Biz hamımıa sülh istəyirik, normal insan müharibə arzulaya bilməz. Lakin sülhün öz şərtləri var: işğalçı erməni silahlı qüvvələri Azərbaycanı tərk etməlidir”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  19 Октябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/fmuum9

Самое читаемое