Источник: Meydan TV

“Polkovnik dedi ki, yaralandı, dostlarını qoyub getmədi”

“Polkovnik dedi ki, yaralandı, dostlarını qoyub getmədi”

Vüsal İsmayılzadə keçən il oktyabrın 23-də Qusara-hərbi xidmətə yollanıb. Sentyabrın 27-də Qarabağda müharibədə başladığı üçün cəbhəyə göndərilib.

Oğlu ilə bağlı xatirələrini bölüşən Lalə İsmayılova deyir ki, Vüsal hələ uşaqlıqdan əsgər olacağını deyirmiş:

“Vüsal uşaq vaxtından deyirdi ki, ana, mən əsgər gedəcəyəm. Bir ara qorxdum da. Dedim, bəlkə getməyəsən? O da dedi ki, ana, heç vaxt mənə elə bir şey demə.

Oktyabrın 17-si onun ad günü idi. Bircə onda dedi ki, ana, sən mənə bu gün hədiyyə verə bilmədin. Amma inşallah, bu gün, ya sabah elan edəcəklər. Təkcə baş hərfini dedi: “”Z”nı almışıq”. Yəni, Zəngilanı“.

Anası deyir ki, oğlu ən geci iki gündən bir də olsa zəng edərmiş. Dörd gün zəng gəlməyib. Dördüncü gün zəng gəlib, amma acı xəbəri veriblər.

Ailəsi deyir ki, Vüsal maşının üstünə düşən raket zərbəsindən ən az yaralanan olsa da, dostlarına kömək edərək çoxlu qan itirib. Artıq xəstəxanaya gətiriləndə həyatını xilas etmək mümkün olmayıb:

“Orda polkovnik də dedi: “Mən ona neçə dəfə dedim ki, ay bala, sənin yaran yüngüldür. Gəl min maşına, indi get o birilərin-o biri yaralıların dalınca. Gələcəyik. O razılaşmadı“. Deyib: “Yox, mən öz dostlarımı burada yaralı vəziyyətdə qoyub gedə bilmərəm”“.

Vüsal İsmayılzadə Xəzər rayonunun Albalılıq qəsəbəsində yaşayıb, 322 saylı orta məktəbdə təhsil alıb.

Vaxtilə onun müəllimi olmuş Kəmalə Nuriyeva deyir ki, o, ən fəal şagirdlərdən idi:

“Dərsləri öyrənməyə bir az tənbəllik edirdi, deyərdim. Çağırırdım, deyirdim ki, dərs öyrənməmisənsə, mütləq o xronologiyalardan bir neçəsini əzbərlə, sonra həmin illərdə baş verən hadisələri deyərsən. Gəlib lövhədə yazırdı. Elə birinci yazdığı da, sonuncu yazdığı da onun öz doğum tarixi olurdu. Uşaqlar da gülürdülər. Deyirdi ki, niyə gülürsüz ki? Bu, mənimçün ən böyük tarixdir də Doğrudanda , biz heç vaxt düşünməzdik ki, onun şəhadəti bizimçün bir tarix olar”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ys530q

Самое читаемое