Источник: Meydan TV

“Polis dedi, cəriməni sabah ödəməsən, evinə qara maskalılar gələcək”

“Polis dedi, cəriməni sabah ödəməsən, evinə qara maskalılar gələcək”

“Polis dedi, cəriməni sabah ödəməsən, evinə qara maskalılar gələcək”

“Polis əvvəl soruşdu ki, üstündə 200 manat pul var? Dedim ki, yoxdur. Dedi, o zaman 200 manat ya evdən gələcək, ya da biz sənə kart nömrəsi verəcəyik, pul həmin karta yükləniləcək, yoxsa biz səni buradan buraxmayacağıq”.

Rüstəm İsmayılbəyli Səməd Vurğun heykəlinin qarşısında taksi gözləyən zaman polis əməkdaşı ona yaxınlaşıb və SMS icazəsini yoxlayıb. İcazənin vaxtından 7 dəqiqə keçdiyinə görə polis onun cərimələnəcəyini deyib. Amma yerində protokol tərtib olunmayıb, o, Nəsimi rayon 22-ci polis bölməsinə gətirilib.

“Bir neçə dəfə bildirdim ki, hazırda məndə nə 200 manat məbləğdə pul var, nə də evdə var ki, kimsə gətirib ödəsin. Məni bir saat kamerada gözlətdilər. Polis dedi, sabah səhər cəriməni ödə, əks təqdirdə evinə qara maskalılar gələcək”.

Sosial şəbəkədə başına gələnləri yazandan sonra Rüstəmi Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar. Şikayət etdiyi polis əməkdaşlarının kimliyinin təyin olunması üçün ona suallar veriblər. Müraciətdən 17 gün keçsə də, araşdırmanın nəticəsi barədə Rüstəmə heç bir məlumat verilməyib.

Gənc fəal Rəbiyyə Məmmədova sosial şəbəkədə paylaşım edərək, 17 yaşlı Aynur Ağayevanın SMS icazəsi olsa da, onun Nəsimi rayon 22-ci polis bölməsinə aparıldığını yazıb. “Polis bölməsində yeniyetməni nəzarətə salmaq istəyiblər, bölmədə bildiriblər ki, nəzarətdə qalacaq. Sonda isə 1 saat saxlayıb, 200 manat cərimə edib, buraxıblar. Onu qeyd edim ki, saxlanıldığı andan Ağayeva Aynurun yetkinlik yaşına çatmadığı polis tərəfindən bilinib”.

Vəkil Cavad Cavadov bildirir ki, polisin hərəkəti qanunsuzdur. İnzibati Xətalar Məcəlləsinin 150.1-ci bəndi ilə vətəndaş cəriməni 30 gün müddətində ödəməlidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyir ki, polis əməkdaşları şikayətçilər barəsində qanuni tədbir görüb. Cərimənin ödənilməsi üçün qanunla 30 gün vaxt verilməli olduğunu bildirəndə Ehsan Zahidov telefonu qapadıb.

Rüstəm İsmayılbəyli deyir ki, polislər cəzalandırılmasa, məhkəməyə müraciət edəcək.

Azərbaycanda 14 dekabrdan bəri SMS icazə ilə küçəyə çıxmaq mümkündür. Bu icazə sistemi 18 yanvara kimi davam edəcək.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/4wz27c

Самое читаемое