Pəri Miniatür

Источник: Pəri Miniatürün şəxsi arxivindən

Başlıq: Pəri Miniatür

Pəri Miniatür bu dəfə Naxçıvanda məhkəməyə verildi

Статья обновлена:  16 Апрель 2021

Lisey rəhbərliyi rəssamın cəzalandırılmasında israrlıdır

Rəssam, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Pəri Miniatürün (Pərinisə Əsgərova) bir müddət əvvələ qədər çalışdığı Bakı Atatürk Liseyi onun cəzalandırılmasında israrlıdır. Liseyin rəssama qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia ərizəsini Yasamal Rayon Məhkəməsi geri qaytarandan sonra lisey rəhbərliyi indi də Naxçıvanda iddia qaldırıb.

Aprelin 21-də Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayon Məhkəməsində Pəri Miniatürə qarşı iddiaya baxılacaq. Lisey rəhbərliyi əvvəl olduğu kimi, yenə də rəssamın Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə məsuliyyətə cəlb olunmasını tələb edir.

Pəri Miniatür Meydan TV-yə məlumatı təsdiqləyib: “Məhkəmədən mənə zəng elədilər, aprelin 21-də saat 15.00-da Kəngərli Rayon Məhkəməsinə çağırdılar”.

Lisey rəhbərliyi iddia edir ki, Pəri Miniatür siyasi baxışlarına görə işlədiyi təhsil müəssisəsində təzyiqlərə məruz qaldığını deməklə, bu haqda müsahibələr verməklə böhtan atıb.

Pəri Miniatür bildirir ki, təzyiqlər ötən il Respublika Günü ərəfəsində Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin rəsmini çəkməsi, bu haqda hazırlanan klipin yayımından sonra başlayıb. Onun sözlərinə görə, öncə ona qarşı münasibət dəyişib, maaşı kəskin azaldılıb, özünə də siyasi proseslərdən kənarda dayanmaq, mitinqlərdə iştirak etməmək haqda xəbərdarlıq olunub: “Mənim dilim lal, gözüm kor olmalı idi. Mən vətənimi, onun övladlarını sevmək üçün yaltaq, qorxaq ola bilmərəm. Toplantılarda bütün heyətin önündə mənə, tədris etdiyim fənnə bildirilən sayğısız münasibət rəvac verdi ki, digər müəllimlər də hüququmu pozsun. Dərsimə qatılmayan şagirdə qiymət yazmadığım halda, öz ürəyi istəyən qiyməti yazsın... İllərdir sevgi və həvəslə çalışdığım iş yerimdən ayrılmağa məcbur oldum”.

Bakı Atatürk Liseyindən isə Meydan TV-yə bildirilmişdi ki, Pəri Miniatür işdən çıxarılmayıb: “Onun adı işçilər siyahısındadır. Pəri Miniatürlə də məsələ ilə bağlı danışıqlar aparılacaq. Rəsulzadə haqqında olan məlumata gəldikdə isə təhsil ocağımız onun şəxsiyyətinə hörmətlə yanaşır. Liseydə Rəsulzadə ilə bağlı tədbirlər də keçirilir”.

Rəssam isə bildirir ki, fevralın 3-dən maaş almır.

Pəri Miniatür Təbriz miniatür məktəbinin klassik texnikalarını müasir elementlərlə birləşdirən rəssamdır. İyirmi ildən çoxdur rəssam kimi fəaliyyət göstərir.

Cinayət Məcəlləsinin 147.1 maddəsində 1000 manatdan 1500 manata qədər cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər, 1 ilə qədər islah işləri və ya 6 aya qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Lisey rəhbərliyinin iddiasını fevralın 26-da Yasamal rayon Məhkəməsində hakim icraata götürməkdən imtina etmişdi. Əsas kimi isə göstərilmişdi ki, nə liseyin, nə də Pəri Miniatürün Yasamal rayonuna aidiyyəti var. Pəri Miniatür Naxçıvanda qeydiyyatdadır.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  16 Апрель 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/d8wxd2

Самое читаемое