Источник: Meydan TV

Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi

“Əgər Mehriban Əliyeva müharibə yolu ilə muğam dinləmək üçün Artsaxa gəlməyi nəzərdə tutursa, əminəm ki, bu halda onun xəyalı reallaşmayacaq”

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Hakobyan Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə dəvət edib, - erməni yerli mediası xəbər verir.

O, bu dəvəti BMT Təhlükəsizlik Şurasının “Qadınlar, sülh və təhlükəsizlik” konfransında çıxışı zamanı edib.

“Bir neçə gün əvvəl Azərbaycanın birinci xanımı Mehriban Əliyeva öz “Telegram” hesabında bildirib ki, onların hamısı Artsaxda (Ermənilər Qarabağı bel adlandırır- red.) muğam dinləməyi arzu edirlər. Mən Mehriban Əliyevanı Artsaxa dəvət edirəm, qonağımız olsun. İnsanlarımız, Artsax xalqı necə qonaq qəbul etməyi bilir və qonaqpərvərlik qaydalarımızdan biri də qonağı musiqi ilə şərəfləndirməkdir. Biz onun xəyalını gerçəkləşdirə və Qarabağda sevdiyi musiqini dinləməsini təmin edə bilərik. Bu, bir dəvətdir və əgər o, bu dəvəti qəbul edərsə, mən də öz növbəmdə Bakıda qonaq olmağa hazıram”, - deyə Hakobyan bildirib.

Hakobyan bildirib ki, bu, BMT-nin 1325 saylı qətnaməsinin həyata keçirilməsinin real formasıdır və dünyada da örnək ola bilər.

Hakobyan bildirib ki, əgər Əliyeva onun dəvətini qəbul etsə, o da cavab səfəri olaraq Bakıya gələ bilər.

“Lakin əgər Mehriban Əliyeva müharibə yolu ilə muğam dinləmək üçün Artsaxa gəlməyi nəzərdə tutursa, əminəm ki, bu halda onun xəyalı reallaşmayacaq”, - o deyib.

Baş nazirin xanımı bildirib ki, əgər Əliyeva özü və Azərbaycan xalqı adından muğama qulaq asmaq istəyirsə, bu xəyala çatmağın yeganə yolu sülh, Dağlıq Qarabağla normal münasibətlər və qonaq olaraq qarşılıqlı səfərlərdir. O, həmçinin deyib ki, dünyanın müxtəlif xalqları illərlə aralarında davam edən müharibələri, nifrəti dəf edə biliblər və bu gün eyni iqtisadi birlikdə yaşayırlar, ən yaxşı dostdurlar.

“Əgər bu, digər Avropa xalqlarında baş veribsə, niyə biz bunu edə bilməyək? Azərbaycan tərəfi sadəcə siyasi iradə göstərməli, müharibədən imtina etməlidir, çünki bununla heç nəyə nail olmayacaq. Bir daha bildirmək istəyirəm ki, bu dəvət çox ciddi xarakter daşıyır”, - deyə Hakobyan bildirib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/rla4sh

Самое читаемое