Ermənistanın baş naziri Nikol Paşinyan

Источник: Reuters

Оглавление: Ermənistanın baş naziri Nikol Paşinyan

Paşinyan məhkəmə reformlarına çağırış edib

Статья обновлена:  20 Май 2019

''Cərrahi müdaxilə üçün zaman gəlib''

Ermənistanın Baş naziri Nikol Paşinyan bir il əvvəl onu hakimiyyətə gətirən inqilabın "ikinci mərhələsi" çərçivəsində ölkənin məhkəmə sistemində radikal islahata çağırış edib,- Azadlıq Radiosu xəbər verir.

Paşinyan mayın 20-də Ermənistanın hərbi, məhkəmə və siyasi liderlərinin iştirak etdiyi konfransda çıxış edərək bildirib ki, son 12 ay ərzində ölkədə legitim icra və qanunvericilik hakimiyyətləri formalaşdığı halda məhkəmə sistemi öncəki "korrupsiyalaşmış hökumətin" nəzarəti altındadır.

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qərarları qanunsuz sayılan bütün hakimlər tutduqları vəzifədən azad edilməli və lazımi islahatların aparılması üçün konstitusion dəyişikliklər həyata keçirilməlidir.

"Cərrahi müdaxilə üçün zaman gəlib,"- o, vətəndaşları korrupsiya və hökuməti devirməkdə ittiham edilən keçmiş prezident Robert Koçaryanın həbsinə etiraz etmək üçün məhkəməyə girişi bloklamağa çağırdıqdan bir gün sonra belə deyib.

Ötən yaz Serj Sarkisyanı ümummilli etiraz dalğası ilə devirərək hakimiyyətə gələn Paşinyan bütün hakimlərin müstəqil ədalət kimi xidmət edə biləcəklərini ortaya qoyacaq "yoxlama prosesinə" tabe tutulmalı olduğunu söyləyib.

"Mən məhkəmə tərəfindən qəbul edilən qərarların qanuniliyi və etibarlılığını mühakimə edə bilmərəm. Bu, mənim gücümdə deyil .... Buna baxmayaraq, məhkəmə qərarlarına xalqın inanmadığı da ortadadır," o deyib.

Ermənistanda məhkəmə aksiyası

"Ermənistan xalqı məhkəmə hakimiyyətini hələ də köhnə korrupsiya sisteminin qalıqları kimi görür. Bu təxminlər nə dərəcədə real və əsaslıdır, bu, artıq başqa məsələdir, amma məhkəmənin xalqın güvənini itirməsi o deməkdir ki, bu fəaliyyət üçün kifayət qədər legitim deyildir,"- Paşinyan əlavə edib.

Ermənistanın aparıcı müxalif qüvvələri məhkəmələrin blokadasını pisləyib. Onların fikrincə, bu hərəkət məhkəmənin işinə hər hansı bir xarici müdaxiləni qadağan edən konstitusiya maddəsini pozur.

"Əgər bəzilərini [Paşinyanı] siyasət məyus edibsə, o, bunu məhkəmələrə təzyiq göstərərək, məhkəmələrin işini pozmaqla ifadə etməməlidir,"- Çiçəklənən Ermənistan Partiyasının (BHK) üst rəsmisi Qevorq Petrosyan Azadlıq Radiosunun Erməni Xidmətinə bildirib.

64 yaşlı Koçaryan bu ayın əvvəlində mühakimə olunub. O, 2008-ci ilin aprel ayında sona çatan hakimiyyəti zamanı konstitusion nizamı pozmaqda ittiham olunur.

2008-ci ilin martında baş vermiş etirazlar zamanı nümayişləri dağıtmaq üçün Kocharyanın göndərdiyi təhlükəsizlik qüvvələri ilə toqquşma zamanı səkkiz nümayişçi və iki polis məmuru öldürülmüşdü. Üç həftəlik fövqəladə vəziyyət elan edildikdən sonra Koçaryan yenidən nəzarəti ələ ala bilmişdi.

1998-2008-ci illərdə Ermənistan prezidenti kimi fəaliyyət göstərməmişdən əvvəl Koçaryan Dağlıq Qarabağın lideri olub.

Azərbaycanın Dağlıq Qarabağ ərazisi 1994-cü ildən bu yana Ermənistanın de-fakto nəzarəti altındadır. Atəşkəslə nəticələnən Qarabağ müharibəsi 30.000 insanın öldürülməsi və yüz minlərlə insanın yaralanmasına səbəb olub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  20 Май 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/vp2tiq

Самое читаемое