Oktay Gülalıyev

Источник: Meydan TV

Başlıq: Oktay Gülalıyev

Oktay Gülalıyevin oğlu: Heydər Əliyev Fondunun dəstəyindən imtina etdik, Azərbaycana qayıdırıq

"11 aydır ki, heç bir istintaq aparılmır"

Hüquq müdafiəçisi Oktay Gülalıyevin ailəsi onun Türkiyədə müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən qarşılanmasından imtina ediblər.

Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev “Facebook” səhifəsində məlumat paylaşıb.

Təbriz Gülalıyev yazıb ki, atasının Azərbaycana qaytarılmasını həm yazılı, həm də şifahi olaraq bildiriblər:

“Bəli, bu bir etirazdır. Çünki atamın 11 aydır, komada olmasına baxmayaraq heç bir istintaq aparılmır. Məhkəmənin başladılmaması üçün çox suni gecikdirmələr, bəhanələr gətirirlər. Gah pandemiya dövrü olduğunu, gah ailənin, gah da şəxsən Oktay Gülalıyevin burada, yəni Azərbaycanda olmasının vacibliyini bildirirlər. Bütün bəhanələrin sonuna varmaq və atamın bu durumda olmasına səbəb olanların hüquqi müstəvidə cəzalandırılması üçün vətənə qayıdırıq. Əgər Bakıda da suni əngəl yaradılarsa, həqiqəti gizlətməyə cəhd edərlərsə, hüquqi formada, sərt şəkildə etirazımız davam edəcək. Heç bir halda bu cinayət üstü örtülü qalmayacaq!”.

“Turan” İA-nın direktoru Mehman Əliyev ötən həftə Oktay Gülalıyevin istintaqının ləngiməsi və məhkəmənin gecikdirilməsi ilə əlaqədar Baş Prokuror Kamran Əliyevə müraciət edib.

2019-cu ilin oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.

Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, hadisə Oktay Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.

Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Sonradan müalicəsini davam etdirmək üçün o, Türkiyənin İstanbul şəhərinə aparılıb. Heydər Əliyev Fondu onun xərclərini öz üzərinə götürüb.

Bəzi ictimai fəallar hüquq-mühafizə orqanlarının qəzanın qəsdən törədilmədiyi ilə bağlı açıqlamasına şübhə ilə yanaşırlar.

Oktay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur.

O, həmin gün - oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/25588o

Самое читаемое