Şəfa Sadıqova

Источник: Meydan TV

Başlıq: Şəfa Sadıqova

“Oğlum hərbi xidmətə yararsız olsa da, məhəl qoyulmur”

Статья обновлена:  21 Январь 2021

Goranboy sakini: “Dövlət əməliyyat etdirsin, sağaltsın, sonra da əsgərliyə aparsın”

Goranboyun Xan Qərvənd kəndinin 39 yaşlı sakini Şəfa Sadıqovanın şikayəti var. Deyir, oğlu Ayxan Sadıqov hərbi xidmətə yararsız olsa da, israrla çağırılır. Vəziyyəti göz önündə olsa belə, məhəl qoyulmur:

“Yeriyə bilmir. 3 il əvvəl fəhlə işləyirdi. Ağır yük qaldırıb. Elə həmin vaxtdan belindəki fəqərələrdən biri sürüşüb, yerində protuziya yaranıb. Bu da belinə vurub. Nəticədə ayaqları tutulub”.

Ana deyir ki, ilk vaxtlar ümumiyyətlə, yataq xəstəsi olub. İndi müalicələr, fizioterapiyalar nəticəsində az da olsa ayağa qalxa bilib. Amma yenə də çox çətinliklə yeriyir:

“Yəni şükr edirik ki, ayağa qalxdı, özünü təmin edir. Amma əsgərliyə gedə biləcək vəziyyətdə deyil. Məsələn, hələ də corabını geyinə bilmir. Tam əyilib görməli işləri özü görmür. Mən əyilib corabını geyindirir, dırnağını tuturam. Ancaq bunu bizim hərbi xidmətə çağırış komissiyasına izah edə bilmirəm. Həkimdən sənəd, uşağın özünün göz önündə olan vəziyyəti onları qane etmir. Nəsə umurlar, o nəsə də məndə yoxdur”.

Şəfa Sadıqova Naftalandakı müalicə mərkəzlərinin birində xadimə işləyir. Həyat yoldaşı illər öncə vəfat edib. Qızı və oğlunu tək böyüdüb. Evdə tək işləyən özüdür. Bununla da ailəsinin gündəlik xərclərini və oğlunun müalicəsini güclə çatdırır:

Sağlamlıq vəziyyətinin müyyən edilməsi aktı

Sağlamlıq vəziyyətinin müyyən edilməsi aktı

Источник: Meydan TV

“Fəqərə sürüşməsi sinirini də zədələyib. Ona görə də müalicələr çox effekt vermir. Təsəvvür edin ki, illərdir işləyə də bilmir. Ayağının ağrısından güclə yeriyir. Çəkə-çəkə birtəhər, çətinliklə. Əl çəkmirlər, izah edə bilmirik ki, bu uşaq xəstədir, yararsızdır. Bakıya getdik, orda müayinə edildi. Orda da hörmət gözlədilər, vermədik. Yazdılar əsgərliyə yararlıdır. İnanın, bu uşaq şalvarını özü geyinə bilmir, əyilə bilmir. Corabını da mən geyindirirəm. Necə səgərliyə gedəcək. Onda gərək mən də yanında gedəm”.

Ana deyir ki, yararlı olsa, bir sözü yoxdur, getsin. Hətta deyir ki, hökumət müalicəsini birdəfəlik həll etsin və hara istəyir aparsın. Onun imkanı buna çatır:

“Dövlət əməliyyat etdirsin, sağaltsın, sonra da əsgərliyə aparsın. Mən buna da razıyam. İndiki halda vallah da, billah da yararlı deyil. Hələ axırıncı analizlərdə qanında güclü iltihablaşma da çıxdı. İnanın işlədiyim, qazandığım hamısı onun iynə-dərmanına gedir. Evdə böyük bir çamadan resept, müalicə, müayinə, testlərdir”.

Şəfa Sadıqova deyir ki, bu yaxınlarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsi bir də oğlunu çağırıb. Taksiyə güclə mindirib göndəriblər:

Ayxan Sadıqovun analizlərinin cavabı

Ayxan Sadıqovun analizlərinin cavabı

Источник: Meydan TV

“Ağrıkəsici vurdurmasaq durub yeriyə bilmir. Əsgərliyə gedən uzanmayacaq də, qaçmalıdır, idman etməlidir. Bu, onları yerinə yetirə bilməsə, necə olacaq? Əməliyyatla bağlı da konkret nəsə demirlər. Səfərbərlikdən deyiblər ki, müvəqqəti möhlət veririk, yenə komissiyadan keçməlisən. Nə qədər komissiyadan keçmək olar? Ağrıkəsici atmaqdan mədəsi də xəstə düşüb. Yediyini də qaytarır. Belə çıxır ki, atası yoxdur deyə uşağımı kiminsə yerinə aparacaqlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy Rayon Şöbəsindən Meydan TV-yə bildirilib ki, hazırda Ayxan Sadıqova xəstəliyi ilə bağlı möhlət verilib:

“1 ildir ki, çağırışçıdır, vəziyyəti nəzərə alınıb, möhlət hüququ verilib. Deyilib ki, bu müddət ərzində müalicə olunsun. Burada bizlik nəsə yoxdur. Son sözü həkim komissiyası deyəcək. Möhlət hüququ bitəndən sonra bir də baxılacaq, yoxlanacaq. Yararlı olsa, əsgər gedəcək, olmasa, yox. Heç kimin onlarla qərəzi yoxdur. Sözü həkimlər deyəcək”.

"Əl çəkmirlər, izah edə bilmirik ki, bu uşaq xəstədir, yararsızdır"

"Əl çəkmirlər, izah edə bilmirik ki, bu uşaq xəstədir, yararsızdır"

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  21 Январь 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/9bz8ha

Самое читаемое