Источник: google

Norveç İnsan Hüquqları Evi Fondu Azərbaycan hakimiyyətinə çağırış etdi

Статья обновлена:  10 Сентябрь 2020

““Tofiq Yaqublunu və digər siyasi məhbusları azad edin”

Norveç İnsan Hüquqları Evi Fondu Tofiq Yaqublunu və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxsləri azad etməyə çağırır.

Təşkilatın yaydığı bəyanatında deyilir ki, beynəlxalq birlik Azərbaycanda 14-15 iyul dinc nümayişdən sonra siyasi fəalların saxlanmasının, cəzalandırılmasının və ya mühakimə edilməsinin şahidi olub.

"Ötən həftə hakimiyyətin müxalifətin səsini susdurmaq üçün son cəhdləri Tofiq Yaqublunun barəsində xuliqanlıq ittihamı ilə hökmün çıxarılması ilə nəticələnib”, - bəyanatda deyilir.

Beynəlxalq təşkilat qeyd edir ki, 2020-ci il iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyev öz niqtində ölkə müxalifətini “beşinci kolon” və dövlətin düşmənləri adlandırıb. Bu çıxışdan sonra ən azı 80 nəfər iyulun 14-15-də nümayişdə iştirak etdiyinə görə saxlanılıb. Onların yarısı müxalifət üzvləri və liderləridir, bəzi əsas müxalifətçi fiqurları isə konstitusiya quruluşunu devirməkdə ittiham ediblər. “Onların bir çoxuna qarşı karantin rejimini pozduğuna görə ittiham və ya sanksiya irəli sürülüb. Bəziləri yalandan COVİD-19-u yaymaqda ittiham olunub.

Qeyd edək ki, kütləvi həbslər siyasi cəhətdən kəskin işləri aparmağa qadir müstəqil hüquqşünasların çatışmazlığı fonunda baş verir. Yerli və beynəlxalq müşahidəçilər bildiriblər ki, qurbanların vəkilə çıxışına imkan verilmir və onları qəddarcasına döyürlər”, - deyə bəyanatda qeyd olunur.

Hüquq-müdafiə təşkilatı qeyri-rəsmi mənbələrə əsaslanaraq bildirir ki, tanınmış müxalifət lideri Fuad Qəhrəmanlı “amansız işgəncələr”ə məruz qalıb: “Bu fonda Tofiq Yaqublunun yalan cinayət ittihamı ilə mühakimə edilməsi Azərbaycan hökumətinin fərqli düşüncəni aradan qaldırmaq və tənqidçiləri susdurmaq niyyətilə bağlı narahatlıq doğurur. Sentyabrın 3-də Azərbaycan məhkəməsi müxalifət lideri Tofiq Yaqublunu saxta xuliqanlıq ittihamı ilə təqsirli bilib və onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yaqublu insan hüquqlarının pozulmasına görə Azərbaycan hakimiyyətini müntəzəm tənqid edən mühüm müxalifətçi siyasi səxsdir. O, artıq iki dəfə saxlanılıb, qanunsuz həbs cəzası çəkib və inzibati ittihama məruz qalıb”. Mühakimədən bir gün öncə Tofiq Yaqublu aclıq elan edib. Onun son həbsi və ittiham hökmü Azərbaycan hakimiyyətinin tənqidin boğulması kampaniyasına daha bir sübutdur. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar COVİD-19 pandemiyası ilə dərinləşir”, - deyə təşkilatin bəyanatında bildirilir.

Təşkilat xatırladır ki, hələ 2020-ci ilin martında Azərbaycan hakimiyyətini vətəndaş fəaliyyətini və dinc etirazları məhdudlaşdırmaq üçün COVİD-19 ilə mübarizədən sui-istifadə etməkdən çəkinməyə çağırıb.

“İctimai sağlamlığın qorunması adı altında hüquq müdafiəçiləri, jurnalistlər, blogerlər, siyasi fəallar qanunsuz sanksiyalara, həbsə və təqiblərə məruz qalıblar. Azərbaycan hakimiyyəti fövqəladə vəziyyət elan etmədən dinc tələbələrin, hüquq müdafiəçilərinin, polis tərəfindən zorakılığa etiraz edən qadın hüquq müdafiəçilərinin və yuxarıda qeyd olunan hadisələri işıqlandırmağa çalışan jurnalistlərin təkbaşına etiraz aksiyalarını yatırmağa cəhd göstərib. Fikrin ifadə olunması azadlığı və dinc fikir ayrılığı hüququ demokratik cəmiyyətin təməlidir. İşgəncələr və amansız rəftar istənilən şəraitdə yolverilməzdir. Azərbaycan insan hüquqlarına dair beynəlxalq sazişlər imzalayıb ki, bunlar insan hüquqları ilə bağlı zəmanətləri təsdiqləyir və insanları sui-istifadə hallarından qoruyur. Kütləvi saxlanmalar, özgəfikirlilərə qarşı sərt davranış, yalan cinayət və inzibati ittihamlarla cəzalandırılma Azərbaycanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. İnsan Hüquqları Evi Fondu Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə, özgəfikirlilərə qarşı repressiyalara son qoymağa, Tofiq Yaqublu və digər siyasi məhbusları dərhal azad etməyə çağırır”, - deyə sənəddə qeyd olunur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  10 Сентябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/xibiw4

Самое читаемое