”Neftin qara pərdəsi reallığı görməyi əngəlləyir”

”Bu pərdə qalxdıqca səhnənin arxasında gizli qalan heç nə olmayacaq…”

Source:


”Bu pərdə qalxdıqca səhnənin arxasında gizli qalan heç nə olmayacaq…”

İqtisadçı Rövşən Ağayev ”güzgü statistikası”na əsaslanaraq gömrük əməliyyatlarındakı bəzi məsələlərə aydınlıq gətirib:

“Rəsmi statistikaya əsasən 2015-ci ilin 9 ayıda ölkəyə idxal olunan trikotaj və toxuculuq məmulatlarının dəyəri 35.6 mln. dollar olub. 2016-cı ilin 9 ayında bu göstərici 163.7 mln. dollara yüksəlib – 5 dəfəyə yaxın artım var.

2015-ci ilin 9 ayında ölkəyə idxal olunan ayaqqabı və baş geyimlərinin dəyəri dəyəri 5.9 mln. dollar olub. 2016-cı ilin 9 ayında bu göstərici 51.7 mln. dollara yüksəlib – 9 dəfəyə yaxın artım var”.

İqtisadçı bildirir ki, kimsə iddia edə bilməz ki, 1 ildə tələbat bu qədər artıb. Xüsusilə də əhalinin alıcılıq qabiliyyətinin sürətlə düşdüyü, qeyri-ərzaq mallarına tələbatın əvvəlki illərlə müqayisədə xeyli azaldığı şəraitdə geyim əşyalarına tələbatın birdən-birə 8-9 dəfə artması absurd arqument olardı:

“Məmurlar özləri də artıq etiraf edirlər ki, bu, gömrükdə islahalatlar çərçivəsində leqallaşmanın nəticəsidir. Görün, neçə illərdi ölkə nə dərinlikdə bataqlığın içərisində boğulur. Sadəcə neftin çəkdiyi qara pərdə bunları görməyə imkan vermirdi. Bu pərdə qalxdıqca səhnənin arxasında gizli qalan heç nə olmayacaq…”.

Ana səhifəXəbərlər”Neftin qara pərdəsi reallığı görməyi əngəlləyir”