AFFA

Источник: arxiv

Başlıq: AFFA

Neftdən asılı futbol

Pandemiyanın Avropa və Azərbaycan futboluna təsiri

Koronavirus və onun yaratdığı vəziyyət Azərbaycanda bir çox sahədə olduğu kimi futbola da ciddi şəkildə təsir edib. Dünyanın düz vaxtında maliyyə problemlərindən əziyyət çəkən futbol klubları pandemiyanın təsiri ilə bir qədər də çökdü. Hətta bir müddət əvvəl ölkənin əsas futbol turnirində - Premyer Liqada çıxış edən klublardan bir neçəsinə AFFA tərəfindən maliyyə yardımı edilməsəydi, onsuz da futbol qəbiristanlığına çevrilən çempionatda daha bir neçə komandanın “məzar daşı” baş qaldıracaqdı.

“Qarabağ”dan başqa, bütün klublar...

Bir müddət əvvəl “Qəbələ” və “Zirə” klubları AFFA-ya müraciət edərək, onlara maliyyə yardımının edilməsini xahiş etmişdilər. Federasiya müraciəti müsbət cavablandıraraq, qarşıdakı yeni mövsümdə iştirak etmək üçün “Qəbələ”yə 1.500.000 (bir milyon beş yüz min), “Zirə” klubuna isə 500.000 (beş yüz min) manat maliyyə yardımı ayırdı. Bundan başqa, Premyer Liqanın digər iki klubuna – “Sumqayıt”a 300.000 min (üz yüz min), “Səbail”ə isə 200.000 (iki yüz min) manat pul ayrıldı (“Zirə”, “Sumqayıt”, “Səbail” kimi klublar əvvəllər də federasiyadan maliyyələşirdi).

Vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasında olan, pula pul deməyən “Qəbələ” “nazirlik komandası” statusunu itirəndən sonra düşüşdə idi. Qəbələ təmsilçisi son mövsümü birtəhər başa vurmuşdu - Heydərovun əlini üzərindən çəkməsindən sonra komanda maliyyə problemlərinin içərisində boğulurdu. Amma bütün bunlara baxmayaraq, klub müstəqilliyini qorumağa, AFFA-dan asılı vəziyyətə düşməməyə çalışırdı. “Qəbələ” bir müddət əvvələ kimi “Qarabağ”la birlikdə, federasiyanın puluna ehtiyacı olmayan iki klubdan biri idi. Ancaq koronavirus bir vaxtlar Avropa Liqasında qrup mərhələlərində çıxış edən bu klubu da AFFA-nın “cib”inə möhtac etdi. Beləliklə, hazırda federasiyadan maliyyə baxımdan asılılığı olmayan yeganə komanda “Qarabağ”dır. “Azersun Holding”in sponsoru olduğu Ağdam təmsilçisi hələ ki, kənar maliyyə yardımı olmadan ayaq üstdə dayana bilir. Nə vaxta kimi? Buna yəqin ki, ən yaxşı cavabı koronavirus verəcək...

Avropa və Azərbaycan: Dərd eyni, səbəblər fərqli

Koronavirus Avropa futboluna da ciddi şəkildə təsir göstərib. Məsələn, İspaniyanın “Real”, “Barselona”, Almaniyanın “Bavariya” kimi nəhəng klubları pandemiyadan ciddi şəkildə əziyyət çəkirlər. Bu klublarda futbolçuların məvacibləri azaldılıb, həm də, bir neçə dəfə. Koronavirusa görə vaxtından əvvəl başa çatdırılan çempionatlar da var – Fransa Liqa 1-i kimi.

Bəs, “Barselona”, “Real”, “Bavariya” kimi nəhəng klublar niyə maliyyə baxımından sıxıntı yaşayırlar? “Düşmən” eynidir – koronavirus. Amma Avropanın üzdə olan, hətta olmayan klublarının pandemiyaya görə əziyyət çəkməsinin kökündə başqa amillər dayanır. Bu klublar Azərbaycanın futbol komandalarından fərqli olaraq, əsas gəlirlərini azarkeşlərdən, bilet, forma satışından, teleyayımdan əldə edirlər. Bir sözlə, futbol, azarkeş yoxdursa, gəlir də yoxdur. Elə buna görə də, İspaniya, İngiltərə, Almaniya, İtaliya kimi ölkələrin futbol federasiyaları pandemiyaya görə yarımçıq dayandırılan çempionatları birtəhər bərpa etdilər, oyunlar azarkeşsiz də olsa, keçirildi. Yəni, çıxış yolu tapa bildilər, klublara dəyən maddi zərər qismən də olsa, azaldı. Baxmayaraq ki, hələ də Avropa futbolunda durğunluq hökm sürür, hətta nəhəng klublar da futbolçuların məvaciblərini ödəməkdə çətinlik çəkirlər. Amma bir şey dəqiqdir ki, pandemiyanın təsiri azaldıqca, bu klublar yenə də güclənməyə başlayacaq - azarkeşlərin, teleyayımdan gələn gəlirin, qısası, futbolun sayəsində.

Azərbaycanın özünü Avropaya aid hesab etməsinə baxmayaraq, bizim ən azı futbol baxımından “köhnə qitə”yə yaxından-uzaqdan dəxlimiz yoxdur. Koronavirus pandemiyası bunu bir daha, özü də aşkar şəkildə göstərdi. Necə?

Azərbaycan dövləti pandemiyanı əsas gətirib Premyer Liqanın davam etdirilməməsinə, çempionatın erkən yekunlaşdırılmasına qərar verdi. Bu qərar o vaxt verildi ki, metro, avtobuslar insanlarla dolub-daşırdı. Ən pisi də bu idi ki, ölkədə futbol çempionatının erkən dayandırılması haqda qərar qəbul edilərkən nə AFFA-nın, də klubların fikrinə əhəmiyyət verən oldu (bu qərardan sonra “Qarabağ” çempion elan edildi). Halbuki, hətta futboldan uzaq adam da bilir ki, Azərbaycanda insanların ən az toplaşdığı yer stadionlardır. Hə, zarafat kimi görünsə də, bu, belədir. Beləcə, FİFA-nın, UEFA-nın tövsiyələrini, çempionatı davam etdirmək yönündə çağırışlarını da qulağına alan olmadı.

Azərbaycanda futbol, klublar birbaşa dövlətə, onun əsas güc mənbəyi olan SOCAR-a bağlıdır. Bizim ölkədə futbol klublarını Avropada olduğu kimi, azarkeşlər, teleyayımdan əldə olunan gəlirlər, forma satışından qazanc yaşatmır. Bir sözlə, Azərbaycanda futbolu yaşadan futbola aid nə varsa onlar deyil, futbola dəxli olmayan şəxslər, ya da zadlardır – hansısa nazir, boru... Elə buna görə də, İspaniya, Almaniya, İtaliya, İngiltərə kimi ölkələrdə dövlət futbol çempionatlarının davam etdirilməsində maraqlı oldu. Çünki onlar yaxşı bilirdi ki, bir futbol klubunun yaşaması üçün onun meydana çıxıb oynaması lazımdır. Azərbaycan hökuməti isə çoxdan əmindir ki, burda futbol klublarının meydana çıxıb oynamasına ehtiyac yoxdur, neftin canı sağ olsun. Neft varsa, futbol da var, neft yoxdursa, futbol da yoxdur.

Neft - “qara qızıl” hazırda dünya bazarında üzümüzü ağ edəcək vəziyyətdə deyil. Ölkədəki bütün sahələr kimi futbol da ağzını açıb, neftdən gələcək puldan gözləyir. O pul isə getdikcə azalır. Pul azaldıqca, futbola olan diqqət də azalır. Hələ ki, əsas gəlir yeri SOCAR olan AFFA can verən klubların ölməməsi üçün birtəhər maliyyə yardımı ayıra bilir. Amma dünyanın koronavirisun cəngindən nə vaxt xilas olacağı, sabah nə baş verəcəyi bilinmir. Bilinən odur ki, Azərbaycan futbolu can verir, zarıldayır və artıq dövlət bu zarıltı səsindən bezib, tezliklə qulaqlarını birdəfəlik qapada bilər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/292xga

Самое читаемое