"Bundan əlavə, işə gedib-gəlməkdə çətinlik çəkirlər"

Источник: Foto: Meydan TV

Başlıq: "Bundan əlavə, işə gedib-gəlməkdə çətinlik çəkirlər"

“Neftçilər qaldıqları yataqxananı təmir edir, avadanlıq alır, keyfiyyətli yemək və su görmürlər”

Статья обновлена:  20 Январь 2020

Neftlə çalışanlar durumlarından narazılıq edirlər

“Dövlət Neft Şirkətinin rəhbərlərinin var-dövləti ilə bağlı istənilən məlumat neftçiləri qıcıqlandırır”.

Bunu 12 ildir Neft Daşları NQÇİ-də çalışan və işdən çıxarılma qorxusundan adının açıqlanmasını istəməyən neftçi deyir. Onun sözlərinə görə, işdə olduqları müddətdə qaldıqları yataqxananı neftçilərin özləri təmir edirlər, otaqlardakı soyuducu və digər avadanlıqların təmiri də onların öhdəsindədir. Nefçilərə verilən içməli su və satılan yeməklər də keyfiyyətli deyil. Bundan əlavə, işə gedib-gəlməkdə çətinlik çəkirlər.

Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının sədri Mirvari Qəhrəmanlı da neftçinin şikayətini haqlı hesab edib.

300 işçi üçün 22 nəfərlik avtobus?

Mirvari Qəhrəmanlı deyib ki, avtobus Neft Daşları NQÇİ-nin işçilərini hər gün gəmiyə minmək üçün yük körpüsünə və sahildən gələnləri isə yataqxanalara aparır. Sahildən gələn işçilərin sayı 100- 460 nəfər arasında olur. Amma işçiləri qarşılayan və yola salan avtobusun tutumu 22 nəfərlikdir.

“250-300 nəfərlik işçi və 22 nəfərlik avtobus. Vəziyyəti təsəvvür edn. İşçilər sahildən gələrkən özləri ilə ərzaq, geyim gətirirlər, yəni çantanın çəkisi 20 kilodan ağır olur. Avtobusa minə bilməyən işçilər ağır çantaları ilə yük körpüsündən yataqxanaya qədər 1 kilometrdən çox məsafəni piyada getməli olurlar”,-Qəhrəmanlı belə deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, işçilər üçün nəzərdə tutulmuş yataqxana otaqlarını neftçilər öz vəsaiti hesabına təmir edirlər.

Yataqxanalar sonuncu dəfə 10 il əvvəl, Neft Daşlarının 60 illiyinə hazırlıq ərəfəsində təmir olunub. M.Qəhrəmanlı əlavə edib ki, yataqxanaların lazımı avadanlıqlarla (televizor, soyuducu, yataq dəsti, yuyucu vasitələr, məişət avadanlıqları və s.) təminatı müvafiq sənədlərdə təsdiq olunur. Amma neftçilər deyirlər ki, avadanlıqları onların özləri alırlar. “Apardığımız monitorinqlər göstərir ki, sahələrdə işçilər üçün ayrılmış köşklərin əksərində isti-soyuq su, yəni su qızdırıcısı problemi var. Yataqxanalarda, sahə və sexlərdə sıradan çıxmış su kranları, qarışdırıcılar, lampalar, çay içmək üçün elektirk çayniklərı, qızdırıcılar da işçilərə aldırılır”.

Qəhrəmanlı qeyd edib ki, üstəlik neftçilərin dedikləri bu problemlər “Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan əksər idarələrdə, xüsusilə dəniz özüllərində mövcuddur.

Amma təkcə bunlar deyil. Neftçilər iddia edirlər ki, Neft Daşları NQÇİ, 28 May adına NQÇİ, Tağıyev adına NQÇİ, Neft Emalı Zavodunda zərərli işdə çalışanların pulsuz müalicə, profilaktik yeməklər, süd və ona bərabər tutulan məhsullarla təmin olunmasında problemlər var. Həmçinin “Azneft” İstehsalat Birliyinin idarə və müəssisələrində işçilərin pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə geyimlərinin verilməsi çətinliklə başa gəlir.

"250-300 nəfərlik işçi və 22 nəfərlik avtobus"

"250-300 nəfərlik işçi və 22 nəfərlik avtobus"

Источник: Meydan TV

Səhər işə gdən neftçi gecə limanda olmalıdır

Adının açıqlanmasını istəməyən neftçi deyir ki, uzun müddətdir şirkət strukturuna daxil olan Neft Daşlarına gəmi ilə növbə dəyişməyə gedən işçilər əziyyət çəkirlər:

“Halbuki rəislər, onların yüksək poçt tutmuş qohumları, hətta katiblər belə vertalyotla gedirlər. İşçilər Neft Daşlarına “General Əsədov” gəmisi ilə gedirlər. Gəmi isə köhnədir, küləkli havada dənizə çıxmağı risklidir. Hər növbə dəyişiləndə limanda 740-800 nəfər işçi olur. Gəminin sərnişin tutumu isə 577 nəfərdir. Gəmiyə minik başlayanda çox basabas yaranır. Gəmiyə minmə şansını əldə etmək üçün sabah işə gedəcək işçilər gecə saat 1-də limanda olub talon götürməlidirlər. İşçilərə əvvəlcədən gəminin yola düşə biləcəyi haqda xəbərdarlıq edilmir. 800-dək işçi gəmi limanına gəlir, uzun müddət gözlədikdən sonra geri qaytarılır. Onların içərisində rayonlardan gələnlər də var”.

“Ezamiyyət pulu verilmir”

Neftçilərin şikayətlərinin biri də qidalanma ilə bağlıdır. Dəniz bloklarında çalışan işçilərə ezamiyyət əvəzi olan 15 manat məbləğində pul ödənilməlidir. İddia olunur ki, “Azneft” İB-nin tərkibinə daxil olan 28 May və Neft Daşları NQÇİ-nin dəniz platformalarında həmin ezamiyyə əvəzi olan vəsait işçinin özünə verilmir.

“Həmin vəsaitə SOCAR tərəfindən işçilərin qidalanması üçün verilən 3 manat 80 qəpik məbləğində pul də əlavə edib işçiləri yeməklə təmin edən “Xəzər iaşə”nin hesabına köçürülür”, - neftçi deyir.

Mirvari Qəhrəmanlı isə bildirir ki, 28 may NQÇİ-yə məxsus 14 blokda eyni vaxtda bir gündə təqribən 1000-ə qədər işçi olur. Bu işçilərin blokda yeməklə təmin olunması üçün “Xəzər iaşə”nin hesabına hər gün üçün adambaşı 18 manat 90 qəpik köçürülür. Bu zaman işçinin həmin gün yemək yeyib-yemədiyi rol oynamır. Yəni 15 gündə “Xəzər iaşə”yə 283.500 manat pul ödənilir:

“Halbuki neftçilər yeməklərin keyfiyyətindən, təmizlikdən dəfələrlə şikayət ediblər. Amma işçilərin şikayətlərini araşdırmaq əvəzinə onları işdən çıxarmaqla qorxudaraq susmağa məcbur edilər. Özüllərdə iaşə xidməti üçün heç bir şərait yoxdur. Yeməkxana üçün iki ədəd 7 metrlik dəmir vaqon qoyulub. Birində həm ərzaq saxlanılır, həm yemək hazırlanır, həm də qablar yuyulur. İkinci dəmir vaqon isə yeməkxana kimi istifadə olunur. Xidmətin 3-4 nəfər işçisi özüldə çalışan 90 nəfər işçini yeməklə təmin edə bilmir . Bu vəziyyət əksər köhnə dəniz özüllərində müşahidə olunur. Problemlə əlaqədar mətbuatın Azərbaycan Neft və Qaz Sənayesi İşlərinin Həmkarlar Təşkilatları İttifaqının Respublika Komitəsinə verdiyi sorğuya Komitə sədri Cahangir Əliyev belə cavab verib ki, onun ofisi şəhərdədir, hər gün gedib fəhlələrin orda nə yediyinə baxa bilmir. Ona görə də konkret bir şey deyə bilməz”.

İşçilərə verilən yeməklərin keyfiyyəti ilə bağlı sosial şəbəkələrdə şəkillər də yayılıb. Ötən il iyunun 22-də Kompleks Qazma Trestinin 122-ci blokunda çəkildiyi iddia olunan şəkildə işçilərə səhər yeməyi zamanı təklif olunan yağın üstündə milçək ölüb. Neftçilər iddia edirlər ki, südün içində milçək çıxması adi haldır.

"Gəmi ilə gediş-gəlişə görə əlavə yemək pulu da ödənilir".

"Gəmi ilə gediş-gəlişə görə əlavə yemək pulu da ödənilir".

Источник: Foto: Meydan TV

Vertolyotla işə gedənlərə də eyni məbləğ ödənir

Qəhrəmanlı daha bir məsələ haqda danışıb:

“SOCAR “Azneft” İB-nin Neft Daşları NQÇİ-də işləyən təxminən 104 nəfər yüksək vəsifəli şəxsin (idarə rəisləri, müavinlər, baş mühəndis, mədən müdirləri, şöbə rəisləri) iş növbəsini dəyişmək, yaxud istehsalat zərurəti ilə əlaqədar istifadəsi üçün əlavə çağrılan vertolyot ay ərzində Pirallahı-Neft Daşları-Pirallah istiqaməti ilə minimum 20-25 reys edir. Bəzən vertalyot 2-3 nəfər üçün də istifadə olunur. Hər reysin saatının qiyməti isə ən azı 8 min manata başa gəlir. Ay ərzində bu, təxminən 240 min manat, il ərzində isə 2 milyon 400 min manat edir. Dəniz şəraitində işləyənlərə gediş-gəliş üçün itirdiyi vaxta görə əlavə ödəniş edilir. Məsələn, Neft Daşlarindan sahilə gəmi ilə 6 saat ,vertalyotla 40 dəqiqə vaxt sərfi olur. Yəni əgər işçi 7/8 günlük iş qrafiki ilə işləyirsə, bu halda onun yola sərf etdiyi 22 saata görə (hər saata görə 6.36 manat) 140 manat, 15/16 günlük iş qrafiki ilə işləyirsə, yola sərf etdiyi 12 saata gorə 70 manat əlavə ödəniş alır. Gəmi ilə gediş-gəlişə görə əlavə yemək pulu da ödənilir. Vertolyotla gedənlərin itirdiyi vaxt az olduğu üçün ödəniş də təbii ki, azdır. Neft Daşlarının vəzifəli şəxsləri işə vertalyotla gedib- gəlsə də, əksərinə işə gedən zaman itirdikləri vaxta görə ödəniş gəmi saatı ilə ödənilir. Bu isə qanun pozuntusu, mənimsəmədi. Dediklərimin təsdiqi isə çox asandır. İşçilər işə gedən zaman həm limanda, həm də vertolyot meydançasında qeydiyyatdan keçirlər”.

Hüquq müdafiəçisi əlavə edib ki, şikayət edənlərə müxtəlif yollarla təzyiqlər göstərilir: “Heç kim beş manatlıq çörək pulundan olmaq istəmir. Ona görə də adlarının gizli saxlanılmasına çalışırlar”.

Ölüm və xəsarət faktları gizlədilir

Təşkilat sədri deyib ki, neftçilərin təhlükəsiz şəraitdə işləmələri üçün də lazimi şərait yaradılmayıb. Üstəlik ölüm və xəsarət faktları gizlədilib:

“Ötən ilin mart-avqust aylarında neft sənayesində fəaliyyət göstərən şirkətlərdə 6 nəfər həyatını itirib. Onlardan ikisi SOCAR-ın, biri SAİPEM, üçü isə “APM engineering” şirkətinin işçisi olub. Ölüm səbəbləri təhlükəsiz iş şəraitinin yaradılmaması olub. “Saipem” şirkətinin 14, SOCAR-AQŞ-ın 1, “APM engineering” şirkətinin isə 4 işçisi xəsarət alıb. Neft sahəsində ölüm və xəsarətlərlə bağlı məlumatlar reallığı tam əks etdirmir, bunlar yalnız mətbuatda verilənlərdir. Yaxud şikayət və ya təsadüfdən bəlli olanlardır. Əksər hallarda işəgötürənlər baş vermiş bədbəxt hadisələri müxtəlif yollarla qeydə almırlar, gizlədirlər. Baş verən hadisələrə görə indiyədək cinayət məsuliyyətinə cəlb edilən olmayıb”.

Qəhrəmanlının sözlərinə görə, ötən ilin iyulun 15-də SOCAR “Günəşli” yatağı ərazisində yerləşən 28 May NQÇİ-nin 14 saylı Dərin Dəniz Özülündəki (DDÖ) 261 saylı quyuya kimyəvi məhlul vurarkən (kimyəvi məhlulun tərkibində sulfat turşusu var), insan sağlamlığı üçün təhlükəli məhlul quyuların kimyəvi operatoru Seymur Vəlixanovun üzünə tökülüb. Nəticədə operator ölüb. Hadisədən sonra SOCAR tərəfindən verilən ilkin məlumatda, iş vaxtı Seymurun üzünə kimyəvi məhlul sıçradığı və hamamda əl-üzünü yuyarkən yıxılıb beyinə qan sızması nəticəsində öldüyü, bir müddətdən sonra iş yoldaşları tərəfindən tapıldığı qeyd edilmişdi.

"Ötən il iyunun 22-də Kompleks Qazma Trestinin 122-ci blokunda çəkildiyi iddia olunan şəkildə işçilərə səhər yeməyi zamanı təklif olunan yağın üstündə milçək ölüb".

"Ötən il iyunun 22-də Kompleks Qazma Trestinin 122-ci blokunda çəkildiyi iddia olunan şəkildə işçilərə səhər yeməyi zamanı təklif olunan yağın üstündə milçək ölüb".

Источник: Meydan TV

“Hadisədən 2 gün sonra “Azneft” İB-də Baş mühəndisi Rövşən Qarayevin sədrliyi ilə iclas keçirilib, idarələrə tapşırılıb ki, qabaqlayıcı tədbirlər görülsün. Hadisə ilə bağlı heç kimsə cəzalandırılmayıb”, - Mirvari Qəhrəmanlı deyir.

Hüquq müdafiəçisi deyir ki, 2019-cu il, mayın 8-də “Şahdəniz 2” layihəsinin boru çəkilişini yerinə yetirən “İsrafil Hüseynov” gəmisində partlayış nəticəsində 14 nəfər ağır xəsarət alıb, 1 nəfər xarici ölkə vətəndaşı ölüb. Gəmi “Şahdəniz 2” layihəsində podratçı qismində iştirak edən “Saipem” şirkətində icarədədir. Hadisə borudüzmə əməliyyatında podratçı tərəfindən öz texnologiyalarına uyğun tətbiq edilən boru birləşmələrini izolyasiya etmək üçün gəmiyə gətirilmiş avadanlıqda baş verib.

Dövlət Neft Şirkətindən deyilənlərə münasibət bildirmək istəməyiblər. “Azneft” İB-dən isə deyiblər ki, Meydan TV-yə danışmayacaqlar .

"Bəzən vertalyot 2-3 nəfər üçün də istifadə olunur"

"Bəzən vertalyot 2-3 nəfər üçün də istifadə olunur"

Источник: Foto: Meydan TV

"Apardığımız monitorinqlər göstərir ki, sahələrdə işçilər üçün ayrılmış köşklərin əksərində isti-soyuq su, yəni su qızdırıcısı problemi var".

"Apardığımız monitorinqlər göstərir ki, sahələrdə işçilər üçün ayrılmış köşklərin əksərində isti-soyuq su, yəni su qızdırıcısı problemi var".

Источник: Foto: Meydan TV

Yataqxanalarda, sahə və sexlərdə sıradan çıxmış su kranları, qarışdırıcılar, lampalar, çay içmək üçün elektirk çayniklərı, qızdırıcılar da işçilərə aldırılır"

Yataqxanalarda, sahə və sexlərdə sıradan çıxmış su kranları, qarışdırıcılar, lampalar, çay içmək üçün elektirk çayniklərı, qızdırıcılar da işçilərə aldırılır"

Источник: Foto: Meydan Tv

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  20 Январь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ltirvz

Самое читаемое