Qusar rayonu

Источник: azerbaijan.travel

Başlıq: Qusar rayonu

Nəcəfoba sakinləri: Bizim kəndə qaz xətti çəkmək “yaddan çıxıb”

Sakinlərin sözlərinə görə, qışboyu evlərini isitmək üçün oduna azı 700-800 manat xərcləməlidilər

“Meşələri qoruq elan edəndən sonra ordan çır-çırpı da yığa bilmirik. Halbuki, bizi vəziyyətdən çıxaran elə o çır-çırpı idi, yayboyu toplayıb qışa tədarük edirik, ev-eşiyi qızdırırıq. Ötən qışı çox ağır keçirdik. Çünki odun almağa imkan olmadı, maye qaz isə 30 ilə yaxındır ki, yoxdur”.

Bunu Meydan TV-yə Qusarın Nəcəfoba kəndinin sakinləri deyir. Onların sözlərinə görə, son illərdə rayonun bir çox kəndi qazlaşdırılsa da, bir-birinə qonşu olan Nəcəfoba, Gilahoba, Torpaqkörpü, Haçatala, Qaratoba və daha bir neçə kənddə mavi yanacaq yoxdur. Bu isə əsasən də payız-qış mövsümlərində əhaliyə çətinliklər yaradır.

“Ötən qışa odun ala blmədik, əziyyət çəkdik”

“Bura Azərbaycanın şimal bölgəsidir, onsuz da qışmız sərt keçir. Okyabrın ortalarından sərt soyuqlar düşür, evləri isitməli oluruq, ancaq isidə bilmirik. Ötən yay pandemiyaya görə həyətimizin meyvələrini də bazara çıxara bilmədik deyə, qışa odun tədarükü də görə bilmədik. Nəticədə uşaqlar, qocalar soyuqladı, hərəsi bir xəstəlik tapdı”, - kənd sakini deyir.

Eyni şikayətlər Torpaqkörpü kəndindən də gəlir. Bu kəndin sakinləri deyir, başqa kəndlərə çəkilən qaz xətti onların yaxınlığından keçsə də, nədənsə bu kəndi qazlaşdırmaq “yaddan çıxıb”:

“Qazlaşdırılan kəndlərdə parniklər də isidilir, ancaq bizim kənddə insanlar soyuqdan böyrəklərini itirir. Axı bu necə olur, gözümüzün qarşısından qaz xətləri bizdən sonrakı kəndlərə çəkilir, bizim kəndə yox?”

“Odun bahalaşıb, ala bilmirik”

Meşələrdən çır-çırpı yığmaq yasaqlandığından sakinlər odun almaq üçün rayon mərkəzinə getmək məcburiyyətində qalır. Üstəlik, odunun qiyməti də necə deyərlər, ceyran belinə çıxıb:

“Nə qədər ki, adamlar özləri meşədən çırpı gətirə bilirdi, odun da ucuz idi. Son 2-3 ildə odunun da qiyməti 3-4 dəfə qalxıb. Rayon mərkəzinə getməlisən, odun almaqla iş bitmir, maşın tapıb, yükləyib gətirməlisən ki, bu da əlavə xərcdir. Bir qışı odundan nə qədər qənaətlə istifadə etsən də, azı 700-800 manat xərcləməlisən. Üstəlik, elektrik də normal verilmir ki, evləri elektrik cihazlarıyla qızdırasan. Bir neçə aydan sonra yenə qış qapıda olacaq, istədiyimiz odur ki, heç olmasa bu yayı qaz xətti çəkilsin, növbəti soyuqlarda eyni əziyyətləri yaşamayaq”.

“İnkişaf budur?”

Sakinlər qaz xəttinin çəkilməməsini məmur məsuliyyətsizliyi ilə bağlayırlar:

“Prezident insanların işıq, qaz sarıdan əziyyət çəkməməsi üçün göstərişlər verir, ancaq məmurlar bu göstərişləri yerinə yetirmir. Yalnız rayon mərkəzi abadlaşdırılır, su, qaz, işıq problemləri yalnız oralarda həll olunur, kəndlərə gəlib çatmır. Deyirlər, regionlar inkişaf edir. Hanı? Bu qədər kənddə işıq, qaz problemi varsa, hansı inkişafdan danışmaq olar?”

Qusar rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, son on il ərzində dövlət proqramları çərçivəsində rayonun Mucuqoba, Oğuz, Bucaq, Quxuroba, Yuxarı Zeyxur, Nəcəfkənd, Girik, Qələnxur, Zuxul, Piral, Cibir və digər onlarla kəndi qazlaşdırılıb. Nəcəfoba, Gilahoba, Torpaqkörpü, Haçatala, Qaratoba və daha bir neçə kənd isə 2023-cü ilədək tam qazlaşdırılacaq: “2-3 ilə rayonda qazlaşdırılmamış kənd qalmayacaq. Bu istiqamətdə bütün texniki işlər görülür”, - qurumdan bildirilib.

2020-ci ilin fevralında “Regionların 2019-2023-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının 2019-cu ilin yekunlarına dair” konfrans keçirilmişdi. Həmin konfransda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, ölkənin demək olar ki, hər yerində qazlaşdırma işləri 96 faiz yerinə yetirilib.

Ötən il isə ölkə ərazisində (əsasən kənd və yeni yaşayış massivləridə) qazlaşdırma işlərinin davam etdirilməsi üçün büdcədən Dövlət Neft Şirkətinə 130 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/y4xgtp

Самое читаемое