Источник: google

Nazir: Əmək haqqı fondunda 3 milyard manat artım olub

Статья обновлена:  7 Февраль 2020

“Bu rəqəmin nə dərəcədə real olduğunu təyin etmək çətindir”

“İşsiz və işaxtaran vətəndaşlar üçün bugün 20 min vakansiya elan edilib”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev fevralın 6-da keçirdiyi konfransda belə deyib. Nazir bildirib ki, işsizliyin aşağı səviyyədə saxlanılması üçün davamlı dövlət proqramları həyata keçirilir:

“Ötən il 26 min şəxs dövlət şirkətləri tərəfindən sosial işə cəlb olunub. Sadəcə dövlət xətti ilə 64 min insan işlə təmin olunub. Bu tendensiya artan şəkildə davam edəcək”.

Nazir ötən il sosial paketlərdən sonra inflyasiyanın artacağı ilə bağlı irəli sürülən iddialara da toxunub. İnflyasiyanın proqnozlarından aşağı olduğunu söyləyib:

“Vətəndaşlarımızın gəlirləri inflyasiyadan 6 dəfə çox artıb. 4-5 faizə qədər olan inflyasiya inkişaf etməkdə olan ölkələr üçün müsbət hesab edilir. Biz ötən il hökümət olaraq 2,6 faizdə saxlaya bildik və inanıram ki, bu il də nəzərdə tutulan rəqəmdə saxlaya biləcəyik”.

Nazir həm də bildirib ki, qeyri-rəsmi məşğulluğun leqallaşması sayəsində son 1 il ərzində iqtisadiyyat üzrə əmək haqqı fondunda 42 faiz və ya 3 mlrd. manat artım olub.

Rövşən Ağayev

Rövşən Ağayev

Источник: Meydan TV

İqtisadçı Rövşən Ağayev deyir ki, nazirin dediyinə inansaq, deməli, 1 il ərzində iqtisadiyyat üzrə əmək haqqı fondunda 42 faiz və ya 3 mlrd. manat artım olub. İqtisadçı bu rəqəmin inanılmaz dərəcədə böyük olduğunu söyləyir:

“Yüz minlərlə muzdlu işçi 2019-cu ilin yanvarından gəlir vergisindən azad olunub. Dövlət büdcəsinə təsirlər əsasında bu rəqəmin nə dərəcədə real olduğunu təyin etmək çətindir. Amma bu artım ən azından muzdlu işə görə sosial sığorta haqlarının dövriyyəsində özünü göstərməlidir. Odur ki, tarif və vəzifə maaşlarının artımı nəticəsində sosial yığımların artmını ayrıca hesablamağa, maaşların “ağarması“nın sosial yığımlara təsirini ayrıca bəyan etməyə ehtiyac var”.

İqtisadçı deyir ki, əgər əmək haqqı fondu 1 ildə 3 mlrd. manat artsaydı, bu özünü icmal büdcə ila yanaşı milli hesablar statistikasında, ev təsərrüfatlarının gəlirlərinin strukturunda da göstərməli idi:

“Milli hesablar statistikasından başlayaq. Əmək haqqı gəlirlərin yaranması hesabının, ÜDM-nin gəlirlər üzrə strukturunu formalaşdıran əsas elementlərindən biridir. Gözləmək lazım gələcək ki, 3 mlrd. manat leqallaşan əmək haqqı rəsmi bəyan olunan milli gəlirin strukturunda necə əks olunacaq. 2019-cu ilədək Azərbaycanda milli gəlirin 20 faizdən də azını əmək haqqı gəlirləri təşkil edib. İnkişaf etmiş ölkələrdə bu, 55-60 faizdir. İndi bu rəqəm həmin göstəricini ən əzı 25 faizə çıxarmalıdır. Bunu 2019-cu ilin milli hesablar statistikası açıqlananda görəcəyik”.

Rövşən Ağayev deyir ki, burada başqa bir nüans isə gizli əmək haqqı dövriyyəsinin “kölgə iqtisadiyyatı“nın əsas mənbələrindən biri olmasıdır:

“Bu “ağarma” qara iqtisadiyyatı hansı ölçüdə leqallaşdırmağa səbəb oldu? Qeyri-leqal əmək haqqı üçün istənilən biznesin qara dövriyyəsi olur. Uçotdankənar bu dövriyyədən müəssisənin əldə etdiyi qazanclar onun qeyri-rəsmi xərclərini, o cümlədən əmək haqqı, rüşvət, hədiyyə və s. xərclərini maliyyələşdirmək üçün sərbəst vəsait rolunda çıxış edir. Əgər 3 mlrd. manat maaş “ağarıbsa”, bu, ümulikdə nə qədər qara dövriyyənin rəsmiləşməsinə imkan verib?”

İqtisadçı deyir ki, əvvəla yaranan suallara cavab verilməlidir. Bundan əlavə, maaşlar ağarırsa, xərclərin müəyyən bir hissəsi leqallaşır deməkdir:

“Xərclərdə leqallaşma varsa, hansı miqyasdadır və bu, bütövlükdə müəssisələrin mənfəətinin həcmində hansı dəyişikliklərə səbəb olub? – bunu da araşdırmaq lazımdır. Bütövlükdə bu “ağarmalar”ın gizli iqitsadiyyatın miqyasına təsirlərini görə biləcəyikmi?”

Rövşən Ağayev deyir ki, həm də 2019-cu ildə iqtisadi artımda bu leqallaşmanın təsirinin olub-olmadığına da baxmaq lazımdır:

“Nəhayət, Azərbaycanda 1 il əvvələdək ev təsərrüfatlarının gəlirlərində əmək haqqı gəlirlərinin payı 35 faizdən də az olub. Bu, inkişaf etmiş ölkələrdə 65-70 faizdən az deyil. İndi baxaq görək 3 mlrd. manatlıq leqallaşma gəlirlərin strukturu ilə bağlı rəsmi rəqəmlərə necə təsir edəcək?”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  7 Февраль 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/tju5hq

Самое читаемое