Metropoliten

Источник: Foto: Meydan tv

Başlıq: Metropoliten

Natiq Cəfərli: Metropoliten tələbələrin vasitəsilə mesaj verir

“Metropoliten hazırda kəsilən pulu haradan çıxaracağını düşünür”

Bir müddət öncə bir qrup tələbə Bakı Metropoliteninin sədri Zaur Hüseynova müraciət ünvanlamışdı. Müraciətdə qatarlar arasında intervalın azaldılmasını, yeni və kondisionerli qatarların sayının artırılmasını istəmişdilər.

Noyabın 5-də “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin müraciətinə cavab verib. Bildirib ki, onların istəkləri yaxşı arzulardır. Həmin tələbələr tezliklə təhsillərini başa vursunlar, işə düzəlsinlər və onlara bunu etməyin yolunu göstərsinlər.

“Tələbələrin qaldırdıqları məsələlərin hamısını həll etmək mümkündür, amma bunlar metro tikiləndə nəzərə alınmalı idi. Bu gün metronu saxlamaq, onun işarəvermə sistemini dəyişdirmək, ancaq utopiya kimi görünə bilər. Eyni zamanda, 2 dəqiqə intervalı çox deyil. Digər metropolitenlərin də statistikasına baxa bilərsiniz”.

Əlixan Osmanov

Əlixan Osmanov

Источник: Foto: Report.az

ReAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, metropolitenin cavabı Seyid Əhməd əliylə ilan tutmağa bənzəyir. Bu cavabla tələbələrdən istifadə edərək mesaj verir ki, dövlət büdcəsindən onlara ayrılan vəsait azdır:

“Əlavə vəsait, dotasiya istəyirlər. Çünki metropolitenin gələn il üçün olan dotasiyası 5 milyon kəsilib. Yəqin bundan bir az da inciyiblər”.

İqtisadçı əlavə edir ki, əslində açıqlamanın məğzi tam da bundan ibarətdir. Metropoliten hazırda kəsilən pulu haradan çıxaracağını düşünür. Bunun da 2 yolu var. Ya gediş haqqını artıracaqlar (azı 2 dəfə), ya da büdcədən əlavə vəsait transferinə nail olacaqlar:

“Ancaq hökumət qiymət artımına imkan vermir. Çünki bu, əhalinin narazılığına səbəb olacaq. Çəkinirlər. Tək yolu dövlət büdcəsindən əlavə vəsait istəməkdir. Bu günlərdə prezident özü də açıqladı ki, büdcədən qurumlara ayrılan rəqəmlər şişirdilir, korrupsiyaya yol verilir, mənimsəmələr olur. Ona görə də büdcə xərcləmələrində müəyyən azalmalara gedilib”.

Natiq Cəfərli

Natiq Cəfərli

Источник: Foto: Meydan tv

Natiq Cəfərli deyir ki, bütün dövlət, hökumət orqanları uzun illər yağ içində böyrək kimi yaşayıblar. İndi ayrılan vəsaitlər azalır, bunu görüb, hökumətə müxtəlif yollarla ismarıc verirlər:

“Bu ismarıcları təkcə hökumətə yox, həm də cəmiyyətə çatdırırlar. Metropolitenin tələbələrə cavabının tərcüməsi bundan ibarətdir. Ya gediş haqqının artırılmasına, ya da dövlət büdcəsindən daha çox vəsait ayrılmasına nail olmaq istəyirlər”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/5m79ca

Самое читаемое