Müsavatçı gənc ev dustaqlığına buraxılmadı

Məhkəmə Əbülfəz Sadıqbəylinin vəsatətini rədd edib

Source:
Əbülfəz Sadıqbəyli
Əbülfəz Sadıqbəyli


Məhkəmə Əbülfəz Sadıqbəylinin vəsatətini rədd edib

Səbail Rayon Məhkəməsi dekabrın 7-də Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin həbs qəti-imkan tədbirinin ev dustaqlığıyla əvəz olunması ilə bağlı vəsatətini rədd edib.

Məlumatı Meydan TV-yə Əbülfəz Sadıqbəylinin vəkili Osman Kazımov verib.

Osman Kazımov deyir ki, məhkəməyə ziyanın ödənilməsi haqda sənəd də təqdim edilib, amma vəsatət təmin olunmayıb:

“Əbülfəz Sadıqbəylinin hərəkətində cinayət yoxdur. Biz qərarı gələn həftə alacağıq, ondan sonra hüququ addımlarımızı davam etdirəcəyik”.

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O. Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.

İttihama görə, müsavatçı “Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı “Niva” markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

Əbülfəz Sadıqov ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.

Ana səhifəXəbərlərMüsavatçı gənc ev dustaqlığına buraxılmadı