Müflis banklar və banklardan milyonlar qazanan Əliyevlər

Ötən il prezidentin övladları banklardan 82 milyon dollar gəlir götürüb

Source:
Əliyevlər ailəsi
Əliyevlər ailəsi


Ötən il prezidentin övladları banklardan 82 milyon dollar gəlir götürüb

2016-cı il Azərbaycan bankları üçün borclanma, müflis olma, bağlanma ilə yadda qaldı. Yalnız bu proseslər bəzi banklardan yan keçdi. Bunlar prezident İlham Əliyevin övladlarının nəzarət etdiyi banklardır. Əliyevlər 2016-cı ildə bu banklardan 82 milyon ABŞ dollarından çox gəlir götürüblər. Ümumilikdə isə Azərbaycanın bank sektoru ötən il 960 milyon dollar itirib.

İnfoqrafikaya bax:

İyulda ailə

“VTB Bank”

-dakı 49 faizlik səhmlərindən 31 milyon dollar qazanıb. Eyni zamanda, bu bank 2016-cı ildə 80 milyon dollar itirib. Alıcı isə Rusiyanın dövlət nəzarəti altında olan “Bank VTB-Rusiya” olub.

Leyla və Arzu Əliyevalar isə gəlirli – “Kapital Bank”,

“Paşa Bank”



“Xalq Bank”

a nəzarət edirlər.

Bu arada, “Moody’s Investor Service”

“Kapital Bank”

ın reytinqini açıqlayıb. Hesabatda bildirilir ki, bank riskləri “korporativ müştərilərə, dövlət işçilərinə, büdcə alıcılarına və digər ödəmə qabiliyyətli müştərilərə kredit verməklə azaldır”. Başqa sözlə, “Kapital Bank” büdcəyə yaxın, təhlükəsiz müştərilərlə işləyir.

Ailənin nəzarətində olan

“AtaBank”

da 2016-cı ildə çətinliklərlə üzləşib. Buna baxmayaraq, “Xəzər İnkişaf Bankı” ilə birləşərək bir neçə həftəyə durumunu düzəldib. Bankın hesabatında deyilir ki, sazişdən sonra “AtaBank”ın 67 milyon dollardan çox nizamnamə kapitalı olacaq.

Arzu Əliyeva artıq

“Bank Silk Way”

-də 29.08 faiz səhmlərin sahibi olaraq qeyd edilmir. Şirkətin sahibi yaxınlarda “Silk Way Airlines” üçün 1 milyard dollarlıq təyyarələr sifariş verən AZAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevadır.

Bankların analizi göstərir ki, bu sahədə baş verən fəlakətlərin səbəbkarı Azərbaycan Beynəlxalq Bankıdır (ABB). ABB mayda dövlət büdcəsindən 8 milyard dollara yaxın maliyyə dəstəyi alıb. Beləliklə, müflis elan edilməkdən yaxa qurtarıb. Eyni zamanda, ABB xarici kreditorlara olan 3.5 milyon dollardan çox borcunun restrukturizasiyası ilə bağlı məhkəməyə müraciət edib və müsbət cavab alıb.

Dövlət bankı hesab edilən ABB hələ də ölkənin bank sektorunun 40 faizinə nəzarət edir. 2012-ci ildə iqtisadi cəhətdən sağlam olan ABB-nin 32.5 faizi adı qeyd edilməyən şəxsə aid olub (2002-ci ildən etibarən bank, fərdi səhmdarların adlarını hesabatlarda qeyd etmir). Hazırda isə bankın pulları qan ağlayır (2016-cı ildə bankın çəkdiyi zərər 1.1 milyard dollar məbləğində qiymətləndirilir). Səhmlərinin 95 faizi dövlətə məxsusdur. Deməli, milli xəzinənin itirdiyi kütləvi zərərləri fərdi səhmdarlar yox, dövlət daşıyır.

ABB hesab edir ki, 2018-ci ildə bankın ümumi durumu yaxşılaşdırılacaq. Son 15 ildir bu sözlər tez-tez səslənir.

Ana səhifəAraşdırmaMüflis banklar və banklardan milyonlar qazanan Əliyevlər