Müdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarənin bəzi fraqmentləri tapılıb

“Əgər onlar bu prosesdə iştirak edəcəklərsə, biz heç vaxt təyyarənin qəzaya uğraması deyil, uğradılmasi ilə bağlı həqiqəti öyrənə bilməyəcəyik”.

Foto: Müdafiə Nazirliyi


''Təyyarənin düşdüyü ərazi avqustun 8-də müəyyən edilib''


Müdafiə Nazirliyi

təlim uçuşu zamanı radarlardan itmiş hərbi təyyarənin bəzi fraqmentlərinin tapıldığını bəyan edib.

Nazirliyin məlumatında deyilir ki, qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

“Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür”.

Hadisə iyulun 24-də ba verib. Polkovnik-leytenant

Rəşad Atakişiyev

in idarə etdiyi “MİQ-29” təyyarəsi radarlardan itib.

Təyyarənin axtarışına Rusiyadan olan mütəxəssislər də qoşulmalı idi. Hərbi ekspert Uzeyir Cəfərov təyyarənin fraqmentlərinin tapılması ilə əlaqədar sosial şəbəkələrdə yazdığı statusunda Müdafiə Nazirliyinə müraciət edərək bildirib ki, artıq axtarış-xilasetmə işlərinə Rusiya mütəxəssislərinin cəlb edilməsinə ehtiyac yoxdur.

“Əgər onlar bu prosesdə iştirak edəcəklərsə, biz heç vaxt təyyarənin qəzaya uğraması deyil, uğradılmasi ilə bağlı həqiqəti öyrənə bilməyəcəyik”.

Qəzanın səhərisi günü Üzeyir Cəfərov sosial şəbəkələrdə buna səbəb kimi Rusiya hərbçilərinin həmin zaman radiodalğa zərbəsi ilə təyyarələrin texniki avadanlığını sıradan çıxara texnologiyanı sınaqdan çıxardığını və təsadüf nəticəsində eyni zamanda Azərbaycan hərbi təyyarəsinin həmin radiusda uçuş etdiyini bildirib.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Qəzaya uğrayan təyyarənin bəzi fraqmentləri tapılıb