Müdafiə Nazirliyi: Naxçıvan atəşə tutulub, Azərbaycan əsgəri yaralanıb (yenilənib)

Bildirib ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Source: Архив


13.08.


Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Naxçıvan istiqamətindəki mövqelərinin atəşə tutulması barədə məlumatı təkzib edib.


Məlumatı "Sputnik Armeniya"



yayıb



.


"Bu yalan və dezinformasiyadır, belə bir şey olmayıb", – deyə nazirlik bildirib.


Ermənistan tərəfi deyib ki, Azərbaycan hərbçisinin xəsarət almasının səbəblərini Silahlı Qüvvələrin hərbi qulluqçularının şəxsiyyətlərarası münasibətləri və nizam-intizamı ilə bağlı problemlərdə axtarmaq lazımdır.

***


"Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur"

Mayın 27-dən 28-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalıb.

Nəticədə hərbi qulluqçu əsgər Elxan Muradov çiynindən yaralanıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Elxan Muradova dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edildiyini vurğulayıb: "Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur".

Müdafiə Nazirliyi Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəfi susdurduğunu qeyd edib.

Bildirib ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır.

Ana səhifəSiyasətMüdafiə Nazirliyi: Naxçıvan atəşə tutulub, Azərbaycan əsgəri yaralanıb (yenilənib)