Müdafiə Nazirliyi: ''Bal-E'' raket sistemlərini əldə etmək niyyətimiz olmayıb

Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi

Nazirlik məlumatları təkzib edir

"Bal-E" raket sistemlərinin alınması məqsədilə danışıqlar aparmamışıq və kompleksin əldə edilməsi niyyətimiz də olmayıb".

Bu sözləri “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlik son günlər müxtəlif kütləvi informasiyalarda vasitələrində “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Bakıya satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları təkzib edib.

“Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, - məlumatda qeyd olunub.

“Kommersant” yazır ki, Azərbaycan Rusiya hərbçilərinin mövqeyi üzündən sahil raket kompleksini ala bilməyəcək. 

Məqalədə bildirilir ki, Azərbaycan silahlı qüvvələrinin “Bal-E” sahil raket kompleksləri (SRK) ilə təchiz olunması Rusiya Federasiyası Müdafiə Nazirliyinin mövqeyi üzündən baş tutmayıb. Rusiya hərbçiləri hesab ediblər ki, bu kompleksin raketlərinin hətta ixracat modifikasiyası Rusiya ərazi sularında yerləşən RF Xəzər donanmasının gəmilərinə potensial təhlükə ola bilər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/679vew

Самое читаемое