MSK müsavatçının şikayətini təmin etmədi

Arif Hacılının sözlərinə görə, Saleh Sultanov DSK-ya vaxtında müraciət etsə də, onun sənədləri uzun müddət götürülməyib

Mərkəzi Seçki Komissiyası, Foto: Mərkəzi Seçki Komissiyası


“Saleh Sultanov namizəd olsaydı, özünü buraxmış parlamentin üzvü olan YAP-çıdan dəfələrlə çox səs toplayacaqdı”

Mərkəzi Seçki Komissiyasının yanvarın 19-da keçirilən iclasında 110 saylı Zaqatala seçki dairəsindən namizədliyini irəli sürən Saleh Sultanovun şikayətinə baxılıb.

Öz təşəbbüsü ilə namizədliyini irəli sürən Müsavat Partiyasının üzvü Saleh Sultanov 110 saylı Zaqatala seçki dairəsinin onun namizədliyini qeydə almaması ilə bağlı MSK-ya şikayət etmişdi.

MSK S.Sultanovun sənədlərini zamanında təqdim etmədiyi üçün DSK-nın qərarını qüvvədə saxlayıb.

Müsavat Partiyanın başqanı Arif Hacılı Meydan TV-yə MSK-nın qərarını çox ciddi yanlış saydığını deyib.

Arif Hacılı hesab edir ki, DSK Saleh Sultanova münasibətində əndazəsini aşıb və MSK bugünkü qərarı ilə bunu davam etdirib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılının sözlərinə görə, Saleh Sultanov DSK-ya vaxtında müraciət etsə də, onun sənədləri uzun müddət götürülməyib:

“Bundan sonra imza vərəqələri verilmədi, faktiki olaraq seçkilərdə qalib gələcək müsavatçının iştirakına imkan verilmədi. Bu, məqsədli edildi. Çünki Saleh Sultanov namizəd olsaydı, özünü buraxmış parlamentin üzvü olan YAP-çıdan dəfələrlə çox səs toplayacaqdı”.

Ana səhifəSiyasətMSK müsavatçının şikayətini təmin etmədi