Mirtağı Əsədov: Məni avtobusdan düşürüb aparıblarsa, necə polisə müqavimət göstərə bilərəm?

Məhkəmə şeyxin apelyasiya şikayətini təmin etmədi

Source:
Mirtağı Əsədov
Mirtağı Əsədov


Məhkəmə şeyxin apelyasiya şikayətini təmin etmədi

Noyabrın 17-də Apelyasiya Məhkəməsi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Şeyx Mirtağı Əsədovun şikayətinə baxıb.

Bu baradə M.Əsədovun həyat yoldaşı Şahanə Hacıyeva Meydan TV-yə bildirib.

Məhkəmə M.Əsədovun şikayətini təmin etməyib. M.Əsədov deyib ki, onu avtobusdan düşürüb aparıblarsa, polisə necə müqavimət göstərə bilər:

“Ona görə ittiham absurddur”.

Prosesdə Gürcüstanın Bakıdakı səfirliyinin nümayəndəsi də iştirak edib. Səfirlik rəsmisi M.Əsədovdan onun hüquqlarını müdafiə etmələrinə razılıq verib-vermədiyini soruşublar. M.Əsədov səfirlikdən onun durumunu diqqətdə saxlamalarını istəyib:

“Çünki mən Gürcüstan vətəndaşıyam”.


M.Əsədov

noyabrın 7-də Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanılıb. O, polisə müqavimət ittihamı ilə 30 sutka inzibati cəza alıb.

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin məlumatına görə, M.Əsədov 2 il əvvəl Azərbaycan vətəndaşlığından imtina edib.

Onun ailəsinin Azərbaycanda yaşadığı, ailəsinı baş çəkmək üçün ildə bir neçə dəfə Azərbaycana səfər etdiyi bildirilir.

İdarədən deyiblər ki, Gürcüstanın Müsəlmanlar Ali Dini İdarəsinin sədri olan M.Əsədov son aylarda Gürcüstandakı məscidlərin durumu ilə bağlı tənqidi çıxışlar edib. O, Gürcüstanda məscidlərin dövlət mülkiyyətinə verilməsinə, sovet dövründə dini birliklərə dəyən zərərin kompensasiya edilməsi qaydasına qarşı çıxıb.

Ana səhifəXəbərlərMirtağı Əsədov: Məni avtobusdan düşürüb aparıblarsa, necə polisə müqavimət göstərə bilərəm?