Seymur Həzi

Источник: Meydan TV

Başlıq: Seymur Həzi

Minsk qrupunun alternativsizliyi

Görünür ki, Qərb Azərbaycan-Türkiyə münasibətlərindən daha çox Türkiyə-Rusiya münasibətlərindən narahatlıq keçirir

ABŞ və Fransanın Qarabağ münaqişəsinin son nizamlanmasına dair birgə bəyanatı maraqlı oldu. Birincisi ona görə ki, bu bəyanat Rusiya, Azər baycan və Ermənistan arasında əldə edilən üçtərəfli razılaşmadan on gün sonra verilib. İkincisi, niyə nizamlanmada Türkiyənin iştirakına dair sual Rusiyaya ünvanlanır? Nəhayət, Fransa və ABŞ Minsk qrupunu nizamlanma üçün alternativsiz görməklə nə demək istəyirlər? Sualları artırmaq da olar.

“Heç olmamaqdansa, gec olmaq yaxşıdır”

Bu rusların sevdiyi misaldır. Ancaq gördük ki, ABŞ və Fransanın niyyətini daha yaxşı şərh edir. 45 gün ərzində susqunluq barədə xırdalıqlı yazmaq istəməzdim. Amma onu demək lazımdır ki, əslində bu səssizlik bizim maraqlarımızı təmin edirdi. Bu mənada ki, Minsk qrupu 26 il ərzində münaqişənin həllində prinsipial addımlar atmamış, öz səmərəsiz fəaliyyəti ilə diplomatik həlli siyasi üfüqdən çıxarmışdı. Hərbi yol qaçılmaz olduqda elə də təsirli olmayan bir-iki cəhdlə onu saxlamaq istəyi isə baş tutmamışdı. Azərbaycan bu cəhdləri ciddiyə ala bilməzdi, çünki hərbi əməliyyatların dayandırılması əvəzində ATƏT effektiv heç nə vəd etmirdi. Ona görə də bu təşkilatın müharibəyə həvəssiz müdaxiləsi Azərbaycanın öz torpaqlarını işğaldan azad etmə fürsəti idi. Fransa və ABŞ günlər sonra nizamlanmanın formatına görə narahat olubsa, bu, onların təkcə Türkiyənin prosesdə iştirakına deyil, həm də prosesin özünə hansı sürətlə reaksiya verməsinin göstəricisidir. Biz bu sürəti məsələyə münasibətin göstəricisi kimi də şərh edə bilərik. Bu zaman isə xüsusilə ABŞ-ın passivliyi qınanmalıdır.

Niyə Türkiyə?

Türkiyənin Azərbaycanı açıq dəstəkləməsi kimin üçün əlavə sual yaradır? Bunu demək çətindir. Hər iki ölkə təbii müttəfiqdir. Bunu ABŞ-dan Flippinə qədər bütün quru torpaqlarda hamı bilir. O zaman Türkiyənin iştirakına dair sual niyə yaranır, və niyə Rusiyaya ünvanlanır? Bir halda ki, Türkiyə Azərbaycanla ikitərəfli sazişə sahibdir, yəni, əməkdaşlığın hüquqi əsası da var, bəs bu sual niyə yaranır? Üstəlik Türkiyə Minsk konfransının iştirakçısıdır. Yəni, konfliktin həll olunmasında mandata sahib olan ölkələrdəndir. Görünür ki, Qərb Azərbaycan-Türkiyə münasibətlərindən daha çox Türkiyə-Rusiya münasibətlərindən narahatlıq keçirir. Rusiyanın nüfuz bölgəsi sayılan regionda Türkiyənin inkarolunmaz faktora çevrilməsi Qərbi narahat edir. Yəni, bölgədə əlavə oyunçu peyda olur. Bunun məsuliyyəti isə əvvəlki oyunçudan sorulur. Türkiyənin bu regionda oyunçu kimi peyda olması kimi narahat etməsindən asılı olmayaraq faktdır və bu reallıq indiki məqamda Azərbaycan üçün vacibdir. Bir halda ki, ABŞ özünü bu işlərin altına girmək üçün çox böyük sayır və Rusiyanın yaratdığı reallıqlarla barışır, AB öz təmsilçiliyini Makron vasitəsilə “ermənipərəst”lik damğası altında qoyur, o zaman Türkiyə niyə Azərbaycanı tək buraxmalıdır? Bu sualın heç bir məntiqli cavabı yoxdur.

Minsk qrupunun alternativsizliyi və alternativi

ABŞ və Fransa bəyan edir ki, münaqişənin həllində Minsk qrupu alternativsizdir. Bəs 45 günlük müharibə? Bu, Minsk qrupunun 26 ildə görməli olduğu işin mühüm hissəsini görmədimi? Bəs birdən-birə niyə Minsk qrupu alternativsiz oldu? Görünür ki, Xankəndi və ətrafındakı bir neçə rayonun statusuna dair açıqlamaların Rusiya üçün əlavə təsir mexanizminə çevrildiyini Vaşinqton sezib. Əslində bu açıqlama ilə iki həmsədr üçüncüyə demək istəyib ki, bizsiz yaranmış nəticələri tanımağa hazır deyilik. Bu mövqe siyasi baxımdan bizə sərf edirmi? Əgər indiki halda biz konkret planımızı həyata keçirə bilmiriksə, məsələnin bir deyil, bir neçə ölkənin nəzarətində açıq qalması daha məqsədəuyğundur. Bu, həm də BMT TŞ-dakı üç ölkənin birlikdə nəzarəti deməkdir. Yəni, belə nəzarət bizi üçüncü tərəfin kəskin addımlarından qoruyar. Bir sözlə, ABŞ və Fransa son bəyanatları ilə əslində özlərinə yer etmək istəyir. Biz torpaqların mühüm hissəsini geri aldığımız üçün onalrın bizim yerimizi dar etmələri riski çox aşağadır. Elə isə buyursunlar!

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/4qejn8

Самое читаемое