Milli Şura yenə mitinq keçirməyi planlaşdırır

Aksiya martın 2-nə təyin olunub

Source:

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) martın 2-nə növbəti etiraz aksiyası təyin edib. Mitinqin şənbə günü saat 15:00-dan 17:00-a qədər “Məhsul” stadionunda keçirilməsi nəzərdə tutulur.

AXCP lideri Əli Kərimli bildirib ki, aksiyanın şüarları əvvəlki aksiyaların şüarları olaraq qalır: siyasi məhbuslara azadlıq, kənara çıxaırlmış vəsaitlərin ölkəyə qaytarılması, 2015-ci il devalvasiyalarından sonra əhalinin yaranmış kredit probleminin dövlət hesabına silinməsi və s.

Yanvarın 19-da DQMŞ son 6 il ərzində ən kütləvi mitinqini keçirib.

Bundan sonra müxalifətin yanvarın 26-na və fevralın 23-nə təyin edilmiş mitinqlərinə hakimiyyət icazə verməyib. Bakı şəhər administrasiyası bunu “vətəndaşların və təşkilatların” 19 yanvar aksiyası zamanı ictimai asayişin pozulması ilə əlaqədar mitinqlərə icazə verməmək barədə müraciətləri ilə əsaslandırıb.

Ancaq paytaxt polisi 19 yanvar aksiyasından dərhal sonra mitinq zamanı ictimai asayişin pozulması hallarının qeydə alınmadığını bəyan edib (Turan.az).

Ana səhifəXəbərlərMilli Şura yenə mitinq keçirməyi planlaşdırır