Milli komandaya yeni baş məşqçi təyin olundu

Azərbaycanın milli futbol komandasına yeni baş məşqçi təyin olunub. 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) yaydığı məlumata görə, yeni baş məşqçi Nikola Yurçeviçin təyinatı qurumun fevralın 11-də keçirilən toplantısında verilib. Bildirilir ki, baş məşqçi ilə müqavilə yaxın günlərdə imzalanacaq. Baş məşqçinin alacağı məvacibin məbləği açıqlanmayıb.

Bundan əvvəl milli komandanın baş məşqçisi həm də “Qarabağ” klubunun baş məşqçisi olan Qurban Qurbanov idi. O, ötən ilin dekabrında bu postu tərk etdi.

Bundan başqa, müvafiq yaş qruplarından ibarət milli komandalara da baş məşqçilər təyin edilib:

- Milan Obradoviç – Azərbaycan U-21
- Samir Əliyev – Azərbaycan U-19
- Miloş Velebit – Azərbaycan U-15, U-16
Miloş Velebit, eyni zamanda, U-15, U-16, U-17, U-18 və U-19 milli komandalarının koordinatoru kimi fəaliyyət göstərəcək.

Məlumatda o da deyilir ki, iclas AFFA-nın baş sponsoru SOCAR-ın inzibati binasında keçirilib. Hər iki quruma Rövnəq Abdullayev rəhbərlik edir. Bu şəxsin adı tez-tez jurnalist araşdırmalarında çəkilir.

AFFA sonuncu dəfə 2017-ci ilin hesabatını açıqlayıb. Həmin hesabata görə, il ərzində sponsorlardan quruma 27,608,305.00 manat vəsait daxil olub. Bir il əvvəl, yəni 2016-cı ildə isə bu rəqəm 23 971 739 manat təşkil edib. Xərclənən pulların müqabilində Azərbaycan futbolunun durumu ekspertlər tərəfindən qənaətbəxş hesab edilmir. Ötən ilin prezident seçkiləri ərəfəsində AFFA-nın siyasətə qarışdığı, İlham Əliyevin təbliğatı ilə məşğul olduğu da gündəmin əsas müzakirə mövzularından idi.

Halbuki AFFA-nın rəsmi saytında dərc edilən Nizamnamənin “Ümumi müddəlar” hisssəsində “AFFA-nın hüquqi statusu, baş qərargahı və ona üzvlük” maddəsinin ikinci bəndində qeyd olunur ki, AFFA, siyasət və din məsələlərində neytraldır. O, hər hansı formada siyasi, dini, cinsi, etnik, irqi və ya başqa ayrı-seçkiliklərə qarşıdır və bu hərəkətlərə yol vermiş şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görür.

Nizamnamənin pozulmasına baxmayaraq, AFFA rəhbərliyi ilə bağlı hər hansı ölçü götürülməyib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/gc1xvs

Самое читаемое