Merkel sərt karantin qərarına görə üzr istəyib

“Bu, yalnız mənim günahımdır”

Source: google.az


“Bu, yalnız mənim günahımdır”

Almaniyanın kansleri Angela Merkel Pasxa bayramı ərəfəsində 5 günlük ictimai həyatın dayandırılmasını nəzərdə tutan sərt bağlanma əmrini geri götürərək vətəndaşlardan üzr istəyib.

Merkel canlı yayımda deyib ki, Pasxa tətilində ictimai həyatı dayandıran sərt qadağalarla bağlı iki gün əvvəl verilmiş qərar səhvdir.

Martın 22-də keçirilən iclasda qəbul edilən qərarı sərt tənqid etdikdən sonra əyalət baş nazirlərini bu gün növbədənkənar toplantıya çağıran Merkel, Pasxada beş günə bağlanma fikrinin səhv olduğunu söyləyib.

Qərarın vicdanla alındığını, amma tətbiqindən qısa müddət ərzində aydınlaşdırıla bilməyən sualların olduğunu ifadə edən Merkel deyib: "Bu, bir səhv idi. Bir səhv varsa, deyilməli və düzəldilməlidir. Bütün vətəndaşlardan bu səhv və əlavə qeyri-müəyyənliklər üçün bağışlanmamı diləyirəm”.

Merkel, "Bu, yalnız mənim günahımdır" deyib və vəzifəsinə görə bütün məsələlərdə son məsuliyyəti daşıdığına diqqət çəkib.

4 aprel tarixində Almaniyada Pasxa qeyd olunacaq.

Ana səhifəDünyaMerkel sərt karantin qərarına görə üzr istəyib