Soğanlıq kəndi, nişan mərasimi

Источник: Meydan TV

Başlıq: Soğanlıq kəndi, nişan mərasimi

“Məktəbli nişanlanmayıb, ancaq yerli adətə görə “başı bağlanıb””

Azyaşlının ailəsi jurnalisti itələyib həyətindən çıxardı

- Orta məktəbli qızlarını nişanlayan ailəni axtarırıq, bəlkə bilərsiniz?

Elə Poniçalada yaşayan gürcü taksi sürücüsü jurnalistə kömək etmək üçün önünə çıxana sualı bu cür birbaşa versə də, etnik azərbaycanlılar cavabdan yayınır, gürcülər isə yolu nişan verirdi. Kənddə artıq nişan mərasimi ilə məşhurlaşan ailənin evini tapmaq çox da çətin olmadı.

Azərbaycanlıların Soğanlıq adlandırdığı ərazidə qadınlar təsərrüfatla məşğuldu, əkilən soğanların çoxluğu da gözdən qaçmırdı. Kəndin yolunun bir hissəsi, daha doğrusu, əsas yola yaxın hissəsi asfalt, məskunlaşma artdıqca böyüyən kəndin digər hissəsində isə yollar torpaqdı. Gücü yetən bəzi yerlərə daş tökmüşdü. Soğanlıqda gözdən qaçmayan əsas məsələ isə antisanitariya və zibilliyin çoxluğuydu. Tbilisidən 15 dəqiqəlik məsafə uzaqlığında yerləşən kənddə görünüşə görə əsas məşğuliyyət əkinçilikdi.

Elə soraqlaşa-soraqlaşa tapdığımız məktəbli qızın ailəsi də evlərinə yaxınlaşanda bostanda idilər. Darvazası olmayan yeni tikilən birmərtəbəli evin həyətinə daş tökülmüş, evin məhəccərləri olmayan beton pillələri də yenicə qoyulmuş təəssüratı yaradırdı. Kəndin içində yeganə maskalı olaraq gəzən jurnalisti uzaqdan müəyyənləşdirmək də çətin deyildi əslində. Elə jurnalisti görər-görməz evin gəlini içəri girib qapını bağladı. Həyətdə isə qarşımıza məktəblinin atası və nənəsi çıxdı. Hər ikisinin suallar yağdırması bir oldu. Bir anlıq rollar dəyişmişdi.

Soğanlıq Tbilisidən 15 dəqiqəlik məsafədə yerləşir

Soğanlıq Tbilisidən 15 dəqiqəlik məsafədə yerləşir

Источник: Meydan TV

Aqressiv cavablar verən nənə Elnaz Əhmədova “nişan-mişan olmayıb” dedi. Gürcüstanın “Mtavari arxi” kanalına müsahibə verən nənə E. Əhmədova “Heç bir nişan və evlilik mərasimi olmayıb, sadəcə olaraq ad günü idi, bizim qızı balacalıqdan oğlanın valideynləri xoşlayırdılar və razılaşdıq ki, böyüyüb evlənəcəklər. İndi qızın ad günü idi, oğlanın valideynləri sadəcə olaraq üzük hədiyyə etdilər” deyib. Həmin müsahibədə nənə vurğulayıb ki, toy qız yetkinlik yaşına çatdıqdan sonra olacaq: “Bizim uşağımız oxumaq istəyir və indi 8-ci sinifdə oxuyur. Yaydılar ki, guya 11 yaşındadır, ayıbdır, bu, necə ola bilər? Bizim qız oxumaq istəyir və deyir ki, stilist olacam. Uşağı belə yaşda necə evləndirəcəyik?”

Nənə jurnalisti öz həyətlərindən itələyərək çıxarsa da, yenə də susmadan deyinir, qışqırırdı.

Ev əhalisinin aqressiviliyindən uzaqlaşaraq, rastımıza çıxan kənd camaatından xəbərin doğruluğunu soruşduqda hər kəs xəbərin səhv anlaşıldığını, əslində nişan olmadığını deyirdi. Kəndin sakinlərinə görə, erkən evlilik onların adətidir və Rusiyada yaşayan xala bacısı qızının elə öz adətlərincə “başını bağlamaq üçün” ona üzük taxıb.

“Statistikaya əsasən, erkən evliliklərlə bağlı ən yüksək göstərici elə Tbilisidədir və bunun da Poniçala-Soğanlıqla bağlı olduğunu düşünürəm. Bu ərazini Kvemo-Kartli, Kaxeti ilə müqayisə etdikdə, o ərazilərdə problem var, ancaq Soğanlıqda bu problem getdikcə artmaqdadır və bunu adət adlandırırlar”, - qadın hüquqları üzrə ictimai fəal Şəlalə Əmircanova belə deyir.

Kənddə görünüşə görə əsas məşğuliyyət əkinçilikdi.

Kənddə görünüşə görə əsas məşğuliyyət əkinçilikdi.

Источник: Meydan TV

Ş.Əmircanovanın sözlərinə görə, yayılan videogürüntülərdən əslində nişan olduğu, ailənin isə nişan yox, ad günü məsələsini sonradan düşündükləri görünür:

“Videogörüntülərdən də, fotolardan da aydın görünür ki, orda Azərbaycan adət-ənənəsinə uyğun olaraq nişankəsdi, sözkəsdi mərasimiydi. Tortundan tutmuş, xonçasına, şirinçayına qədər. Üst-üstə o qədər yalan danışdılar ki...”

İctimai fəal bu hadisənin Azərbaycan mediasında etik prinsiplərə uyğun olmadan işıqlandırılmasını da doğru hesab etməyib:

“Ailə üzvləri süjetdə nişan yox, ad günü olduğunu deyir, jurnalist də bu cavabı başı ilə təsdiq edir və bu da aydın görünür. Ümumiyyətlə, bu xəbərlər anonim şəkildə ortaya çıxarılmalı, məktəblinin üzü, ünvanı açıqlanmamalıydı. Bu hadisədə azyaşlının hüquqları ikiqat, üçqat pozuldu”.

Ş.Əmircanova Gürcüstanda qadın hüquqlarının qorunması baxımından çox yaxşı qanunların olduğunu, eləcə də İstanbul Konvesiyasının da təsdiq edildiyini dedi: “Mən bunu müsahibələrimdə də demişəm ki, dövlətin əgər öz vətəndaşlarını maarifləndirmək üçün başqa resursu yoxdursa, kəndlərdəki məktəblərdən istifadə etməsi yaxşı olar. Vətəndaşları maarifləndirmək üçün xüsusi görüşlər təşkil olunsun. Yerli qurumlar və QHT-lər bu sahədə işləyirlər. Bəzilərinə görə, bu mövzudan danışmağın yeri yoxdur. Düşünürəm ki, bu problem sadəcə hansısa hadisə baş verdikdə ağlımıza gəlməməlidir”.

Məsələ ictimailəşəndən sonra Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işi açıb. Bu cinayət işinə görə isə erkən evlilik baş tutarsa, cəza tədbirləri həyata keçirilə bilər, əks halda azyaşlının nişan mərasimi olsa belə heç kim cəzalandırılmır.

Kəndin sakinlərinə görə, erkən evlilik onların adətidir

Kəndin sakinlərinə görə, erkən evlilik onların adətidir

Источник: Meydan TV

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/3h3rc5

Самое читаемое