Çaxırlılar kənd məktəbi

Источник: meydan tv

Оглавление: Çaxırlılar kənd məktəbi

''Məktəbdə şagirdlərin başına bit düşür''

Çaxırlılar kənd məktəbindən narazıdır

“Kəndin məktəbi anti-sanitariya vəziyyətindədir. O qədər baxımsızdır ki, uşaqlarımızın başına tez-tez bit düşür. Bir nəfər gəlib yoxlamır, baxmır. Natəmizlik, təmirsizlik, şəraitsizlikdir”.

Göyçayın Çaxırlı kəndinin sakini Ağasəddin Rəhimov belə deyir. Onun bir övladı bu məktəbdə oxuyur. Deyir, illərdir bu uşaqlar normal məktəb üzü görməyiblər. Elə valideynlər bacardıqları pulu toplayıb, bir-iki yerini təmir ediblər. Ancaq onların əsaslı təmir etməyə gücləri çatmır.

“Odur ki, üzümüzü dövlətə tutub, xahiş edirik. Nolar, bizim uşaqlarımıza yazıqları gəlsin, onlar da gələn dərs ilini normal məktəbdə oxusunlar. Məktəbin bitməsinə az qalıb. Plana salınsa, tətildə təmir edilər və ya kənddə yeni məktəb tikilər” – deyə, valideynlər bildirirlər.

Elşad İsgəndərovun övladı da bu məktəbdə təhsil alır. O da təmirsizlik, şəraitsizlikdən və qışda məktəbin soyuq olmasından şikayətçidir. Deyir, məktəb o qədər baxımsızdır ki, vaxtlı-vaxtında dezinfeksiya da edilmir. Nəticədə uşaqları bit-birə yeyir:

Ağasəddin Rəhimov

Ağasəddin Rəhimov

Источник: meydan.tv

“Məktəbin normal laboratoriyası yox, idman zalı pis gündə, sinif otaqları ondan da betər... Valideynlər nə qədər aralarında pul toplayıb, məktəbi təmir etdirməlidir? Mən bilən, bu işə dövlət baxmalıdır axı. Məktəbin dam örtüyünün ciddi təmirə ehtiyacı var. 50-60 ilin məktəbidir. Tavanı damır, döşəməsi deşik-deşik, partalar, qapı və pəncərələr uçub-tökülüb”.

Ağasəddin Rəhimov deyir ki, sonuncu dəfə məktəbi kəndin Rusiyada yaşayan və çalışan sakinləri təmir edib. Ancaq tək dərd məktəbin təmiri də deyil. “Məktəbə getmək də zülmdür”, - deyir:

“Uşaqlar dərsdən yayınırlar. Çünki yolu bərbaddır. Gedib-gələndə palçığa düşürlər, batırlar. Üstəlik, natamam orta məktəbdir. Hər şeyimiz çətindir, dərddir. Baxın, görün, bu məktəbdə müasir Azərbaycana yaraşan nə var? Sovetdənqalma bir yerdir. Yağış yağır, məktəbə damır. Bu məktəbin istismar müddəti bəlkə də 30 il əvvəldən bitib”.

məktəbin bufeti

məktəbin bufeti

Источник: meydan.tv

Valideynlər məktəbin təhsil ocağından başqa hər şeyə bənzədiyini deyirlər. Xüsusən də qışda vəziyyətin daha da bərbad hala düşdüyünü söyləyirlər:

“İstilik sistemi yoxdur. Odun qalayırlar, o da his-pas içində. İndiki dövrdə məktəbdə odun yandırarlar? Natəmizlik, antisanitariyadır. Bir baxın, məktəbin məktəb olduğunu göstərən hər hansı bir lövhə də yoxdur. Xahiş edirik, bizim uşaqlar üçün də normal şərait yaratsınlar. Təhsil elə buradan başlayır. Ölkədə təhsilin nə qədər yüksək səviyyədə olduğunu göstərsinlər”.

Meydan TV məsələyə Çaxırlı məktəbindən münasibət öyrənə bilməyib. Göyçay Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki,

indiyədək rayonun bir çox kənd məktəbi əsaslı təmir edilib, yenidən qurulub. Bütün təmirsiz və şəraiti pis olan məktəblər növbə ilə təmir ediləcək:

“Yaxın illərdə belə problem qalmayacaq. Amma bütün bu problemlərin hamısını bir günün içində həll etmək mümkün deyil. Onlar da sıralarını gözləsinlər”.

Elşad İsgəndərov

Elşad İsgəndərov

Источник: meydan tv

məktəb

məktəb

Источник: Meydan .tv

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/rvqrzp

Самое читаемое