Mehman Hüseynovun anası xəstəxanada ölüb

Vəkil: ”Oğlunun dəfnə buraxılması ilə bağlı müraciət hazırlayacağam”

Source:


Vəkil: ”Oğlunun dəfnə buraxılması ilə bağlı müraciət hazırlayacağam”

İki il azadlıqdan məhrum edilən bloger Mehman Hüseynovun anası Firəngiz Hüseynova avqustun 6-da gecə saat 1-də vəfat edib.

Məlumatı Meydan TV-yə vəkil Şəhla Hümbətova verib.

O, xəbəri gecə aldığını bildirib:

“Neftçilər Xəstəxanasına çatanda artıq Firəngiz xanım ölmüşdü. Mehman Hüseynovun dəfnə buraxılması ilə bağlı müraciət hazırlayacağam. Hazırda xəstəxanadayam, ölüm sənədini alıb, Qaradağa, 14 saylı Cəzaçəkmə Müəssisəsinə getməliyəm. Nədənsə arayışı gecikdirirlər”.

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib.

O, polisə böhtan atmaqda günahkar bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin gördüyü işləri tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin bloger fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Beynəlxalq qurumlar blogerin həbsini söz, ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir, onun azadlığa buraxılmasını tələb edirlər

Ana səhifəXəbərlərMehman Hüseynovun anası xəstəxanada ölüb