Источник: Meydan TV

“Məhkumluğuma görə iş tapa bilmirəm”

"Məhkumluğuma görə iş tapa bilmirəm"

Ötən ilin noyabrında 13 saylı cəzaçəkmə müəssisəsindən azadlığa çıxan Sərxan Bağırovun günü iş axtarmaqla keçir. Deyir, onsuz da az olan iş yerləri üçün müraciət edəndə məhkumluğu var deyə onu seçmirlər.

O azadlığa çıxandan sonra işsiz kimi qeydiyyata düşüb. Məşğulluq İdarəsindən ona təklif olunan işlər 250 manatdan çox deyil. O isə kirayədə qaldığını və bu maaşla dolana bilməyəcəyini deyir. 400-500 manat aralığında iş axtarır.

  • Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında qanunda göstərilib ki, cəzaçəkmə müəssisəsinin müdiriyyəti  cəza müddətinin qurtarmasına üç ay qalmış məhkumların siyahısını  müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Həmin şəxslər qeydiyyata götürülür.  Daimi yaşayış sahəsi olmayan şəxslər müvəqqəti yaşayış yeri ilə, işlə, tibbi və sosial yardımla təmin edilir, təhsil almalarına şərait yaradılır.

    Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov deyir ki, məhkumluğu olan şəxsə qarşı ayrı-seçkilik yolverilməzdir. O bildirir ki, dustaq azadlığa çıxmadan onun azadlıqda yaşayacağı və işləyəcəyi yer hazır olmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirir ki, məhkumluğu olmuş şəxsə iş və peşə bacarıqlarının artırılmasında yardımçı ola bilərlər.

Karantin müddətində işsizliyə görə ona iki ay ardı-arda 190 manat verilib. Amma ona yazılan cərimələr bu məbləğdən çox çıxıb.

Sərxan Bağırov deyir ki, işsizlik çox vaxt məhkumları yenidən cinayət törətməyə təhrik edir. Çünki cəzaçəkmə müəssiəsində qalmağa yer və yemək var.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/j28yve

Самое читаемое