İza Əzizov

Источник: meydan tv

Оглавление: İza Əzizov

Məhərrəm Əliyevin qohumunun adı yenə silahlı insidentdə hallanır

İza Əzizovun silahla atəş açdığı, saxlanılarkən asayiş keşikçisinə bıçaqla müqavimət göstərdiyi bildirilir

General-leytenant, ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanır.

“Oxu.az”-ın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, mayın 13-dən 14-nə keçən gecə şəhərin Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında insident yaşanıb, silahdan atəş açılıb.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb.

Məlumata görə, insident 27 yaşlı İsa Nadir oğlu Əzizov və 26 yaşlı Samir Teyyub oğlu Binnətəliyev arasında yaşanıb. Onlar odlu silahdan atəş açaraq, ictimai asayişi pozub.

Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib.

Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində “Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açıldığı bildirilir.

Faktı “report.az” da təsdiqləyir.

Lakin Daxili İşlər Nazirliyi bu barədə hər hansı rəsmi açıqlama verməyib. Qurumun rəsmi saytında hər gün dərc olunan “kriminal xronika” bölməsində də hadisə barədə məlumat yoxdur.

2016-cı ilin yanvarında baş verən insidentdə də İsa Əzizovun adı hallandırılırdı.

Rəsmi məlumatda qeyd olunurdu ki, Bakının Tbilisi prospektində "Azpetrol" yanacaqdoldurma məntəqəsindəki dava salan şəxslər saxlanılıb: "Yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb. Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanıblar".

Məhərrəm Əliyev

Məhərrəm Əliyev

Источник: google.az

"Report"a açıqlamasında Milli Məclisin deputatı, Məhərrəm Əliyevin qardaşı Adil Əliyev də İsa Əzizovun uzaq qohumu olduğunu təsdiqləyib:

"Onun bu cür addım atmasına inanmırıq. Əgər belə edibsə, biz təəssüflənirik".

Həmin vaxt baş verən hadisə ilə bağlı saxlanılan şəxslər 30 sutkalıq inzibati həbs cəzası alsalar da, sonradan məlum olub ki, bu qərar icra olunmayıb. İsa Əzizovun Meksikaya qaçdığı və öz “Facebook” profilində oradan şəkillər paylaşdığı bəlli olub.

Məsələ sosial şəbəkədə və mediada müzakirələrə səbəb olduqda isə İ.Əzizovun saxlanma təcridxanasında təmizlik işləri apararkən çəkilmiş fotoları yayıldı. Ancaq həmin fotolardakı şəxsin kimliyi aydın görünmədiyindən onun İ.Əzizov olub-olmaması müəmması aydınlaşdırılmadı.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/r4r8mh

Самое читаемое