Maştağalı papaqçı

Mirbəxtiyar günün müəyyən bir hissəsini burada keçirir.

Mirbəxtiyar günün müəyyən bir hissəsini burada keçirir.

“Bəzən hazırladığım papağı satmıram”

Mirbəxtiyar Axundov 1967-ci ildə  Bakının Maştağa kəndində anadan olub. Ailədə altı bacı və dörd qardaş olublar. Bütün övladlarının dini təhsili var.  "Uşaqlıqdan atam bizə Quran oxumağı öyrədib.  Zaman keçdikcə, atam məni və qardaşlarımı peşə məktəbinə qoyub. Quran oxumağı orda təkmilləşdirmişik" – deyir Mirbəxtiyar Axundov.  

Mirbəxtiyarın qardaşlarından biri vəfat edib, digərləri isə Bakının müxtəlif kəndlərində yaşayır. Hazırda o, Maştağada papaqçılıqla məşğuldur. Papaqlara olan marağın azalmasına baxmayaraq, Mirbəxtiyar bu işi hələ də davam etdirir: "Uzun müddətdir ki, papaqçılıqla məşğul oluram.  Müasir papaqlar deyil, daha çox Bakı kəndlərində kişilərin geyindiyi papaqlara üstünlük verirəm.  İndi çox az adam papaq taxdığından sifarişlərim də getdikcə azalıb. Əvvəllər demək olar ki, hər ay 10-15 papaq sifarişi alırdımsa, indi 1, ya da 2 papaq sifarişi alıram.  Hazırladığım papaqların qiymətləri də müxtəlif olur.  Papaqların sifariş qiyməti 80 manatdan başlayıb 300 manata qədər dəyişirdi. Bəzən hazırladığım papağı satmıram; Yaxın adama hədiyyə edirəm".
 
Rəssamlığa həvəsinin isə təsadüfdən yarandığını deyir. "Uşaqlıqda da müxtəlif şəkillər çəkirdim. Daha sonra İslama olan marağım məni bu sahəyə həvəsləndirib. Evlərimin divarlarında da müxtəlif rəsmlər çəkmişəm. Divar boyalarının qiyməti baha olduğundan evimin divarlarında öz istədiyim kimi rəsmlər çəkməyi üstün tutdum" – deyir M.Axundov.  

Evi böyük olmasa da, bir otağını qonaqlar üçün ayırıb ki, evə gələn qonaqlar burada oturub söhbət etsinlər

Evi böyük olmasa da, bir otağını qonaqlar üçün ayırıb ki, evə gələn qonaqlar burada oturub söhbət etsinlər

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/zwoygq

Самое читаемое