Gülşən Qurbanova

Источник: Foto: Meydan tv

Başlıq: Gülşən Qurbanova

Masallı sakini: İndi hansı zamandı ki, evində hamamın olmasın?

"Özüm də bilmirəm, necə olur ki, sağ qalırıq”

Masallının Ərkivan qəsəbəsində Rəfiyevlər ailəsinin çox kasıb yaşadığını hamı bilir. Üstəlik, ailənin üç övladından ikisinin gözü görmür.

“İndi hansı zamandı ki, evində hamamın olmaya?”

Səsimizə Aysu Rəfiyeva hay verir. Uşaqların anası olduğunu bildirir. Həyat yoldaşı Xəyal Rəfiyev bir neçə ay əvvəl işsizlikdən Rusiyaya üz tutub. Xəyalın anası Gülşən Qurbanova deyir ki, bir oğlunu itirib, indi Xəyal həyatda qalan yeganə övladıdır.

“Mən istəyərəm ki, yeganə uşağım ölkədən getsin? Hamısı imkansızlıqdandır. Burda iş tapa bilmirdi. Adi fəhləlik eləyirdi. Ən yaxşı halda günə 15 manat qazanırdı. O da hər gün olmurdu. Çarəsizlikdən getdi. Evin dörd tərəfi müşəmbə idi. Hamamın divarlarını yenicə hörmüşük, heç qapısı da yoxdu. Evimiz uçulub-dağılır. İndi hansı zamandı ki, evində hamamın olmasın?”, - Gülşən xanım vəziyyətin ağırlığını belə çatdırır.

Aysu Rəfiyeva deyir ki, həyat yoldaşına çox ehtiyac duyurlar: “Daimi işi olsa, heç Rusiyaya getməz”.

Gülşən Qurbanova bu aydan 200 manat pensiya aldığını deyir. Amma bu pul beş nəfərin dolanışığına çatmır. Çalışırlar ki, heç kimdən yardım istəməsinlər: “Göy-göyərti əkirəm ki, nəsə yeyək. Çətin dolanırıq. Mən insanların köməyinə göz dikməyin tərəfdarı deyiləm. Nəsə verib, sonra gedib danışanda da ürəyimə ağır gəlir. Öz gücümüzə yaşamaq istərdik”.

“Müalicə vaxtı keçir, amma pul yoxdu”

Rəfiyevlər ailəsində 5 yaşlı Sadiq və 4 yaşlı Rüqayə uşaq autizmindən əziyyət çəkir. Hər iki uşaq işığa həsrətdir. Sadiqin əlinin üstündə yanıq yarası görürük. Nənəsi deyir ki, uşaq gözü görmədiyindən əlini sobaya vurub.

“Anadangəlmə belədilər. Çox xəstəxanalara getmişik. Uşaq Nevroloji Xəstəxanasında qeydiyyatdadırlar. Hər ay ora müalicəyə aparırıq. Gözümüzün qabağında zülm çəkirlər. Təsəvvür eləyin, susuzlayırlar, amma deyə bilmirlər”, - nənə danışır.

Gülşən xanım deyir ki, Rüqayə hələ də danışa bilmir. Uzun müddət uşaqların görmə qabiliyyətinin bərpası üçün çalışıblar. Amma axırıncı dəfə Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində bədbin rəy veriblər.

“Heç özüm də bilmirəm, necə dolanırıq, necə olur ki, sağ qalırıq”

“Heç özüm də bilmirəm, necə dolanırıq, necə olur ki, sağ qalırıq”

Источник: Foto: Meydan tv

“Dedilər ki, çarəsi yoxdu. Tanınmış həkim Cahid Şahbazovun da yanına apardıq. Dedi, gözlərində problem yoxdu, bunların dərdi beyinlə əlaqədardır. Beyin inkişaf eləmir. Biz əlimizdən gələni əsirgəmirik. İndiyə qədər ordan-burdan pul tapıb müalicə elətdirməyə çalışmışıq. Nə qədər yolpulumuz çıxır. Uşaqları Bakıya avtobusla aparmaq olmur, qışqırırlar. Adicə bezə pul çatdıra bilmirik. Yenə müalicəyə aparmalıyıq. Vaxt keçir, amma pul yoxdu”, - Gülşən Qurbanova təəssüflə bildirir.

“İcra başçısına dedim ki, biz bu dünyada yaşamırıq”

Gülşən xanım deyir ki, Sadiqə görə 150 manat müavinət almağa başlayıblar. Amma Rüqayənin məsələsi Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovun üzündən yubanır:

“Zərifə Əliyeva adına xəstəxanadan kağız gətirdik. Cəlil həkim pula görə bizi get-gələ saldı, kağızın vaxtı ötdü. Çox süründürürlər. Uşaqlara ayrılan pul onsuz da onların müalicəsinə çatmır. Müalicə üçün kredit götürmüşdüm. Hamısını xəstəxanalara xərcləmişəm”.

Aysu Rəfiyeva deyir ki, dövlətdən heç bir yardım görmürlər. Heç bələdiyyə də onların problemləri ilə maraqlanmır. Bayramlarda bir dəfə də olsun qapılarını döyən olmayıb.

Bu yerdə Gülşən Qurbanova Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşünü xatırlayır:

“Dedim, şikayətim Cəlil həkimdəndi. Uşaqların xəstəliyi, evin uçması haqda danışdım. Dedim, biz bu dünyada yaşamırıq. İcra hakimiyyətinin nümayəndəsi sonra mənim şəxsiyyət vəsiqəmi istədi ki, sizə yardım olacaq. Bir gün bankdan zəng vurdular. Gedib gördüm ki, 50 manat pul köçürüblər”.

Gülşən xanımla həyətdə bir az da söhbət eləyirik. Ardıcıl 36 il xadimə işləməsindən danışır, həyatının həmişə çətin keçdiyini bildirir. “Heç özüm də bilmirəm, necə dolanırıq, necə olur ki, sağ qalırıq”, - deyir. Axırda gileylənir ki, sosial yardım almaq üçün çox çalışıb, amma heç nə alınmayıb...

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov deyilənləri Meydan TV-yə təkzib edib:

“Ola bilməz, görünür səhv anlayıb. Ola bilsin hansısa sənədində səhv varmış deyə geri qaytarılıb. Həftənin 4-cü günü gəlib komissiyadan keçsin”.

Masallı Rayon İcra Hakimiyyətindən isə ailə ilə maraqlanacaqlarını bildiriblər.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/ogq1ax

Самое читаемое