None

Источник: 

Leyla Əliyeva ölkədəki bir neçə investisiya şirkətinə sahibdir

Qanun isə bir şəxsin birdən artıq investisiya şirkətinə sahibliyini qadağan edir

“Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyeva “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin sahiblərindən biridir”, - Azadlıq Radiosunun yeni, “Leyla Əliyevanın Azərbaycanda neçə investisiya şirkəti var?”, - adlı araşdırmasında belə deyilir.

Araşdırmada bildirilir ki, bugünlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-yə lisenziya verməklə, ölkədəki investisiya şirkətlərinin sayını 7-yə çatdırdı. Bu hadisəni normal qarşılamaq olardı, bir ciddi nüans olmasaydı.

“Qiymətli kağızlar bazarı haqqında” qanun bir şəxsin birdən artıq investisiya şirkətinə sahibliyini qadağan edir. Bundan öncə lisenziya almış investisiya şirkətlərindən birinin sahiblərindən olan şəxs “Xalq Kapital İŞ” QSC-yə nəzarət edir. Söhbət “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dən və onun sahiblərindən biri olan Leyla Əliyevadan gedir.

Araşdırmadan məlum olub ki, həm “Paşa Kapital İŞ”də, həm də “Xalq Kapital İŞ”də Leyla Əliyeva 50 faiz və daha çox paya sahibdir.

“Paşa Kapital İŞ”in maliyyə hesabatına əsasən, onun təsisçisi və səhmlərinin 100 faizinin mülkiyyətçisi “Paşa Holdinq” MMC-dir. “Paşa Holdinq”in sahibləri haqqında məlumatı isə bu holdinqə daxil olan “Paşa Bank” ASC-nin Gürcüstanda 100 faizli törəmə bankı olan “Paşa Bank Gürcüstan” ASC-nin maliyyə hesabatından əldə etmək olur (səhifə 9).

Hesabatda bildirilir ki, “Paşa Bank Gürcüstan”ın təsisçiləri Azərbaycandakı “Paşa Bank”dır. Nəticədə sahiblik iki nəfərin – prezidentin qızları Leyla və Arzu Əliyevaların əlində cəmləşib. Azərbaycandakı “Paşa Bank”ın da əsas sahibi “Paşa Holdinq”dir (60 faiz). Arzu və Leyla Əliyevaların seçici kimi qeydiyyatda olduğu ünvanda qeydiyyatdan keçmiş “Ador LTD” 30 faiz, Arif Paşayev isə 10 faizin sahibidir. Gürcüstan və Azərbaycandakı payların bölgüsü onu göstərir ki, Leyla və Arzu Əliyevalar “Paşa Holdinq”in tam sahibləridir.

“Xalq Bank” ASC maliyyə hesabatında bildirir ki, onun törəmə şirkətləri arasında “Xalq Kapital İŞ” QSC də var. Bank şirkətin yeganə təsisçisidir. Bankın özünə gəlincə, onun üç təsisçisi var. Bunlar “Port Baku Towers” iş mərkəzində yerləşən “İdeal Business Ko” MMC (50 faiz), “Yevro Standart” MMC (33.85 faiz) və “Amal Invest Group” MMC-dir (16.15 faiz). Bankın maliyyə hesabatında ona son nəzarət edən tərəfin Leyla Əliyeva olduğu yazılır.

Beləliklə, həm “Paşa Kapital İŞ”də, həm də “Xalq Kapital İŞ”də Leyla Əliyeva dolayısıyla 50 faiz və daha çox paya sahibdir. 

“Qiymətli kağızlar bazarı haqqında” Qanunun lisenziyalaşdırmaya dair tələbləri tənzimləyən 62.1-ci maddəsində deyilir ki, eyni şəxs Azərbaycan Respublikasında birdən artıq investisiya şirkətinin fəaliyyəti üzrə lisenziyaya malik olan şəxsin səhmlərinin nəzarət zərfinə (50 faiz və yuxarı həddi) birbaşa və ya dolayı yolla sahibi ola bilməz.

Maliyyə Bazarlarına Nəzarət Palatası qanunun bu normasının “Xalq Kapital İŞ” QSC-yə nə dərəcədə aid olması, eləcə də lisenziya verilməsi öncəsi mərhələdə bu məqamın araşdırılıb-araşdırılmadığı ilə bağlı informasiya sorğusuna cavab verməyib.

“Paşa Bank Gürcüstan”ın təsisçiləri Azərbaycandakı “Paşa Bank”dır. Onun sahibliyi isə iki nəfərin – prezidentin qızları Leyla və Arzu Əliyevaların əlində cəmləşib.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, əgər səhmdarların pay bölgüsü qeyd olunan kimidirsə, “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-yə investisiya şirkəti lisenziyasının verilməsi pozuntu olaraq dəyərləndirilə bilər:

“Amma düşünmürəm ki, Palata belə sadə səhvə yol vermiş olsun. Həmin şirkətlərdə payların hansı həcmdə kimə mənsub olmasını aydınlaşdırmaq lazımdır. Təəssüf ki, Azərbaycanda bu məlumat kommersiya sirridir”.

“Sahibin kimliyini təhlil etmməyiblər”, bunu isə “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru Tural Bayramov lisenziyanın alınmasının qanunauyğunluğu məsələsinə münasibətdə bildirib. Onun fikrincə, qanun lisenziyalaşdırılan şəxsin yekun sahibləri ilə bağlı yox, birbaşa sahiblərinin kimliyinə məhdudiyyət qoyur. O əlavə edib ki, MBNP şirkətin yekun sahibinin kimliyini təhlil etməyib.

“Xalq Kapital İŞ” QSC 2007-ci ildə yaradılmış “Xalq Broker” MMC-nin çevrilməsi nəticəsində 2015-ci ildə qurulub. Onun nizamnamə kapitalı 420 min manatdır. Şirkətin yeni lisenziya almasının yubanmasını T.Bayramov əməkdaşlara ixtisas şəhadətnaməsinin verilməsinin və müəyyən sənədlərin Palatada dəqiqləşdirilməsinin çox zaman alması ilə əlaqələndirib.

Palata yarananadək investisiya şirkəti fəaliyyətinə lisenziyanı “ASAN Xidmət” vasitəsilə İqtisadiyyat Nazirliyi verirdi. Palata publik hüquqi şəxs statusu ilə 2015-ci ildə fəaliyyətə başlayandan bəri bir lisenziya (“PSG Kapital İŞ” QSC) verib.

MBNP “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin lisenziyalaşdırıldığını iyunun 14-də elan etsə də, şirkətin direktoru T.Bayramov lisenziyanın hələ onlara təqdim edilmədiyini bildirib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/d4iw0t

Самое читаемое