Azərbaycan-İran sərhədi

Источник: Foto: google.az

Başlıq: Azərbaycan-İran sərhədi

Koronavirus Azərbaycan-İran sərhədini bağlayıb (yenilənib)

Статья обновлена:  24 Февраль 2020

17.10. Koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daha iki nəfər gətirilib. Bu barədə "trend.az" məlumat yayıb.

Bildirib ki, həmin şəxslərdən biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşıdır:

"Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib, koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1 , digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb".

***

15.50. Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev koronavirusla bağlı Biləsuvar sərhəd-keçid məntəqəsinə baş çəkib.

E.Quliyev təhlükəsizlik tədbirlərinin davam etdirildiyini söyləyib.

"Panikaya ehtiyac yoxdur. Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir. Hər şey nəzarət altındadır",-Elçin Quliyev belə deyib.

O, eyni zamanda Astara sərhəd-keçid məntəqəsinə gedib.

***

15.40. İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi Qum şəhərində 50 nəfərin koronavirusdan ölməsi ilə bağlı yayılan xəbəri təkzib edib. Bu barədə məlumatı APA-nın Tehran bürosu yayıb.

Nazir müavini bildirib ki, Qum şəhərində ölənlərin sayı iddia olunan rəqəmlərin yarısı, yaxud dörddə biri qədər olarsa, vəzifəsindən istefa verəcək.

İrəc Hərirçi koronavirusdan ölənlərin sayının 12 nəfərə çatdığını vurğulayıb:

"Bu virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 59-61 nəfər təşkil edir".

***

İqtisadçı: “İranda koronavirusun yayılmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri gözlənilir”

İranda koronavirusdan ölənlərin sayı 12-yə çatıb. Qeyri-rəsmi mənbələr isə bu rəqəmin 50 olduğunu deyir.

Bu, virusun ilk yayıldığı Çin Xalq Respublikasından kənarda xəstəlikdən ən çox ölmə halıdır.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kianuş Cahanpur (Kianush Jahanpur) fevralın 23-də dövlət televiziyası ilə çıxışında deyib ki, ölkəboyu virusa daha 15 adam yoluxub. Bununla da yoluxanların sayı 43-ə çatıb.

Cahanpur yeni ölənlər haqda ətraflı danışmayıb. Amma ölkə mediası daha öncə şimali Mazandaran vilayətində Tibb Elmləri Universitetinin rəhbəri Abbas Mousaviyə istinadla yazırdı ki, paytaxt Tehrandan region paytaxtı Tonekabona gedən bir nəfər ölüb.

Euronews” isə İranın rəsmi xəbər agentliyi İLNA-ya istinadən yazır ki, bu ölkədə ölənlərin sayı 50 nəfərə çatıb. Bu barədə agentliyə Qum vilayətindən olan millət vəkili Əhməd Əmirabadi deyib. Onun sözlərinə görə, Qumda son 2 həftə ərzində 50 nəfər həyatını itirib.

Azərbaycanın baş infeksionisti Cəlal İsayev bununla bağlı ölkə vətədaşlarına müraciət edib. Deyib ki, bəli, İran Azərbaycanla sərhəd olduğundan çox sayda insan ora gediş-gəliş edir. O, bundan sonra insanları bir az ehtiyatlı davranmağa çağırıb:

“Tövsiyə edərdim ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin. Əgər gediləsi olsa belə, vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər”.

Baş infeksionist bildirib ki, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, koronavirus epidemiyası yayılan ərazilərdə olarkən xəstə şəxslərdən kənar durulmalı, qoruyucu maskalardan istifadə edilməlidir:

“Xüsusilə də koronavirusun qeydə alındığı İranın Qum şəhərinə gedilməsin. İrana gedib qayıdan insan özündə hər hansı şübhəli hal aşkar edərsə, həkimin onu müayinə etməsini gözləmədən özü də birbaşa xəstəxanaya müraciət etməlidir”.

Mütəxəssis qeyd edib ki, Azərbaycanda bugünədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb:

“Çindəki hadisələrlə bağlı Azərbaycan onsuz da qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. Çünki sərhəd ölkədir və gediş-gəliş çoxdur. Artıq sərhəd-keçid məntəqələri bağlanıb. Güman etmirəm ki, İrandan Azərbaycana virusun keçməsi baş versin, amma yenə də ehtiyatlı olmaq mütləqdir”.

Cəlal İsayev hər kəsi qoruyucu maskalardan istifadə etməyə çağırıb:

“Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Çünki onların xəstəlik yayma ehtimalı daha yüksəkdir. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümüdür. Çünki hər iki xəstəliyinin qoruyucu tədbirləri eynidir. Yazın gəlişi bu virusun səngiməsinə səbəb olacaq. Çünki virusların yüksək temperatura dözümü yoxdur. Koronavirus müsbət 37 dərəcə temperaturda 10-15 dəqiqəyə, otaq temperaturunda isə 2-3 günə tələf olur”.

Cəlal İsayev

Cəlal İsayev

Источник: Foto: google.az

Cəlal İsayev bildirib ki, yaşlı insanlar daha daha diqqətli olmalıdır: “Həmin şəxslərdə istənilən respirator infeksiyası ağır formada keçir. Çünki yaşlı insanların həyat boyu qazandıqları müəyyən xroniki xəstəliklər orqanizmlərinin immun sistemini zəiflətmiş olur. Çində koronavirusdan həlak olanların 80 faizi məhz yaşlı insanlar olub”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da deyir ki, Azərbaycanla 765 km sərhəddə malik İranda virusa yoluxan 43 nəfərin 8-nin vəfat etməsi İranın səhiyyə sistemin zəifliyinin göstəricidir:

“Müqayisə üçün deyim ki, Cənubi Koreyada bu virusa yoluxan 607 nəfərdən cəmi 5-i vəfat edib. İranın bütün qonşuları, o cümlədən Azərbaycan onunla sərhədlərini bağlayıb. Bu, o deməkdir ki, Naxçıvan yenidən blokadaya düşüb və Azərbaycanla yalnız hava əlaqəsi umuduna qalıb”.

İqtisadçı deyir ki, İranda koronavirusun yayılmasının Azərbaycan iqtisadiyyatına mənfi təsirləri gözlənilir:

“Əvvəla turizm sahəsinə ciddi təsir edəcək. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 8,1 faizi və ya 257 min nəfəri İran vətəndaşları olub. Ötən il ərzində xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 5567,7 min nəfər olub. Onun da 36,7 faizi və ya 2043 min nəfəri İrana səfər edib. Bu, o deməkdir ki, hər ay orta hesabla İrandan Azərbaycana 21417 nəfər gəlir. Azərbaycandan İrana isə 170 min 250 nəfər səfər edir. Sərhərdlərin bağlanması İrandan Azərbaycana xüsusilə də, Novruz Bayramı ərəfəsində gələcək tuirstlərin sayını kəskin azaldacaq”.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Источник: Foto: Meydan TV

İqtisadçı əlavə edir ki, eyni zamanda, Azərbaycandan İrana müalicə götürmək, alış-veriş etmək, iş qurmaq məqsədilə səfər edənlərin sayına ciddi surətdə azaldıcı təsir göstərəcək:

“Bununla yanaşı, ərəb ölkələrindən, Şimaldan və Qərbdən Azərbaycana gələn turistlərin bir qismi İrana görə səfərlərini təxirə salacaqlar. Bütün bunların nəticəsində Azərbayanda otelçilik və restoran, turizmə xirdmət, səyahət agentliyi, hava nəqliyyatı sahəsində biznes imkanları pisləşəcək”.

Qubad İbadoğlu deyir ki, bu hal Azərbaycanda ticarətə də mənfi təsir edəcək. Çünki ötən il İrandan Azərbaycana 452 701 min dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracatı isə 41 130 min dollar təşkil edib. İrandan Azərbaycana həmçinin kənd təsərrüfatı məhsulları, ərzaq və gündəlik tələbat malları gətirilir:

“Belə olan halda yaxın zamanlarda İran mənşəli malların qiymətində bahalaşma müşahidə olunacaq”.

Koronavirusun təsir edəcəyi sahələrdən biri də investisiya layihələridir. Qubad İbadoğlu deyir ki, ötən ilə qədər Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb:

“Hazırkı situasiya investisiya əməkdaşlığını mənfi yöndə təsirləndirəcək”.

Zərər görəcək sahələrdən biri də nəqliyyatdır. İqtisadçı əlavə edir ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə tranzit yüklər İrana və əksinə Rusiyaya daşınır. Yükdaşınmalarında fasiələr Azərbaycanın tranzitdən əldə edəcəyi qazanclarını azaldacaq:

“Nəhayət, bütün bunlar büdcəyə təsir edəcək. Azərbaycanla İran arasında ticari, investisiya, turizm və nəqliyyat əlaqələrinin pisləşməsi bu sektorlardan dövlət büdcəsinə daxilolmalara da təsir göstərəcək. Xüsusilə də qeyri-neft sektorundan büdcəyə vergi və gömrük ödənişlərinin məbləği aşağı düşəcək”.

Qubad İbadoğlu deyir ki, nəqliyyat istisna olmaqla, bütün bu deyilənləri Azərbaycanın Çinlə iqtisadi münasibətlərinə də şamil etmək olar. Bu halda, Azərbaycan-Çin və Azərbaycan-İran iqtisadi münasibətlərinin, insanlar arasında ünsiyyət əlaqələrinin pisləşməsi ölkədə ciddi şəkildə satışların və alışların həcminə və qiymətinə, eləcə də büdcə daxilolmalarına neqatv təsir edəcək.

Artıq Azərbaycan İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb.

Dövlət Gömrük Xidmətinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov belə deyib.

Yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir:

“Qalan sərnişinlərin gediş- gəlişinə məhdudiyyət davam edir. Bu prosesin nə vaxta qədər davam edəcəyini dəqiq bilmirik. Çünki gömrük-keçid sərhəd məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib".

Pakistan da İranla uzun sərhədi olan Baluçistan vilayətində fövqəladə vəziyyət elan edib. Türkiyə isə İranla sərhəddini bağlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 24-də “Facebook”da elan edib ki, Yerevan İranla sərhədi iki həftəliyə bağlayacaq və uçuşları dayandıracaq.

Ümumilikdə İranda COVID-19 virusuna 785 şübhəli yoluxma halının olduğu bildirilir. Səhiyyə Nazirliyi bu məlumatı fevralın 22-də açıqlayıb, artacağı gözlənir.

Çində isə virusa yoluxan 2300-dən çox adam ölüb. Cənubi Koreyada da yoluxanların sayı sürətlə artır. Fevralın 23-də ölkə prezidenti “ən yüksək” həyəcan vəziyyəti elan edib. Həftəsonu yoluxma halları üç dəfə artaraq 556 nəfərə çatıb.

Dünya üzrə virusa yoluxma sayına gəlincə, Çində 77 min 150, Cənubi Koreyada 763, İtaliyada 157, Yaponiyada 147, Sinqapurda 89, Honq Konqda 74, İranda 43, Tailandda 35, Amerikada 35, Taivanda 28, Avstraliyada 22, Almaniyada 16, Vietnamda 16, Birləşmiş Ərəb Əmirliklərində 13, Fransada 12, Macauda 10, Kanadada 9, İngiltərədə 9, Filippində 3, Hindistanda 3, Rusiyada 2, İspaniyada 2, Nepal, Lebanon, Kamboca, İsrail, Belçika, Finlandiya, İsveç, Misir və Şri Lankada isə 1 nəfər bu virusa yoluxub.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  24 Февраль 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/hybr5l

Самое читаемое