Kadırov yerli KİV-in yenidən təşkil edilməsini “yeni çağırışlar”la izah edib

Source: Кавказский Узел

Çeçenistanın başçısı Ramzan Kadırov yerli KİV nümayəndələri ilə görüşdə respublika üçün “yeni çağırışlar” haqqında bəyanat verib. Onun sözlərinə görə, jurnalistlər “şayiə yayan yalançıları, yalan danışan adamları” dayandırmalıdır. Kadırov bununla bağlı kütləvi informasiya vasitələrinin yenidən təşkil olunması barədə elan edib, prosesin gedişatına nəzarəti isə “Qroznı” Çeçenistan Dövlət Teleradio Şirkətinin rəhbəri Axmed Dudayevə tapşırıb.Ramzan Kadırov Çeçenistan Respublikası kütləvi informasiya vasitələrinin işinin təkmilləşdirilməsinin zəruri olduğunu respublika KİV işçiləri ilə Qroznıda baş tutmuş görüşü zamanı bəyan edib. Kadırovun jurnalistlərlə görüşündən reportaj aprelin 14-də “Qroznı” televiziya kanalının gecə xəbərlərində yayınlanıb.Çeçenistanın başçısı yerli KİV əməkdaşlarının qarşısında çıxış edərkən bəyan edib ki, onlar gecə-gündüz respublika haqqında neqativ məlumatların yayılmasının qarşısını almalıdırlar.“Bizi sevməyənlər kimlərdir? Müsəlman dinini sevməyənlər. Onlar üstümüzə mümkün olan bütün böhtanları atırlar, guya burda insan haqları pozulur, qanuna riayət olunmur, guya biz burda hər şeyi səhv edirik. Onlar ağıllarına gələni uydururlar. Belələrinin qarşısını sizin hamınız ala bilərsiniz, yetər ki xalqla işləyin, yetər ki hərəniz bir xeyrixah iş görün”, – Ramzan Kadırov görüşdə bəyan edib (bunu və sonra gələnləri “Kavkazski uzel”in müxbiri tərcümə edib).Çeçenistan başçısı jurnalistləri “hazırda ən lazımlı ordu” adlandırıb.“Allah xətrinə, şayiə yayan yalançıları, öz yalanları ilə adamların arasındakı həmrəyliyi pozanları dayandırın. Siz Allahın ən yaxşı ordusu olmalısınız. Qoy ədalət zəfər çalsın”, – o bəyan edib.Kadırov bu işə nəzarəti respublika parlamentinin spikeri Maqomed Daudova tapşırıb.Daudov öz növbəsində “Qroznı” Çeçenistan Dövlət Teleradio Şirkətinin rəhbəri Axmed Dudayevi təqdim edib və xəbər verib ki, bütün respublika KİV-nə bundan belə o nəzarət edəcək.“Bilavasitə… çap və informasiya ilə bağlı hər şeyə. Fərq etməz, istər qəzet olsun, istər informasiya agentliyi, istərsə də televiziya… Əgər o (KİV əməkdaşı) öz işində yanlışlığa yol verərsə, biz bu adamı aradan qaldıracağıq (kənarlaşdıracağıq), yox, əgər düzgün işləyərsə, o (Axmed Dudayev) saxlayacaq. Məsuliyyət onun boynundadır… Əgər o bu informasiya agentliyinin rəhbərinin işçi olmadığını söyləyərsə – Axmed, sadəcə adını və soyadını yaz. Padşahımız necə deyib, o nə cür general olursa olsun…, indiyədək hansı xidmətləri göstərirsə göstərsin, əgər bu gün yolumuza uyğun gəlmirsə, qoy öz evində qalsın”, – parlament sədri qeyd edib.

Bununla yanaşı, o deyib ki, KİV-in yenidən təşkili “ciddi olacaq”.Axmed Dudayev qeyd edib ki, çeçen KİV-nin nüfuzunu qaldırmaq lazımdır.“Dövrümüzdə ən fəal informasiya mənbəyi İnternet və sosial şəbəkələrdir. Yalan, böhtan, informasiya təxribatları məhz orda yayılır. Deməli, regionumuz barədə yalan informasiyanın yayılması ilə mübarizə aparmaq üçün elə həmin sahədə aparılan işləri fəallaşdırmaq lazımdır”, – “Qroznı-inform” informasiya agentliyi ondan sitat gətirir.Qeyd edək ki, KİV-in yenidən təşkili kütləvi disputlar fonunda elan olunub. Həmin disputlar məmurlarla bloger Tumso Abduraxmanov arasında baş verib. Axmat Kadırovun cihada çağırışı ilə bağlı Çeçenistanın milli siyasət naziri Cambulat Umarovla Abduraxmanov arasında yaranmış onlayn-mübahisə Ramzan Kadırovu atasının sözlərinə izah verməyə və aydınlıq gətirməyə məcbur edib. Sonra Umarov blogerlə diskussiya aparmaqdan boyun qaçırıb və Abduraxmanovla polemikanı Çeçenistan parlamentinin spikeri Maqomed Daudov davam edib. Martın 9-da onlayn-diskussiyadan sonra Daudov blogerdən Axmat Kadırov haqqında söylədiklərinə görə qanlı qisas alacağını elan edib. Bununla yanaşı, məmur blogeri öldürəcəyini deyil, “təəccübləndirəcəyini” söz verib. Martın 24-də ilahiyyatçı Adam Şaxidov moizə oxuyaraq, Axmat Kadırovun Çeçenistanda birinci və ikinci hərbi kampaniyalar zamanı hərəkətlərinin səbəbini izah edib.Sosial şəbəkərlərdə rezonans doğurmuş daha bir qalmaqala Çeçenistan parlamentinin deputatı Maqomed Xanbiyev səbəb olub. O, martın 10-da yaydığı videoda özünü çeçen dilində “İçkeriyanın oğlu” (SSRİ-nin süqutundan sonra keçmiş Çeçen-İnquşetiya MSSR ərazisinin bir hissəsində yaradılmış və ikinci çeçen kampaniyası zamanı federal qoşunlar tərəfindən ləğv edilmiş tanınmamış separat dövlət qurumu (1991-2000)) elan edib və “rusları sevmədiyini” deyib. Rusiyalı müxalifətçi Aleksey Navalnı diqqəti ölkə hökumətinin deputatın söylədiklərinə reaksiya vermədiyinə yönəldib və “Vahid Rusiya”nın reaksiyasını tələb edib. Qalmaqal qızışandan sonra Xanbiyev bəyan edib ki, onun rusları sevmədiyi haqda kütləvi bəyanatı düzgün anlaşılmayıb, halbuki o, hərbçiləri nəzərdə tutub.

Ramzan Kadırov jurnalistlərə: Siz Allahın ən yaxşı ordusu olmalısınız

Kadırov yerli KİV-in yenidən təşkil edilməsini “yeni çağırışlar”la izah edib

Çeçenistanın başçısı Ramzan Kadırov yerli KİV nümayəndələri ilə görüşdə respublika üçün “yeni çağırışlar” haqqında bəyanat verib. Onun sözlərinə görə, jurnalistlər “şayiə yayan yalançıları, yalan danışan adamları” dayandırmalıdır. Kadırov bununla bağlı kütləvi informasiya vasitələrinin yenidən təşkil olunmasını elan edib, prosesin gedişatına nəzarəti isə “Qroznı” Çeçenistan Dövlət Teleradio Şirkətinin rəhbəri Axmed Dudayevə tapşırıb.

Ramzan Kadırov Çeçenistan Respublikası kütləvi informasiya vasitələrinin işinin təkmilləşdirilməsinin zəruri olduğunu respublika KİV işçiləri ilə Qroznıda baş tutmuş görüşü zamanı bəyan edib. Kadırovun jurnalistlərlə görüşündən reportaj aprelin 14-də “Qroznı” televiziya kanalının gecə xəbərlərində yayınlanıb.

Çeçenistanın başçısı yerli KİV əməkdaşlarının qarşısında çıxış edərkən bəyan edib ki, onlar gecə-gündüz respublika haqqında neqativ məlumatların yayılmasının qarşısını almalıdırlar.

“Bizi sevməyənlər kimlərdir? Müsəlman dinini sevməyənlər. Onlar üstümüzə mümkün olan bütün böhtanları atırlar, guya burda insan haqları pozulur, qanuna riayət olunmur, guya biz burda hər şeyi səhv edirik. Onlar ağıllarına gələni uydururlar. Belələrinin qarşısını sizin hamınız ala bilərsiniz, yetər ki, xalqla işləyin, yetər ki, hərəniz bir xeyrixah iş görün”, – Ramzan Kadırov görüşdə bəyan edib (bunu və sonra gələnləri “Kavkazski uzel”in müxbiri tərcümə edib).

Çeçenistan başçısı jurnalistləri “hazırda ən lazımlı ordu” adlandırıb.

“Allah xətrinə, şayiə yayan yalançıları, öz yalanları ilə adamların arasındakı həmrəyliyi pozanları dayandırın. Siz Allahın ən yaxşı ordusu olmalısınız. Qoy ədalət zəfər çalsın”, – o bəyan edib.

Kadırov bu işə nəzarəti respublika parlamentinin spikeri Maqomed Daudova tapşırıb.

Daudov öz növbəsində “Qroznı” Çeçenistan Dövlət Teleradio Şirkətinin rəhbəri Axmed Dudayevi təqdim edib və xəbər verib ki, bütün respublika KİV-nə bundan belə o nəzarət edəcək.

“Bilavasitə… çap və informasiya ilə bağlı hər şeyə. Fərq etməz, istər qəzet olsun, istər informasiya agentliyi, istərsə də televiziya… Əgər o (KİV əməkdaşı) öz işində yanlışlığa yol verərsə, biz bu adamı aradan qaldıracağıq (kənarlaşdıracağıq), yox, əgər düzgün işləyərsə, o (Axmed Dudayev) saxlayacaq. Məsuliyyət onun boynundadır… Əgər o bu informasiya agentliyinin rəhbərinin işçi olmadığını söyləyərsə – Axmed, sadəcə adını və soyadını yaz. Padşahımız necə deyib, o nə cür general olursa olsun…, indiyədək hansı xidmətləri göstərirsə göstərsin, əgər bu gün yolumuza uyğun gəlmirsə, qoy öz evində qalsın”, – parlament sədri qeyd edib.

Bununla yanaşı, o deyib ki, KİV-in yenidən təşkili “ciddi olacaq”.

Axmed Dudayev qeyd edib ki, çeçen KİV-nin nüfuzunu qaldırmaq lazımdır.“Dövrümüzdə ən fəal informasiya mənbəyi İnternet və sosial şəbəkələrdir. Yalan, böhtan, informasiya təxribatları məhz orda yayılır. Deməli, regionumuz barədə yalan informasiyanın yayılması ilə mübarizə aparmaq üçün elə həmin sahədə aparılan işləri fəallaşdırmaq lazımdır”, – “Qroznı-inform” informasiya agentliyi ondan sitat gətirir.

Kadırovçular Tumsoya qarşı müzakirənin əsas nəticələri

Qeyd edək ki, KİV-in yenidən təşkili kütləvi disputlar fonunda elan olunub. Həmin disputlar məmurlarla bloger Tumso Abduraxmanov arasında baş verib.

Axmat Kadırovun cihada

çağırışı ilə bağlı Çeçenistanın milli siyasət naziri Cambulat Umarovla Abduraxmanov arasında yaranmış onlayn-mübahisə Ramzan Kadırovu atasının sözlərinə izah verməyə və aydınlıq gətirməyə məcbur edib. Sonra Umarov blogerlə diskussiya aparmaqdan boyun qaçırıb və Abduraxmanovla polemikanı Çeçenistan parlamentinin spikeri Maqomed Daudov davam edib. Martın 9-da onlayn-diskussiyadan sonra Daudov blogerdən Axmat Kadırov haqqında söylədiklərinə görə qanlı qisas alacağını elan edib. Bununla yanaşı, məmur blogeri öldürəcəyini deyil, “təəccübləndirəcəyini” söz verib. Martın 24-də ilahiyyatçı Adam Şaxidov moizə oxuyaraq, Axmat Kadırovun Çeçenistanda birinci və ikinci hərbi kampaniyalar zamanı hərəkətlərinin səbəbini

izah edib.

Sosial şəbəkərlərdə rezonans doğurmuş daha bir qalmaqala Çeçenistan parlamentinin deputatı Maqomed Xanbiyev səbəb olub. O, martın 10-da yaydığı videoda özünü çeçen dilində “İçkeriyanın oğlu” (SSRİ-nin süqutundan sonra keçmiş Çeçen-İnquşetiya MSSR ərazisinin bir hissəsində yaradılmış və ikinci çeçen kampaniyası zamanı federal qoşunlar tərəfindən ləğv edilmiş tanınmamış separat dövlət qurumu (1991-2000)) elan edib və “rusları sevmədiyini” deyib. Rusiyalı müxalifətçi Aleksey Navalnı diqqəti ölkə hökumətinin deputatın söylədiklərinə reaksiya vermədiyinə yönəldib və “Vahid Rusiya”nın reaksiyasını tələb edib. Qalmaqal qızışandan sonra Xanbiyev bəyan edib ki, onun rusları sevmədiyi haqda kütləvi bəyanatı düzgün anlaşılmayıb, halbuki o, hərbçiləri nəzərdə tutub.

Ana səhifəDünyaKadırov yerli KİV-in yenidən təşkil edilməsini “yeni çağırışlar”la izah edib