None

Источник: Qubad İbadoğlu: “Fərman daha çox bankları böhrandan çıxartmağa yönələn sənəddir”

''İstənilən halda fərmandan hakimiyyətə yaxın bankların bəhrələnməsi şübhə doğurmur''

Статья обновлена:  28 Февраль 2019

Qubad İbadoğlu: ''Fərman daha çox bankları böhrandan çıxartmağa yönələn sənəddir''

Demokratiya və Rifah Hərəkatının lideri, iqtisadçı Qubad İbadoğlu Prezidentin fevralın 28-də imzaladığı problemli kreditlərlə bağlı fərmanının doğurduğu bəzi sualları Meydan TV-yə izah edib.

- Qubad bəy, dövlət başçısının problemli kreditlərlə fərmanın necə qiymətləndirirsiniz?

- Təbii ki, fərman bankların durumuna müsbət təsir göstərəcək. Çünki banklar mərkəzləşdirilmiş qaydada güzəştli kreditlərə çıxış imkanları qazanırlar. Bu güzəştli kredit illik 0,1 faizlə verilir, demək olar ki, heç bir faiz hesablanmır. Eyni zamanda, banklara verilmiş 682 milyon manat və əlavə olaraq da 215 milyon dollarlıq qiymətli kağızlar veriləcək. Yəni banklar əlavə vəsait alacaqlar, əgər əlavə vəsait ödənilən borclardan çox olacaqsa, bankların maliyyə vəsaiti daha da yaxşılaşacaq. Silinən borclar qədər olacaqsa, banklar üçün əhəmiyyətli dəyişiklik olmayacaq, amma istənilən halda banklar borcları geri almaqla daha yaxşı maliyyə imkanlarına malik olacaqlar.

- Araşdırmalar göstərir ki, problemli kreditlər daha çox bu banklardadır: Azərbaycan Beynəlxalq Bankı, Xalq Bank, Kapital Bank, Paşa Bank və AccesBank. Bu baxımdan durumu necə qiymətləndirirsiniz?

- Hansı bankların vaxtı keçmiş kredit borcu çox olduğunu bilmirəm. Təbii ki, Beynəlxalq Bank, Paşa Bank daha çox kredit verən banklardır və onların daha çox vəsait almaq imkanı olacaq. O cümlədən Xalq Bank, Kapital Bank.

- Sizə elə gəlmir ki, bu fərman hakim elitaya yaxın bankları böhrandan çıxarmaq üçündür?

- İstənilən halda fərmandan hakimiyyətə yaxın bankların bəhrələnməsi şübhə doğurmur. Amma fiziki şəxs olaraq kimlərsə faydalanırsa, o halda fərmanı müsbət dəyərləndirmək olar. Baxmayaraq ki, fərman çox mürəkkəb hazırlanıb, onu izah etmək üçün xüsusi şərhlərə ehtiyac var. Bütövlükdə gözlədiyim qədər də bu fərman problemi həll etməyə yönəlmədi. Çünki sahibkarlar prosesdən kənarda qaldı, həm də aztəminatlı təbəqənin ehtiyacları nəzərə alınmadı. Fərman daha çox bankları böhrandan çıxartmağa yönələn sənəddir. Baxmayaraq ki, müəyyən qədər də fiziki şəxslər də bundan bəhrələnəcək.

- Fərmandan vətəndaşların və sahibkarların qazancı nə olacaq?

- Bu fərmandan sahibkarların heç bir uduşu yoxdur, sənəd ancaq fiziki şəxslər üçündür və 2012-ci ilin 1 yanvarından 2015-ci ilin fevralın 21-nə qədər kredit müqaviləsi olan, yəni kredit müqaviləsi 10 min dollar və manat ekvivalenti ilə uyğunlaşdırılmış borclular bəhrələnəcək. Həmin müddətdə kredit müqaviləsi olanlar 10 min dollar üçün 1500, 8 min dollar üçün 1200, 6 min dollar üçün 900 dollar borc silinəcək. Əgər kredit müqaviləsi 2015-ci ilin fevralın 21-dən dekabrın 21-nə qədər dövrü əhatə edirsə, o zaman 10 min dollar üçün vəsaitlər 3500 dollar, 8 min dollara qədər olan vəsaitlər 2800, 6 min dollara qədər olan vəsaitlər isə 2100 dollar silinəcək. Bu silinmə prosesi devalvasiyadan yaranmış xərcləri əhatə edir. Ona görə silinmə prosesi yalnız dollarla götürmüş kreditlərə şamil olunacaq, manatla kredit götürülübsə, sadəcə, dollar ekvivalenti ilə ödənilibsə, ona şamil ediləcək. Ola bilər bir fiziki şəxs bir neçə bankla müqavilə bağlayıb kredit borcuna malikdir, 5 min dollar onun ekvivalenti ilə manatdan çox ola bilməz.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  28 Февраль 2019
Pазделы:  
Короткие линки:   http://mtv.re/hhwuke

Самое читаемое