İranın xarici işlər naziri Yaxın Şərqə xəbərdarlıq edib

Zərif həmçinin Tramp administrasiyasını ötən ay İranın güclü paramilitar İnqilab Keşikçilərini terrorist qrup adlandırdığı üçün tənqid edib.

Source: Meydan Tv


Ərəb Liqası gələn həftə bölgədəki gərginliyin artması ilə əlaqədar fövqəladə toplantı keçirəcək

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, dünya qüvvələri birləşərək ABŞ-ın təcavüzkar siyasətini dayandırmazsa, Yaxın Şərqdə anarxiya baş qaldıra bilər,- Azadlıq Radiosunun Fars Xidməti xəbər verir.

Zərif bu bəyanatı pakistanlı rəsmilərlə görüşmək üçün getdiyi İslamabadda verib, – İranın rəsmi xəbər agentliyi IRNA deyib.

ABŞ prezidenti Donald Tramp bir il əvvəl ABŞ-ı dünya ölkələri ilə İranı iqtisadi sanksiyalardan xilas etmək üçün ölkənin nüvə proqramını məhdudlaşdıran 2015-ci il nüvə razılaşmasından çıxarmasından sonra Tehran ilə Vaşinqton arasındakı əlaqələr daha da gərginləşib.

O vaxtdan bəri Vaşinqton öz həmlələrini artırıb və İrana qarşı yeni sanksiyalar tətbiq etməyə başlayıb.

Bu ayın əvvəlində ABŞ öz hərbi qüvvələrini Yaxın Şərq və Fars körfəzinə göndərib. Vaşinqton bunu İrandan gözlənilən "təhlükə" ilə əlaqələndirib.

Tehran bu iddiaları rədd edir.

Ərəb Liqası gələn həftə bölgədəki gərginliyin artması ilə əlaqədar fövqəladə toplantı keçirəcək.

Zərif həmçinin Tramp administrasiyasını ötən ay İranın güclü paramilitar İnqilab Keşikçilərini terrorist qrup adlandırdığı üçün tənqid edib.

Zərif Pakistanın Baş naziri İmran Xanla görüşüb.

Xanın ofisindən verilən bəyanatda qeyd edilir ki, tərəflər cümə günü keçirilmiş görüşdə ikitərəfli münasibətləri müzakirə ediblər.

İran və Pakistan mübahisəli sərhəddə malikdir. Tehran deyir ki, anti-İran sünni müsəlman döyüşçülər Pakistanın Baloçistan əyalətinə sığınıblar.

Ana səhifəDünyaİranın xarici işlər naziri Yaxın Şərqə xəbərdarlıq edib