İran: Vurulmuş Ukrayna təyyarəsinə görə Avropa şirkətləri sığorta ödəməlidir

Yanvarın 8-də İranın İnqilab Keşikçiləri Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəni Tehrandan havaya qalxdıqdan dərhal sonra vurub.

Source: Specify Source


Avropa aviasiya sığortaçıları tərəfindən məsələ ilə bağlı şərh verilməyib

İran Ukrayna Beynəlxalq Hava Yollarına yanvar ayında Tehranda vurulmuş təyyarəyə görə kompensasiya ödəməyəcək.

“Reuters” xəbər verir ki, səbəb sərnişin təyyarəsinin Avropa şirkətləri tərəfindən sığortalanması olub.

“Ukrayna təyyarəsi İran (sığorta) şirkətləri tərəfindən deyil, Ukraynadakı Avropa şirkətləri tərəfindən sığortalanıb”,- bazar ertəsi İranın Mərkəzi Sığorta Təşkilatının rəhbəri Qulamrza Süleymani (Golamreza Soleimani) deyib: “Buna görə kompensasiya həmin Avropa şirkətləri tərəfindən ödənilməlidir”.

Yanvarın 8-də İranın İnqilab Keşikçiləri Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarəni Tehrandan havaya qalxdıqdan dərhal sonra vurub. Hadisənin ardından İran təyyarənin vurulmasını səhv adlandırıb.

Süleymaninin bəyanatı havayollarını narahat edib. Bəyanatda qurbanların ailələrinə kompensasiya verilməsi məsələsinə toxunulmayıb. Avropa aviasiya sığortaçıları tərəfindən məsələ ilə bağlı şərh verilməyib.

Prezident Vladimir Zelenski (Volodymyr Zelenskiy) fevral ayında Kiyevin İranın hadisədə öldürülən ukraynalıların ailələrinə verdiyi təzminat miqdarından məmnun olmadığını deyib. Ukrayna rəsmiləri deyib ki, ödəniləcək miqdarın maksimuma çatdırmaq üçün əllərindən gələni edəcəklər.

Keçən ay İran və Ukrayna rəsmiləri təzminat mövzusunda danışıqlar aparıb və oktyabr ayında tərəflər arasında yeni görüş keçiriləcək.

Ana səhifəDünyaİran: Vurulmuş Ukrayna təyyarəsinə görə Avropa şirkətləri sığorta ödəməlidir