Gülbacı Musayeva

Источник: Meydan TV

Başlıq: Gülbacı Musayeva

“İllərdir anamı qucağımızda gəzdiririk, TSEK 1-ci qrup əlillik təyin etmir”

Статья обновлена:  19 Февраль 2021

Lerik sakini rayon Tibb-Sosial Ekspertiza Komissiyasından şikayətçidir

“İllərin yataq xəstəsidir, hamama qucağımızda aparırıq, çimizdiririk, yeməyini özümüz yedirdirik, danışa bilmir, hərəkət edə bilmir. Bununla belə, ona birinci qrup əlillik təyin etmək istəmirlər”.

Lerik sakini Ramiz Ağayev Meydan TV-yə anasından bəhs edir. Deyir, 82 yaşlı Gülbacı Musayeva yataq xəstəsidir. İllərdir ki, dövlət ona gözünə görə 2-ci qrup əlillik təyin edib. Lakin ananın son 3 ildə həm də yataq xəstəsinə çevrilməsi ona birinci qrup əlilliyin təyinatı üçün rayon Tibbi-Sosial Ekspertiza Komissiyasına müraciət etməyə səbəb olub. Tələb olunan sənədləri hazırlayıb aidiyyəti qurumlara göndərsələr də, Gülbacı Musayevaya 1-ci qrup əlillik təyin edilmir. Ramiz Ağayev deyir, 3 ildir ki, Lerik Rayon Tibbi-Sosial Ekspertiza Komissiyası 82 yaşlı anasını süründürür.

“82 yaşlı xəstə qadını süründürürlər”

“Anamın çeşidli xəstəlikləri var, həmin xəstəliklər üzündən yataqdan qalxa, özünü fiziki idarə edə bilmir. Lerik Rayon Mərkəzi Xəstəxanasında həkim komissiyasından keçib, meyarları 1-ci qrup əlilliyə uyğun olduğuna görə sənədləri Lerik Rayon Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərilib. Ancaq uzun müddətdir ki, komissiya bizə imtina vərəqəsi göndərir və hər dəfə də imtina vərəqəsində eyni cümləni qeyd edir: “... Qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmağınız tövsiyə edilir”. Xəstə anamı qucağımıza alıb yaxınlaşırıq xəstəxanaya, deyirik, bizə belə cavab verilib. Həkim deyir, biz hər şeyi qanun çərçivəsində yazıb göndərmişik, xəstəlikləri, vəziyyəti birinci qrup əlillik meyarlarına uyğundur. Sizi sadəcə, süründürürlər”, - şikayətçi deyir.

"Uzun müddətdir ki, komissiya bizə imtina vərəqəsi göndərir və hər dəfə də imtina vərəqəsində eyni cümləni qeyd edir"

"Uzun müddətdir ki, komissiya bizə imtina vərəqəsi göndərir və hər dəfə də imtina vərəqəsində eyni cümləni qeyd edir"

Источник: Meydan TV

Lerik Rayon Tibbi-Sosial Ekspert Komissiyasından bildirilib ki, Həkim Məsləhət Komissiyasının TSEK-ə göndərdiyi “Forma-88”-də məlumat çatışmazlıqları var. Ancaq bu çatışmazlıqların nədən ibarət olduğu bildirilməyib.

Lerik Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, Gülbacı Musayeva Həkim Məsləhəti Komissiyası tərəfindən müayinə olunub, bu barədə göndəriş “Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlər”in reyestrinə daxil edilib.

“Ailə üzvləri məhkəməyə müraciət edə bilər”

Hüquqşünas Namizəd Səfərov deyir, əgər xəstə özünü fiziki idarə edə bilmirsə, hərəkət zamanı başqalarının köməyinə ehtiyacı yaranırsa, bu, artıq birinci qrup əlilliyin təyin olunması üçün səbəbdir:

““Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnaməyə görə, bir şəxsin orqanizm funksiyalarının nəzərə çarpan dərəcədə pozulması nəticəsində digər şəxsin daimi xidmətinə, yardımına ehtiyacı yaranarsa, bu hal həmin xəstəyə birinci dərəcəli əlilliyin təyin olunması üçün meyar hesab olunur”.

Hüquqşünas xəstənin ailə üzvlərinin məhkəməyə müraciət etməsini tövsiyə edir: “Məhkəmədən birinci qrup əlilliyin təyin edilməsinin öhdəlik kimi Lerik Rayon Tibbi-Sosial Ekspertiza Komissiyasının üzərinə qoyulmasını tələb edə bilərlər”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  19 Февраль 2021
Bölmələr:  
Короткие линки:   http://mtv.re/oj5us2

Самое читаемое