İlkin Rüstəmzadə növbəti dəfə karserə salınıb

Nida Vətəndaş Hərəkatı hakimiyyətdən, vəzifəli şəxslərdən qanunsuz əməllərindən əl çəkməyi, təziylərə son qoyulmağı tələb edir!

Source:

Nida Vətəndaş Hərəkatı hakimiyyətdən, vəzifəli şəxslərdən qanunsuz əməllərindən əl çəkməyi, təziylərə son qoyulmağı tələb edir!

18 dekabrda İlkin Rüstəmzadənin atası Kürdəxanı təcridxanasına oğluna sovqat aparan zaman bilib ki, oğlu karserə salınıb. O, son bir ayda ikinci dəfədir karsa salınır.

Məlumatı NİDA-çılar yayıb.

Xəbərdə bildirilir ki, karserə salınma ilə bağlı İlkinin atasına əsaslı heç bir səbəb deyilməyib: “İlkin Rüstəmzadənin birinci dəfə cəza kamerasına salınması onun İşçi Qrupla bağlı yazısına görə idi. Hesab edirik ki, bu dəfə karsa salınması isə İlkin Rüstəmzadənin son apellyasiya məhkəməsində etdiyi çıxışa və həbsxanada rəhbərliyin onunla davranışlarına etiraz etdiyinə, problemləri ictimailəşdirdiyinə görədir. Məhkəmədəki çıxışında İlkin düşmən əsirliyində olan soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevə həsəd apardığını, onlara ailələri ilə Qırmızı Xaç təşkilatı vasitəsilə əlaqə qurmaq üçün şərait yaradıldığı halda, onun Bakıdan 10 kilometr məsafədə ailəsi ilə əlaqə yarada, valideynlərinin səhhəti ilə maraqlana bilməməsini demişdi. Bunun səbəblərinin isə həbsxana rəhbərliyində olduğunu qeyd etmişdi. İlkin Rüstəmzadənin vəkilləri məsələnin hüquqi tərəfləri ilə maraqlanırlar”.

Nida Vətəndaş Hərəkatı hakimiyyətdən, vəzifəli şəxslərdən qanunsuz əməllərindən əl çəkməyi, təziylərə son qoyulmağı tələb edir! Həmçinin, insan haqları ilə bağlı qurumları məsələni diqqətdə saxlamağa çağırırıq.

Ana səhifəXəbərlərİlkin Rüstəmzadə növbəti dəfə karserə salınıb