“İlkin də, Qiyas da, vaxt gələcək İlham Əliyevi mühakimə edəcəklər”

Doğum günləri münasibəti ilə vətəndaş cəmiyyəti fəalları kitab aksiyası keçirirlər. Yığılan kitablar Qiyasla, İlkinə – həbsxanaya göndəriləcək. Tədbirdə siyasi məhbus hesab olunan şəxslərin yaxınları və bir qrup müxalifət partiyalarının üzvləri də onlardan danışıblar.

Yazar Zümrüd Yağmur İlkin Rüstəmzadənin bir ay öncə ictimaiyyətə ünvanlandığı məktubundan da söz açıb. Məktubda İlkin “Artıq boğuluram, nəfəs ala bilmirəm. Məni burda hər gün diri-diri öldürürlər” deyə qeyd etmişdi.

İlkin Rüstəmzadə 6 il öncə “Əsgər ölümlərinə son” aksiyalarından sonra həbs olunub. O, xuliqanlıq maddəsilə 8 il azadlıqdan məhrum edilib. Qiyas İbrahim isə 2016-cı ildə eks-prezident Heydər Əliyevin postamentinə “Qul bayramınız mübarək” yazıldıqdan sonra həbs olunub. Qanunsuz narkotik maddələrin dövriyyəsində ittiham olunan Qiyas 10 il azadlıqdan məhrum edilib.

Ana səhifəVideo“İlkin də, Qiyas da, vaxt gələcək İlham Əliyevi mühakimə edəcəklər”