Ceyhun Bayramov

Источник: google.az

Başlıq: Ceyhun Bayramov

İlham İsmayıl: Diplomatiyadan xəbəri olmayan şəxsin XİN rəhbəri təyin edilməsi uğursuz qərardır

Tofiq Zülfüqarov: “Yeni nazir təcrübəli menecerdir”

“Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər”.

Bunu Prezident İlham Əliyev yeni Xarici işlər naziri Ceyhun Bayramovla video konfrans formatında qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. O tapşırıb ki, kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır.

“Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir”.

Xarici işlər naziri vəzifəsinə yeni təyinat xəbəri dərc edildikdən sonra, sosial şəbəkələrdə Ceyhun Bayramovun peşəkar diplomat olmaması önə çəkildi.

“Azərbaycan diplomatiyasında “qara səhifə” bitdi”

Məsələyə münasibət bildirən sabiq Xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-ə danışaraq, ilk növbədə yeni naziri təbrik etdiyini söylədi:

“Əvvəla, Azərbaycanda diplomatiyaya aid belə stereotiplər var ki, guya, diplomat xüsusi biliklərə malik olmalıdır. Bildiyimə görə Ceyhuun Bayramov iqtisadçıdır. Bu, vacib amildir. Çünki diplomatiyada hüquq və iqtisadi sahədə mütəxəssislərə ehtiyac var. Ona görə yaxşı seçimdir. İkinci, yeni nazir təcrübəli menecerdir. İnsanlarla, kadrlarla uzun müddət işləyib. O ki qaldı danışıqlara, təcrübəli adam peşəmizə məxsus incəlikləri istifadə edə biləcək. Həm də Ermənistan-Azərbaycan münaqişəsinə dair mütəxəssislərimiz çoxdur. Nəhayət, bu siyasi xətti Prezident müəyyən edir. Bəzi məqamlarda xəttin icrası Xarici İşlər Nazirliyinə tapşırılır. Amma bu nazirlik birbaşa dövlət başçısı ilə işləyir”.

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov

Источник: google.az

Tofiq Zülfüqarov hesab edir ki, 16 iyul sərəncamı ilə Azərbaycan diplomatiyasında “qara səhifə” bitdi, yeni səhifə açıldı:

“Mənim üçün əsas bu məsələdir. Uzun müddət diplomatiyamız tənqidlərə məruz qaldığından bu səhifənin bitməsi xoş xəbərdir”.

“Uğursuz qərardır”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ölkə başçısının Təhsil nazirini Xarici işlər naziri təyin etməsini yenilik kimi qəbul etmir:

“Azərbaycanda bu cür təyinatları yenilik kimi qəbul etmirəm. Vergilər naziri də Təhsil naziri təyin olunmuşdu. Hətta saxta diplomlular, ali təhsilsizlər də icra başçısı olub. Ona görə də 16 iyul sərəncamı gözlənilməz deyil. Amma çox acıdır, həqiqətən də acıdır. Diplomat birdən-birə yaranmır, diplomat yetişər”.

İlham İsmayıl bildirib ki, Azərbaycanın indiki şəraiti çevik, sərt hücum diplomatiya tələb edir:

İlham İsmayıl

İlham İsmayıl

Источник: Meydan TV

“Mən təhsil sistemində nə çevik, nə də sərt təhsil siyasəti görmədim. Ona görə də bundan sonra nə olacağını bilmirəm. Qarabağ məsələsinin indiki durumunda dilomatiyadan xəbəri olmayan bir şəxsin Xarici işlər naziri təyin olunması uğursuz qərardır”.

“Ceyhun Bayramovun Xarici işlər naziri təyin edilməsini anlamaq çətindir”

Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov yeni təyinata şərh verməyin çətin olduğunu deyib:

“Ümumiyyətlə, Azərbaycan Prezidentinin kadr siyasətini qiymətləndirmək çox çətindir. Bu günə qədər bu sahədə bir çox adamların adı çəkilirdi, o cümlədən, Hikmət Hacıyevin”.

R.Mirqədirov xatırladıb ki, Ceyhun Bayramov iqtisadçıdır, iki universitet bitirib, ikinci özəl universitetdir ki, artıq bağlanıb:

Rauf Mirqədirov

Rauf Mirqədirov

Источник: Facebook

“Məsələ ondadır ki, Bayramovun diplomatiya sahəsində təcrübəsi yoxdur və bu sahədə çalışmayıb. Nəhayət, siyasətlə də maraqlanmayıb. Nə dərəcədə menecerdir, qiymət vermək çətindir. Həm də Təhsil naziri kimi böyük nailiyyətlər də qazanmayıb. Yeganə təcrübəsi “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas kimi fəaliyyətidir ki, diqqət çəkir. Şirkət ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin olub. Bəlkə də onun Azərbaycana gəlməsində rolu olub. Bütün hallarda Bayramovn Xarici işlər naziri təyin olunmasını anlamaq çətindir. Güman ki, Mikayıl Cabbarova yaxınlığı rol oynayıb. Ceyhun Bayramov üçün indiki mürəkkəb situasiyada Qarabağ məsələsini tam öyrənməsi çətin olacaq. Normalda bu vəzifəyə təyin olunan insanlar nüfuzlu, peşəkar olur. Keçmiş nazirlərə baxsaq bunu görmək olar”.

Ceyhun Bayramovun nazir vəzifəsində əsas işlərindən biri də Ermənistanla Dağlıq Qarabağ üzrə danışıqlar aparmaq olacaq. Danışıqlarda onun əsas rəqibi Ermənistanın indiki Xarici işlər naziri Zöhrab Mnatsakanyan olacaq. O, peşəkar diplomatdır. 1990-cı ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1991-ci ildə Mançesterin (İngiltərə) Viktoriya Universitetində politologiya fakültəsində Qərbi Avropa siyasəti üzrə magistr dərəcəsi alıb. Z.Mnatsakanyan 1991-ci ildən Ermənistanın XİN sistemində çalışır. Ayrı-ayrı vaxtlarda Ermənistanın Böyük Britaniya, Vatikandakı səfirliklərində işləyib. 1997-ci ildə Ermənistan prezidentinin köməkçisi olub 2002-2008-ci illərdə Ermənistanın Cenevedəki BMT ofisi və digər beynəlxalq təşkilatları üzrə daimi nümayəndəsi olub. Həmin illərdə İsveçrədə səfir vəzifəsini tutub. 2008-2011-ci illərdə Ermənistanın Avropa Şurasında daimi nümayəndəsi, 2011-2014-cü illərdə Ermənistan Xarici işlər nazirinin müavini və Avropa İttifaqı ilə danışıqları aparan şəxs, 2014-2018-ci illərdə Ermənistanın BMT-də daimi nümayəndəsi olub.2018-ci ilin martından Ermənistan XİN rəhbəridir.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/q8oiey

Самое читаемое