Источник: Meydan.TV

İlham Əliyev Zahid Orucun sosial tədqiqatlarında

Sentyabrın 24-də Sosial Tədqiqatlar Mərkəzi(STM) illik hesabatını və www.stm.az saytını təqdim edib. Yadınızda olar, bu ilin fevralında yaradılan quruma 20 ilə yaxın deputatlıq təcrübəsi olan Zahid Oruc rəhbər təyin olunmuşdu. Ancaq nədənsə qurumun yaradılmasında yanlışlığa yol verilmişdi. Fevralın 8-də verilən fərmana 2 gün sonra - fevralın 11-də düzəliş edilmişdi. Sən demə, fərmanda STM-in idarəçiliyi ilə bağlı bənd yox imiş. Zahid Orucun namizədliyi müzakirə olunub və onun STM-ə rəhbər gətirilməsi ilə bağlı razılıq əldə edilib. Sərəncam imzalananda bəlli olub ki, fərmanda quruma rəhbərlik nəzərdə tutulmayıb. Zahid Orucun da sərəncamı bu düzəlişdən sonra verilmişdi. Elə o vaxt yazmışdım ki, bu qurum daha çox Sosial Tərif Mərkəzi rolunu oynayacaq. Bu qənaətə gəlməkdə Zahid Orucun 20 illik deputatlıq fəaliyyətinin də rolu danılmazdır.

Sentyabrın 24-də ictimaiyyətə siftəsini edən STM keçirdiyi sorğunun nəticələrini açıqlayıb. Sorğuda respondentlərə “Ölkə prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır fikri ilə nə dərəcədə razısınız” sualı ünvanlanıb. Yaxşı başlanğıcdır. Dərhal ölkənin birinci şəxsinin fəaliyyətini saf-çürük etmək. İlkin iş üçün nəticələr də ürəkaçandır. Sorğunun nəticələrinə əsasən, respondentlərin 73,30 faizi bununla tam razı olduğunu, 20,30 faizi əsasən razılığını(ikisi bir yerdə 93,60), 3 faizi əsasən razı olmadığını və 3,4 faizi isə heç razı olmadığını bildirib.

Sorğu o qədər obyektiv keçirilib ki, respondentlərdən 3,4 faizi prezidentin fəaliyyətindən heç razı olmadığını bildirməyə özündə güc tapıb. Daha böyük cəsarətisə Zahid Oruc göstərərək bu informasiyanı yayıb; həm də hakimiyyət təmsilçilərinin iştirakı ilə. Tədbirdə həmin adamlar ön sırada oturmuşdu, üzdən də çox məmnun görünürdülər – ya sorğunun nəticəsindən, ya da yerlərindən razıydılar...

Prezidentin saytındakı fərmanlar

Prezidentin saytındakı fərmanlar

Источник: prezident.az

Ölkə vətəndaşları, hakimiyyətin gündəlik problemlərinin içində boğulanlar üçün faiz inandırıcı görünməyə bilər. Ancaq gərək nəzərə alınsın, respondentlərin 32,7 faizi dövlət sektorunda işləyənlər, 23,5 faizi təqaüdçülərdir. Özəl sektorda işləyənlər isə cəmi 6,6 faizdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olanlar 12,3 faiz, işləməyənlər 8,3 faiz. Respondentlərin 14 faizi evdar qadındır. Tələbələrin 1,6, müvəqqəti işləməyənlər isə 0,2 faizdir. Bizdə hər il 100 minlərlə yeni iş yerləri açıldığından müvəqqəti işləməyənlərin sayının belə az olduğunu oxucularımız, yəqin, anlayışla qarşılayar. Zahid Orucun sadladığı bu faizlərisə şübhə altına almağa heç bir əsasımız yoxdur. Fevraldan bəri nə müddət keçib ki?! Adam hələ yerini tam bərkitməyib, saxtakarlığa getməz. Həm də Zahid Oruc bu vəzifəyə təyin olunanda demişdi: “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir”.

Belə bir söz deyən adam saxtakarlıq edərmi? Baxmayaraq ki, onun deputat mandatı almasında saxtakarlıqların olduğu deyilirdi. Zahid Orucun ardıcıl 4 dəfə deputat olduğu Bərdə şəhər seçki dairəsindən namizədliyini vermiş iqtisadçı Nemət Əliyevin seçkidə pozulmuş hüququnu Avropa Məhkəməsi tanıyıb və buna görə Azərbaycan hökumətini cərimələyib. Yəni saxtakarlıq rəsmən tanınıb. Ancaq zaman dəyişib, 20 ilə yaxın həmin mandatı daşıyan adama indi dövlət və vətəndaş arasında dürüst əlaqələr qurmağa görəv verilib. Həm də təkcə bu yox, STM-in Nizamnaməsində onun görəcəyi bir çox başqa işlər də var. Bunlardan biri də “ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etməkdir”.

Sorğuya çox da önəm verməyin, başlıca işlər qabaqdadır, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələrə, debatlara hazır olun, əziz vətəndaş cəmiyyəti institutları. Bu mövzular sizinlə birgə müzakirəyə çıxarılacaq; Zahid Orucun idarəçiliyi ilə...

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/fg6tl2

Самое читаемое