İlham Əliyev: Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir

“Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur”

Source: Meydan Tv



Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur”

İyunun 31-də Prezident İlham Əliyevin yanında sosial-iqtisadi məsələlərlə bağlı müşavirə keçirilib.

Müşavirədə çıxış edən prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının bu ilin altı ayında 2,4, qeyri-neft sektorunun isə 3,2 faiz artdığını söyləyib.

“Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir”, – İlham Əliyev belə deyib.

Prezident xarici borcdan da danışıb. Deyib ki, bir il ərzində Azərbaycanın xarici borcu 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu, dünya miqyasında ən gözəl göstəricilərdən biri hesab olunur:

“Çünki bəzi ölkələrdə dövlət xarici borcu ümumi daxili məhsuldan da artıq olur, yaxud da ona bərabərdir. Bizdə isə bu, 19 faizdir. Biz bu sahədə bundan sonra da çox diqqətli olmalıyıq”.

İlham Əliyev vurğulayıb ki, ancaq strateji əhəmiyyət daşıyan layihələrə kreditlərin alınması mümkündür:

“Çünki bizim öz daxili imkanlarımız var və biz bu imkanlardan istifadə etməliyik”.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-yə bildirib ki, ildən-ilə dövlət büdcəsində xarici borclara xidmət xərcləri artır:

“Məsələn, Ümumi Daxili Məhsulun (ÜDM) xüsusi çəkisinə görə, Rusiyanın xarici borcu azdır. Rusiya bu sahədə çox mühafizəkar siyasət yeridir. Burda Ümumi Daxili Məhsulun xüsusi çəkisindən çox, iki narahatedici məqam var: Birincisi, Azərbaycanın xarici borcları daha sürətlə artır. 10 il əvvəlin dinamikası çox aşağıydı, büdcə 10 faizin altındaydı, indi isə borclar ÜDM-də 20 faizə yaxındır. Narahatlıq ondadır ki, alınan borclar dövlət təminatı ilə alınıb icraçıya ötürülür, onlar da səmərəli istifadə etmir”.

İqtisadçı əlavə edir ki, ir sıra borclar dövlət təminatıyla alınaraq icraçıya ötürülüb, borcların qaytarılmasında öhdəlikləri və məsuliyyətləri olsa da, bu borc yükünü büdcənin üzərinə qoyurlar. Amma həmin pulların istifadəsi çox səmərəsiz və korrupsiya ilə müşahidə olunub.

Ana səhifəXəbərlərİlham Əliyev: Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir