İlham Əliyev

Источник: Azərtac

Başlıq: İlham Əliyev

İlham Əliyev: Qarşıdurmaya son qoymaq üçün Ermənistan nümayəndələri ilə görüşməyə hazırıq

Nikol Paşinyan: “Dağlıq Qarabağ ətrafında münaqişənin həlli kompromisə əsaslanmalıdır”

Bakı nümayəndələri erməni tərəfi ilə Moskvada və ya istənilən başqa yerdə Dağlıq Qarabağ üzrə danışıqlara hazırdır. Azərbaycan Prezidenti İlham Əliyev bu haqda TASS-a müsahibəsində bəyan edib.

“Biz qarşıdurmaya son vermək və münaqişənin nizamlanması yollarını tapmaq üçün həm Moskvada, həm də istənilən başqa yerdə görüşməyə hazırıq”, – “Rusiyanın vasitəçiliyi ilə Paşinyanla görüşmək üçün şəxsən Moskvaya gəlməyə hazırsızmı?” sualına Əliyev belə cavab verib.

Əliyev bəyan edib ki, Bakı “istənilən əlaqələrə hazırdır”. “Hazırda mən belə bir dəvət almamışam, odur ki, bu sual mənə ünvanlanmayıb. Şəxsən Rusiyanın Prezidenti Vladimir Putin, ondan əvvəl Dmitri Medvedyev Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçirib. Lakin Ermənistan şərti “Soros”un əlinə keçdikdən sonra bu cür əlaqələr kəsildi”, – Əliyev izah edib.

Əliyev xatırladıb ki, Xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etmək təklifi gələndə, Azərbaycan tərəfi dərhal razılaşdı. “Bu da bizim mövqeyimizdən xəbər verir, axı o zaman Azərbaycan ordusu artıq strateji ərazilərin bir hissəsini uğurla azad etmişdi. Münaqişə artıq on gündən çoxdur ki uzanırdı və kimin nəyə qadir olduğu praktiki olaraq hamıya aydın idi. Hərbi əməliyyatların gedişatını ehtimal etmək çox da çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik. Biz dedik: “Bəli, biz hazırıq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Dağlıq Qarabağ üzrə danışıqlar məqsədi ilə Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşmək üçün Moskvaya gəlməyə hazır olduğunu bildirib.

“Dağlıq Qarabağ münaqişəsi müstəsna olaraq dinc yolla həll olunmalıdır, bu, bizim mövqeyimizdir. Təəssüf ki, Azərbaycan bu baxış bucağı ilə razı deyil. Və mən belə bir nəticəyə nail olmaq üçün bütün zəruri səyləri göstərməyə, o cümlədən getməyə, görüşməyə, danışmağa hazıram”, – Ermənistanın Baş naziri TASS-a söyləyib.

Paşinyan bununla yanaşı qeyd edib ki, Dağlıq Qarabağ ətrafında münaqişənin həlli kompromisə əsaslanmalıdır. “Tərəflərin birinin kapitulyasiyasına deyil, kompromisə”, – o qeyd edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/cjv8cn

Самое читаемое