İlham Əliyev naziri vəzifəsindən azad etdi

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

Source: Specify Source


Rəşad Nəbiyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri oldu

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da

sərəncam

imzalayıb.

Dövlət başçısının digər

sərəncam

ı ilə Rəşad Nəbiyev “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilərək nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Rəşad Nəbiyev 1977-ci ildə anadan olub.

“Azərkosmos” ASC-yə sədr təyin edilməzdən əvvəl o, 2004-2011-ci illərdə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Bankının Bazar əməliyyatları departamentində, 1997-2000-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində çalışıb.

R.Nəbiyev 2011-ci ildən “Azərkosmos” ASC-nə rəhbərlik edirdi.

Ramin Quluzadə 2017-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdi.

Ona qədər Ramin Quluzadə Heydər Əliyev Fondunda fəaliyyət göstərirdi.

O, 2014-cü ildə Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

Ana səhifəSiyasətİlham Əliyev naziri vəzifəsindən azad etdi