Источник: Meydan TV

İctimai fəal: “ Polis aksiyadan fotomu iş yerimə göndərib”

İctimai fəal: “ Polis aksiyadan fotomu iş yerimə göndərib”

İctimai fəal Emin Xəlilli qadın ölümləri və zorakılıqları ilə əlaqəli Xəzər Rayon Polis İdarəsi önündə keçirilən aksiyada iştirak etdiyinə görə "Kontakt Home"-da işdən çıxarıldığını deyir.

Fəal avqustun 6-da üzrlü səbəbdən mağaza rəhbərliyindən icazə aldığını, işi bitdikdən sonra bir qrup gəncin məişət zəminində qadınların öldürülməsinə qarşı etiraz aksiyası keçirəcəyindən xəbər tutduğunu və orada iştirak etdiyini bildirir. Aksiyanın ertəsi gün Emin Xəlilliyə işdən azad edildiyini deyiblər. Fəaln sözlərinə görə, polis onun aksiyadan fotosunu sözügedən şirkətə göndərib və rəhbərlik bunu əsas gətirərək onunla çalışmaq istəmədiyini qeyd edib. Emin Xəlilli öz hüquqlarının bərpası üçün hüquqi prosedurlara başlamaq niyyətindədir.

Bəs Əmək Məcəlləsində vətəndaşların işdənkənar fəaliyyətə görə işdən çıxarılması nəzərdə tutulubmu? Bu yerli və beynəlxalq insan haqları müstəvisində hansı hüquqların pozulmasıdır? Hüquqşünas Səməd Rəhimli deyir ki, işəgötürən sözügedən əsasla işdən çıxara bilməz. Çünki Əmək Məcəlləsi işçini ictimai - siyasi fəaliyyətinə görə işdən çıxarmağı diskriminasiya kimi qiymətləndirir. Hüquqşünas deyir ki, İnsan Haqları Konvensiyasında birbaşa peşə hüququ göstərilməsə də, konvensiyanın 8-ci maddəsi şəxsi həyatın toxunulmazlığı yer alır ki, buna peşə fəaliyyəti də aid edilə bilər.

"Kontakt Home"-dan Meydan tv-ə bildirilib ki, Emin Xəlillinin iddiası əsassızdır və o əsassız səbəbdən işdən icazə alıb.

Bundan öncə də bir qrup feminist avqustun 4-də Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin binası önündə aksiya keçirib.

Səbəb polisin avqustun 3-də əri tərəfindən öldürüldüyü deyilən 23 yaşlı Sevinc Məhərrəmovanın şikayətini araşdırmaması, zorakılıq törədən Füzuli Qarayevi vaxtında həbs etməməsidir.

DİN isə şikayətin araşdırılmasında bir qüsur olmadığını, Sevinc Məhərrəmova polisə müraciət etdiyi zaman lazım olan bütün prosedurların həyata keçirildiyi açıqlaması verib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/q201r0

Самое читаемое