Bakı Şəhər İcra Hakimiyyəti

Источник: meydan tv

Оглавление: Bakı Şəhər İcra Hakimiyyəti

İcra hakimiyyəti Qarabağ Komitəsinin mitinq keçirməsinə icazə vermədi

Pənah Hüseyn: ''Hesab edirəm, biz mitinqimizi keçirməliyik''

Bakı Şəhər İcra Hakimiyyəti Qarabağ Komitəsinin 23 iyulda mitinq keçirmək haqda müraciətinə cavab verib.

İcra hakimiyyətini mitinqə icazə verməyib. Qurumun cavab məktubunda bildirilib: “Torpaqlarımızın tezliklə azad olunması və ərazi bütövlüyünün təmin olunması istiqamətində möhtərəm prezident ölkə daxilində və beynəlxaq miqyasda addımlar atır, Ermənistanın təcavüzkar siyasəti bütün görüş və yığıncaqlarda ifşa olunur. Eyni zamanda, danışıqlar xalqımızın mənafeyinə uyğun aparılır və KİV vasitəsilə atılan addımlar mütamadi işıqlandırılır. Bu baxımdan 23 iyuda planlaşdırdığınız mitinqin keçirilməsi məqsəduyğun deyil”.

Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubu

Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubu

Источник: meydan.tv

Qarabağ Komitəsinin yetkilisi Pənah Hüseyn Meydan TV-nin sorğusuna cavab olaraq bildirib ki, onların əlində məhkəmə qərarı var:

“1 saylı İnzibati-İqtisad Məhkəməsinin şikayətimizə cavab qərarında "...məqsədəuyğun hesab etmirik" sözləri Bakı şəhər meriyasının subyektiv fikridir deyə ifadə olunub. Bakı Apelyasiya Məhkəməsi də həmin qərarı təsdiqləyib. Qərarların surəti icra hakimiyyətinə göndərilib. İcra hakimiyyəti məhkəmənin qərarlarının qüvvəyə mindiyini bilir və dövlət adından məhkəmə hökmü var. Bu baxımdan aksiyanı məqsədəuyğun saymamaq qadağanedici norma deyil, yalnız subyektiv mövqedir. Məsələ ondadır ki, İnzibati-Prosesual Məcəlləyə görə qanun səlahiyyəti olmayan normativ aktlarına inzibati-iqtisadi məhkəmələr şərh verə bilər. Hesab edirəm, biz mitinqimizi keçirməliyik, bu, mənim şəxsi fikrimdir”.

Pənah Hüseyn

Pənah Hüseyn

Источник: meydan.tv

Pənah Hüseynin sözlərinə görə, təşkilatçılar icra başçısı Eldar Əzizova, daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Zakir Qaralova müraciət edəcəklər:

“Güman ki, günün sonunda bir daha ictimaiyyətə müraciətimiz olacaq. Çünki qadağa yoxdur və məhkəmə qərarı var”.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/fvt8u7

Самое читаемое