İlkin Rüstəmzadə

Источник: Foto: Meydan tv

Başlıq: İlkin Rüstəmzadə

İcazə verilən ifadə azadlığı və ya 21-ci əsrin senzurası

Artıq Dadaşlinski hakimiyyətin ən məşhur, lakin qalın divarlara heç vaxt zərər yetirməyəcək tənqidçisidir

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". Bu sözləri, İsrailin Qüds Universitetinin professoru, "Sapiens" və "Homo Deus" bestsellerlərinin müəllifi Yuval Noah Harari deyir.

Hararinin sözlərinə qısa bir əlavə edim: 21-ci əsrədək, güc informasiyanın hansı hissəsinin aşkarlığın sərvəti olmasına qərar vermək idisə, 21-ci əsrdə güc arzuolunmaz informasiyanı zərərsizləşdirmək, marginallaşdırmaqdır.

2 gün əvvəl “Facebook” hesabım “Facebook” administrasiyası tərəfindən qapadıldı. Dünən yanlışlıq olduğunu bildirib açdılar. Yanlışlıq deyildi. Uzun müddətdir ki, şikayət olunuğumu bilirdim. “Facebook”un Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq etməsi şübhələriylə bağlı yerli və xarici mediada müxtəlif vaxtlarda yazılıb; odur ki, bu mövzuya çox girmirəm. Hesabımın qapalı olduğu 24 saatlıq müddətdə beynimdə bizim özümüzü ifadə edə bilmək azadlığımızın və səsimizi çatdırmaq potensialımızın ölçüsünü analiz etdim. Nəticə ürəkaçan deyil. Təkcə, siyasi hakimiyyətin repressiyaları və mediaya olan basqılar səbəbindən yox. Daha çox, sahib olduğumuzu zənn etdiyimiz azadlıqların qapalı otaqlardakı hər hansı sövdələşmədən sonra buxarlana biləcəyi faktının mövcudluğundan, eləcə də, bizi hər tərəfdən əhatə edən "zibil" informasiyası axınının təsirindən.

Parlament seçkilərində namizəd olan bəzi dostlarımız, yerlərdəki ab-havanın sosial şəbəkədəkindən əhəmiyyətli dərəcədə fərqlənməsi ilə ilk dəfə üz-üzə gələndə sarsılırlar. Təbiidir. Bu, hələ anonsdur. Serial, hələ qabaqdadır.

Qısa mənzərəni təsvir etməyə çalışaq.

Hər gün çox sayda insan sosial şəbəkələrdə nələrisə yazırlar, paylaşırlar. Sosial şəbəkələri siyasi platforma olaraq istifadə edən qisim üst-üstə götürəndə, çox böyük çevrə deyil. Hamı demək olar ki, bir-birini tanıyır. Lakin aktiv, ölkədəki proseslərlə bağlı yazan, danışan insanlar bir müddətdən sonra sosial fenomenə çevrilə bilir. Bu isə güc sahibləri üçün təhlükəlidir.

İndiyədək hakimiyyət bu cür halların qarşısını ənənəvi üsullarla alırdı. Polis dəyənəyi, həbs, hədə-qorxu... İndi effektiv olmayan bu taktikanı dəyişiblər. Hə, axı nəyə lazım qərbdən və qismən ölkə daxilindən gələn mənasız səs-küy, problem, özünü dünyada biabır etmək? Daha ağıllı üsullar var və siyasi hakimiyyətin sərəncamındakı strateqlər o üsulları tapıblar.

Mexanizm çox sadədir. Sosial şəbəkələr zir-zibillə doldurulur, lazımlı informasiyanı ala biləcəyimiz yerlər kütləvi trol hücumlarına məruz qalır, şikayət edilir. Və ən əsası, bu gün hər şeydən əvvəl maddi gəlir prinsipilə işləyən sosial media bu rəqabətdə irticanın ən etibarlı müttəfiqinə çevrilir.

Bizdə problem ilk növbədə oradan başlayır ki, siyasi opponentlər və müxalif düşüncəyə sahib insanlarla xalqın böyük hissəsi arasında düşüncə olaraq böyük uçurum var. Həm dəyərlər, həm gündəlik aktual mövzular baxımından. İndi bir də bunun üzərinə kommunikasiya problemlərini gəlsək, durumumuzun necə ağır olduğunu görə bilərik.

Medianın yarandığı dönəmdən bu günə kimi, əksər hallarda media orqanları azsaylı, güclü əllərdə cəmləşiblər. Müasir dövrdə də eyni durumdur. Lakin alternativlər var; hətta, demokratik olmayan ölkələrdə belə müxalif səslər mövcuddur və hüquqları pozulan geniş kütlələr tərəfindən rəğbətlə qarşılanmaqdadır.

Bizdə isə durum hər ötən gün pisləşməkdədir. Bir tərəfdən geniş kütlə davamlı və sistemli şəkildə aparılan bayağılıq təbliğatının qurbanına çevrilib. Digər tərəfdən, ağıllı fikirlər irəli sürən, cəmiyyətin faydasına nəsə deyən səslərin riyazi üsulla-səs sayı nə qədər çox olsa, hər bir səsin eşidilmə ehtimalı bir o qədər azalır- boğulması prosesi şiddətlənməkdədir.

X, Y, Z cəmiyyət üçün faydalı, hakimiyyət üçün təhlükəli fikirlər səsləndirir. Bandotdelə, artıq gərək yoxdur. Korrupsiya pulları hesabına qanunsuz biznes quran məmurlar, millət vəkilləri "bazar"-a girir. Eyni zamanda onların puluyla "uğur hekayələri" yaradan neo-proqressiv, lakin hakimiyyəti alçaq tonla dəstəkləyən yeni bir zümrə ictimai "döyüş"-ə atılır: "Lyuk zümrəsi". Tənqid, müxalif kəsimin inhisarından alınır. Artıq Dadaşlinski hakimiyyətin ən məşhur, lakin qalın divarlara heç vaxt zərər yetirməyəcək tənqidçisidir. Vəziyyət nəzarətdədir.

Nəzarət olunmayan nöqtələr ola bilərmi? Əlbəttə. Amma, çox az. Bu cür istisna hallarda isə dəyənək sınaqdan keçirilmiş metod olaraq qalmaqda davam edir. Mehman Hüseynov bu cür azsaylı örnəklərdən biridir. Xalqın dilində danışmağı, insanların rəğbətini qazanmağı bacaran, geniş izləyici kütləsi və qala divarlarında çat yarada bilmə potensialı olan gənc videobloger şəhərin mərkəzində kameraların çəkdiyi polis maşını tərəfindən saxlanıldı və elə həmin maşının içindəcə döyülərək çöllüyə atıldı.

Digər tərəfdən, “Space” TV səviyyəsindəki bayağılığın bir üst qatı olan “İnstagram” bayağılığı yetişdirilib, bəslənilib və artıq döyüşə hazırdır. Bu gün hansısa müğənninin ölkənin az qala yarısını söyən həyat yoldaşı “İnstagram” fenomenidir.

6-7 il bundan əvvəl TV-lərdəki bayağılıq, mədəniyyətsizlik sosial şəbəkələrə ayaq aça bilmirdi. Çox zəif idi. Siyasi repressiyaların yaratdığı xof mühiti zamanı hakimiyyət siyasi fikir və tənqidin böyük ölçüdə azalmasından yaranan boşluğu özünün sevimli kütləsi hesabına doldurdu. Və prezident Administrasiyasından gələcək ilk göstərişdə müxalif fikri söyəcək, ən əsası bu gün insanların müxalifət liderlərindən daha çox tanıyıb rəğbət göstərdiyi bu insanlar, ölkədə maarifçiliyin, işığın qarşısını kəsməkdə siyasi hakimiyyət üçün əvəzolunmaz xidmət göstərirlər.

Bu məsələdə digər bir əhəmiyyətli xidməti isə xaricdəki söyüş qrupu etdi. İlk növbədə, dissidentliyin ruhunu söyüşlə, təhqirlə kirlətdilər və dissident olmağı gözdən saldılar. Dissident bu gün artıq Azərbaycan cəmiyyəti üçün tullantıdan bir az artıq nəsnəyə çevrilib. Söyüş qrupunun hakimiyyətə ikinci ən böyük xidməti isə maksimumları insanlara yaşatması və göstərməsi oldu. Bu gün iki inək satıb rüşvətlə Avropaya vizası alan, “azul” (qaçqın kimi status almaq istəyən şəxslər belə adlandırılır) kampına girəndən sonra geri qaytarılmamaq uğrunda "mübarizə" adlandırdıqları şouya başlayan bəzi mühacirlər, Avropada və Azərbaycanda olmağın fərqini, eləcə də ölkədə müxalifətçiliklə məşğul olan insanların xaricə getmək üçün qat-qat real imkanlara sahib olduğunu tam olaraq anlamayan kütlənin az olmayan bir qisminin gözündə müxalifətçiliyi "boş-boş danışırlar" səviyyəsinədək endirməyə nail oldular. İndi isə katarsis səciyyəli söyüş orgiyasından doyan kütlə illər sonra qığılcımları görünən siyasiləşmə hərəkətlənməsindən apolitikliyə geri dönməkdədir.

Döyüş isə davam edir. Qaranlıq işığın bütün nöqtələrini bir-bir udmaqdadır. İşıq zərrəcikləri isə “kim daha çox işıqlıdır” mübahisəsi ilə bir-birilərini gücdən və nüfuzdan salmağa çalışırlar.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/98ejm1

Самое читаемое